USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Ermənistan “dramaturji materialın”ında baş qərargah rəisi ilə bağlı absurd tamaşa


https://img.baki-baku.az/news/2021/03/photo_3172.jpg?v=MjAyMS0wMy0xMCAxMjo1ODo1MA==

Elçin Mirzəbəyli

_____________________________________________

Ermənistanda baş qərargah rəisi ilə bağlı “dramaturji materialın” 2015-ci ildə “yazılmış” absurd tamaşası davam etməkdədir.

Məlum olduğu kimi baş nazir Nikol Paşinyan baş qərargah rəisinin istefaya göndərilmiş sayıldığını bəyan edib. Prezident Armen Sarkisyanın ofisi isə baş qərargah rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı baş nazirin müraciətinin Konstitusiya Məhkəməsinə göndərildiyini açıqlayıb. Maraqlıdır ki, Ermənistan prezidenti adminstrasiyasının Konstitusiya Məhkəməsi ilə bağlı açıqlaması, Nikol Paşinyanın məlum bəyanatından sonra verilib.

Məsələ burasındadır ki, Paşinyan baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilmiş sayıldığını bəyan edəndə, prezident Armen Sarkisyanın baş qərərgah rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı məsələyə qanunvericilikdə nəzərdə tutulan müddət ərzində reaksiya vermədiyini əsas götürüb. Prezident Armen Sarkisyanın ofisinin baş nazirin bəyanatından sonra açıqlama yayması isə bir sıra maraqlı və ziddiyyətli məqamların ortaya çıxmasına zəmin yaradır.

Yəni əgər prezident Armen Sarkisyan qanunvericilikdə nəzərdə tutulan müddət ərzində Konstitusiya Məhkəməsinə müraciət etmişdisə, o zaman nə üçün bunu dərhal açıqlamır, baş nazirdən və ictimaiyyətdən gizli saxlayırdı? Belə anlaşılır ki, Armen Sarkisyan Konstitusiya Məhkəməsinə ya köhnə tarixlə müraciət ünvanlayıb və keçmiş prezident Serj Sarkisyanın Konstitusiya Məhkəməsindəki dostları bu qanun pozuntusuna göz yumublar ya da prezident qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində Konstitusiya Məhkəməsinə müraciət edib, amma qarşılıqlı razılaşma əsasında bu barədə baş nazirə məlumat verilməyib. Ötən müddət ərzində isə baş naziri Onik Qasparyanla bağlı müraciəti geri çəkməyə, yaxud onun əvəzinə başqa bir “canişin”in təyin edilməsinə razı salmağa çalışıb.

Prezident Armen Sarkisyanın ofisinin Konstitusiya Məhkəməsinə müraciətlə bağlı açıqlamasında diqqət çəkən məqamlardan biri “Hərbi xidmət və hərbçilərin statusu” haqqında qanuna istinad edilməsidir. Yəni Ermənistan Prezidenti öz müraciətində sözügedən qanunun konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinin rəy verməsini istəyir. Hansı ki, “Hərbi xidmət və hərbçilərin statusu” haqqında qanunun baş qərargah rəsininin vəzifəyə təyin edilməsi, yaxud azad olunması ilə, bütövlükdə baş qərargah rəisi ilə əlaqədar yaranmış böhranla heç bir əlaqəsi yoxdur.

O zaman belə anlaşılır ki, Prezident Armen Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciəti sadəcə vaxt udmaq üçün növbəti bəhanədir. Çox güman ki, Ermənistan Konstitusiya Məhkəməsi 20 gün müddətində, yəqin ki, 19-cu ya da 20-ci gün bu məsələyə baxacaq, istinad edilən qanunun baş qərargah rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı məsələyə heç bir aidiyyatı olmadığını bildirəcək. Daha sonra Armen Sarkisyan yenə də 20 gün müddətində Konstitusiya Məhkəməsinə növbəti müraciətini göndərəcək. Onlar da yenə 20 gün ərzində bu müraciətə baxacaqlar və s.

Bütün bunlara isə məzhəkədən başqa ad vermək mümkün deyil. İndi Ermənistan vətəndaşları yaşadıqları torpaq parçasının üzərində formalaşdırdıqları təsisata “dövlət” deyəndə, hesab edirəm ki, daha ciddi düşünməlidirlər.




Redaktorun seçimi

Elçin Mirzəbəyli