USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zəngəzur müharibəsi, Ermənistanın mövcudluğuna təhlükə və Rusiyaya sığınmaq təbliğatı


https://img.baki-baku.az/news/2021/03/photo_3204.jpg

Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ preizdenti Co Baydenə, ölkənin dövlət katibi Entoni Blinkenə və Dövlət Departamentinə Azərbaycan və Türkiyənin Ermənistanla müharibəyə başlayacağına dair xəbərdarlıq mətni ünvanlayıb. Xəbərdarlıqda hədəfin Sünik vilayəti olduğu vurğulanıb. "Azərbaycan və Türkiyə Sünikə hücuma hazırlaşır. Ermənistan növbəti hücumun hədəfi olacaq", - deyə ANCA bildirib. 

Amerika Erməni Milli Komitəsinin tivitter səhifəsində yayılmış bu məlumatı tirajlayan Ermənistanın kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindəki çıxışı üzərində dayanırlar. Onlar ölkəmizin dövlət başçısının "yeni nəqliyyat dəhlizi Azərbaycanın tarixi torpağı olan Zəngəzurdan keçməklə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək" fikirlərini qabardırlar. Məlum olduğu kimi, Ermənistanın Xarici İşlər Nazirliyi də İlham Əlyevin bu fikirlərinə reaksiya verərək etirazını ifadə edib. 

Onu da bildiririk ki, Yunanıstanın "The Greek Times" portalı da ANCA-nın yaydığı fikirlərə oxşar fikirlər yayaraq xəbərdarlıq edib ki, Azərbaycan və Türkiyə tarixi Zəngəzuru qaytarmaq üçün Ermənistana qarşı yeni müharibəyə başlayır. Burada da Azərbaycan Prezidentinin İƏT sammitindəki çıxışına istinad edilib. Amma "The Greek Times" bir qədər də irəli gedərək bildirib ki, Ermənistan sərhəddində Türkiyənin "Boeing 737AEW" olması artıq ilk siqnaldır. Özü də bu görüntü CENAH01 kodu altında diqqət çəkib. Məhz bu kod 2020-ci ilin Qarabağ müharibəsində də istifadə edilib. Nəşr Türkiyənin Ermənistanda və Donbas vasitəsilə Ukraynada Rusiyanın təsirini azaltmağa yönəlik fəaliyyətə start verməsinə dair iddia da irəli sürüb. 

Qeyd edək ki, Ermənistan daxilində də istər ANCA-nın, istərsə də "The Greek Times"ın yazdığına reaksiyalar var. Ermənistan parlamentinin deputatı Edmon Marukyan özünün sosial şəbəkə profilindəki yazısında Ermənistanın varlığının şübhə altında qaldığını diqqətə çatdırıb. O, Sünik vilayətinin təhlükəsizliyi ilə bağlı məqamları qabardıb və bildirib ki, bölgədə Rusiyanın hərbi bazasının olması vəziyyətdən yeganə çıxış yoludur. "Mənim təklifim indi xüsusilə aktuladır, çünki günbəgün müharibə təhlükəsi daha da yaxınlaşır. Bu xəbərlər bir neçə yerdən, xarici mənbələrdən daxil olur. Rusiyanın hərbi bazasının olması məsələsi Ermənistan Respublikasının xarici siyasət gündəmindən kənarda götürülə bilməz. Bu, Rusiya ilə Ermənistan arasındakı strateji ittifaq məsələlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoymasını zəruriləşdirir. Burada əsas məqam qarşılıqlı etimad olmalıdır. Regional inkişafın bərpası kontekstində Rusiya ilə müttəfiq münasibətlərinə alternativ yoxdur. Bizə realist olmaq lazımdır: hazırkı humanitar, hərbi-siyasi problemləri nəzərə alsaq, Ermənistan Respublikası təkbaşına yeni müharibə təhlükəsinə qarşı çıxa bilməz", - deyən Marukyan əlavə edib ki, cəmiyyətin məhz qeyd etdiyi məsələdə razılığa gələ bilməməsi bütövlükdə Ermənistanın mövcudiyyətini sual altına alacaqdır.

"Baki-Baku.az"




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil