USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İlham Əliyev fenomeni

və yaxud möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin geniş istiqamətli fəaliyyətinin nəticələri


https://img.baki-baku.az/news/2021/02/photo_2950.jpg?v=MjAyMS0wMi0yMiAxMjozNjo0OQ==

Ənvər MƏŞƏDİYEV,
“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

________________________________________

Xalqımız artıq üç aydan çoxdur ki, otuz illik kədərə, qəm-qüssəyə son qoyaraq qəddini düzəltmiş, qalib ölkənin vətəndaşı kimi qürur hissi ilə yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məharətli sərkərdəliyi ilə rəşadətli ordumuzun erməni vandalizminin 27 il işğalda saxladığı 20 faiz torpaqlarımızı igidliklə azad etməsi insanlarımızın çöhrələrində təbəssüm yaratmış, necə deyərlər, onların 30-35 il bundan əvvəlki əhval-ruhiyyələrini özünə qaytarmış, əzmkarlıqlarını daha da artırmışdır.

Həmvətənlərimiz yekdilliklə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi, çörəkləri dizlərinin üstündə olan erməni faşistlərinin öz havadarlarının köməyi ilə zəbt etdikləri və 27 il ərzində xarabalığa çevirdikləri ərazilərimizin – şəhər, rayon və kəndlərimizin tam bərpası üçün bu mühüm, ümumxalq işində də hamıya örnək olan Prezidentimiz cənab İlham Əliyevin ətrafında yumruq tək birləşmələrini bildirirlər. Bunun insanlarla söhbət zamanı şahidi olur, onların Qarabağın bərpası ilə bağlı ölkə başçımızın imzaladığı sərəncamlarının müddəalarının yerinə yetirilməsində əzmlə iştiraklarını görürük.

Bir qərinəyə yaxın müddətdə işğal altında olan və “yekə” havadarlarının köməyi ilə 27 il murdar ermənilərin nəzarətində saxlanılan torpaqlarımızın azad edilməsi, viran qoyulmuş bu ərazilərin – evlərin, inzibati binaların, tədris müəssələrinin, mədəniyyət ocaqlarımızın, dini məbədlərimizin, digər abidələrimizin, infrastrukturlarımızın bərpası, yenidən qurulması kimi möhtəşəm, qlobal işlərin şərəflə yerinə yetirilməsi qəhrəmanlıq salnaməsidir. Bütün bu işlərin mexanizmini yaradan, onun sükanını inamla möhkəm tutan dahi var – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev! Özünün dediyi kimi nəyi nə vaxt edəcəyini bilən, sözünün üstündə duran İlham Əliyev!

İkinci Qarabağ müharibəsində parlaq qələbəmizdən sonra elə ilk günlərdən işğaldan azad olunmuş torpaqlarımızda minadan təmizlənmə, bərpa işlərinə, yollar salınmasına başlanması barədə göstərişlər verilmiş, fərmanlar, sərəncamlar imzalanmışdır. İlk olaraq cənab Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyi Şuşa şəhəri elektrik enerjisi, içməli su, digər kommunal, məişət xidmətləri ilə təmin edilmişdir. Bir sözlə, orada yeni həyat yaradılır. Füzulidə beynəlxalq hava limanının tikintisi, həmin rayondan Şuşaya çəkilən magistral yolun inşası surətlə davam etdirilir, digər azad olunmuş bölgələrdə dayanıqlı su, külək, günəş elektrik stansiyaları layihələrinin və başqa infrastrukturların həyata keçirilməsi, yaradılması üçün konkret tədbirlər görülür. Bütün bu işlər ardıcıl surətdə, mərhələ-mərhələ, planlı şəkildə həyata keçirilir. Havadarlarının, ağalarının buyruqlarına müntəzir olan, düşüncəsiz, nankor ermənilərin işğalı altından şücaətli ordumuzun azad etdiyi rayonlarımıza və Şuşa şəhərinə komendantların təyin edilməsi, Prezidentin xüsusi nümayəndəliklərinin təsis edilməsi və nümayəndələrin bölgələrə göndərilməsi də mərhələli tədbirlər sırasındandır.

Yuxarıda dediyimiz kimi, bu geniş istiqamətli, həyati əhəmiyyətli işlərin uğurlu başlanğıcı və onun ilk günlərdən rəvan getməsi məhz İlham Əliyevin ağlının, dahiliyinin nəticəsidir.

Universal biliyə, bacarığa, fenomen yaddaşa malik olan, “yüz dəfə ölç, bir dəfə biç” deyiminə əhəmiyyət verən Prezidentimiz İlham Əliyev imzaladığı fərman və sərəncamların, verdiyi tapşırıqların yerinə yetirilməsinə bilavasitə özü nəzarət edir. Çünki onun imzaladığı hər bir sərəncamın, verdiyi tapşırıqların mahiyyəti xalqın rifahının yüksəldilməsi, həyat tərzinin yaxşılaşdırılması ilə bağlıdır. Buna görə də, dövlət başçımız onların icrasına məsuliyyətlə yanaşılmağın vacibliyini öz örnək olması ilə nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra üç ay ərzində işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı erməni qəsbkarlarının-murdar vandalların darmadağın etdikləri ərazilərimizdə həyatın dirçəldilməsinin başlanğıcında vəziyyəti özünün müşahidə etməsi, ayrı-ayrı bölgələrdə, qəsəbə və kəndlərdə, tikinti obyektlərində bayrağımızı ucaltması, əsgər və zabitlərimizlə, infrastrukturların tikintisi ilə məşğul olan fəhlə və mütəxəssislərlə görüşləri zamanı çıxışları da dediklərimizə sübutdur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev həmin görüşlərdə ordumuzun erməni faşizmi üzərində şanlı qələbəməzizdən də söz açır, məğlub Ermənistanın keçmiş rəhbərlərinin və indiki iqtidarının cəfəng sərsəmləmələrinə konkret fikirlərini bildirir, dünya birliklərinə, beynəlxalq təşkilatlarına bir növ çox ciddi mesajlarını göndərir. Bu isə əsl diplomatiya nümunəsidir, böyük siyasətçinin qlobal düşüncəsinin yalnız bir  istiqamətidir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı Laçın rayonunun Güləbird kəndində olmuş, orada bayrağımızı ucaldmış,  Həkəri çayının üzərində “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Prezident İlham Əliyev Füzulidə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymuş, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində olarkən ona Ağalıda icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verilmişdir. Həmin gün dövlət başçısı Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə də baş çəkmişdir.

Möhtərəm Prezident İlham Əliyevin yüksək siyasi biliyə, idarəçilik qabiliyyətinə, düzgün hərbi taktikaya malik olması reallıqdır. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada işləmiş, dərs demişdir. Bir sözlə, siyasi məsələləri, diplomatiyanı, idarə etməni və s. dərindən mənimsəmişdir. Amma, şəhər mühitində doğulub, boya-başa çatan, təhsil alıb orada işləyən insanın kənd həyatına vurğunluğu, döyüş gedən ərazilərdə, xarabalılığa çevrilmiş obaların cığırlarında piyada gəzməsi tamam başqadır. Doğma torpağına bu cür dərindən bağlılıq, vətəninə, millətinə sonsuz sədaqət, düşmənə yerini göstərmək xalqımızın iftixar hissini artırır, öz Prezidentinə dərin ehtiram göstərməsinə dəlalət edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müdrik insandır, dünyagörüşlü şəxsiyyətdir. Onun beynəlxalq aləmdə nüfuzuna, ölkəmizin qüdrətli inkişafına bəzi dövlətlərin qısqanclığına rəğmən Prezidentimiz öz müstəqil siyasətini yürüdür. Siyasi yönümdə də, hərbi, quruculuq işlərində də uğurlarımız göz qabağındadır. Müharibədən yenicə çıxan, pandemiya ilə ciddi mübarizə aparan respublikamızın bütün sahələrdə inkişafının təmin edilməsi, quduz erməni hərbi birləşmələrinin daşı daş üstə qoymadıqları işğaldan azad etdiyimiz rayonlarımızın dirçəlməsi, bərpa, quruculuq işlərin aparılması, eyni zamanda paralel olaraq hərbi potensialımızın artırılması taleyüklü problemdir.

Bütün bu məsələlərin uğurla həll olunması istiqamətində möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev məqsədyönlü siyasət aparır. Xalqımız onun bu düzgün daxili və xarici siyasətini, qazandığımız uğurları görmək istəməyən həm daxili, həm də xarici düşmənlərimizi, nankorları qınaq atəşinə tutmalı, müvəffəqiyyətlərimizi daha da artırmaq, ordumuzu möhkəmləndirmək, işğaldan azad olunmuş torpaqlarımızı dirçəltmək üçün bütün imkanlarımızı səfərbər edərək möhtərəm Prezidentimizin ətrafında birləşməliyik.

 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Ənvər Məşədiyev