USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Freedom House”dən ağlagəlməz qərəz - Ermənistandakı vəziyyətə görə Azərbaycan qınanır


https://img.baki-baku.az/news/2021/03/photo_3104.jpg?v=MjAyMS0wMy0wMyAxNjozOToyOA==

“Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatının dünyada azadlıq səviyyəsi ilə bağlı hesabatının Ermənistanla bağlı hissəsində Azərbaycandan bəhs etməsi təəccüb doğurmaqdadır.

"Baki-Baku.az" xəbər verir ki, təşkilat Ermənistanın azadlıq reytinqi baxımından 100 mümkün baldan 55-ni topladığını bəyan edir. Maraqlıdır ki, bu rəqəm keçən il 53 olmuşdu.

Diqqət çəkən məqam odur ki, “Freedom House” Ermənistanın hazırkı azadlıq durumunu Azərbaycanla bağlayır, mövcud kontekstdə İkinci Qarabağ Müharibəsi üzərinə gələrək vurğulayır ki, Azərbaycan Türkiyənin köməyilə Dağlıq Qarabağda müharibəyə başlamaqla Ermənistanda islahat imkanlarını məhdudlaşdırıb, rəsmi Bakı güc tətbiq etməklə demokratik normalarda reqres yaradıb. 

Hesabatın Ermənistanla bağlı hissəsində o da vurğulanır ki, Qarabağ münaqişəsi Ermənistan hökumətinin mövqeyinin stabilləşməsi üçün təhlükə doğurmaqdadır. 

“Freedom House”nin hesabatında eyni zamanda bildirilir ki, müharibədəki məğlubiyyət Ermənistan hakimiyyətinə qarşı olan bəzi opponentlərin güc tətbiqinə şərait yaratdı, onlar noyabrda ölkə parlamentinə və onun sədrinə hücum çəkdilər. Təşkilat belə halları inkişafa maneçilik törədən məqamlar kimi önə çəkib. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil