USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Moskva Beynəlxalq Münasibətlər İnstitutu yanında mərkəzin eksperti: Paşinyanı satqın adlandırsalar da...


https://img.baki-baku.az/news/2021/02/photo_2901.jpg?v=MjAyMS0wMi0xNyAxNzowNzowMw==

"Bazar günü Ermənistanda böyük etiraz aksiyası keçiriləcək. Hər halda təşkilatçılar belə anons ediblər. Daşnaksutyun Partiyasının ali orqanının təmsilçisi İşxan Saqatelyanının sözlərinə görə, "Vətənin xilası naminə" müxalifət koalisiyası planlaşdırır ki, 2021-ci ilin ən böyük mitinqi müxaliflərin hakimiyyətə gəlməsi üçün siyasi əkshücum olacaq. "Baki-Baku.az" xəbər verir ki, bu barədə Möskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin əməkdaşı, politoloq Sergey Markedonov "Bunin & Co" teleqram kanalı üçün yazıb. 

S.Markedonov bildirib ki, Ermənistandakı kütləvi aksiyalar aysberqin yalnız görünən tərəfidir. Nikol Paşinyanın opponentləri özlərinin effektivliklərini  artırmaq üçün vasitələr axtarırlar. Bununla bağlı düşünməyə dəyər. Çünki ötən üç ay ərzində onlar açıqladıqları məqsədə - Nazirlər Kabinetinin istefasına nail ola bilməyiblər. Bununla yanaşı özünə qarşı çıxışlardan şok keçirmiş baş nazir toparlanıb. O, faktiki olaraq parlament çoxluğunu əlində saxlayıb, eyni zamanda ideyanı tam basdırmasa da, parlament seçkiləri söhbətini təxirə salmağı bacarıb. 

"Məlum oldu ki, Vazgen Manukyan ümumxalq etirazının fiquru kimi o qədər də effektiv deyil. Onun 2020-2021-ci illərin şərtləri ilə Sovet İttifaqının son dövrlərindəki təcrübəsini təkrarlamasının mümkünsüzlüyü göründü. Məsələ heç də o həqiqətdə deyil ki, bir çaya iki dəfə girmirlər. Məsələ qarşıdurmanın formatındadır. Vaxtilə Qarabağ hərəkatında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi - Siyasi Bürosu, yəni Moskva ona qarşı çıxırdı. Həmin vaxtkı mübarizə milli işin irəliləməsi kimi təqdim oluna bilərdi. Hazırda isə Manukyana qarşı çıxan Ermənistanın dövlət hakimiyyətidir. Onun tərəfdarları Paşinyanı nə qədər də satqın adlandırsalar da, baş nazir tək deyil və ətrafında postsovet Ermənistanından çıxmış və karyera qurmuş şəxslər toplaşıblar. Buna görə də milli diskurs burada ümumiyyətlə işləmir. Başqa yanaşma və metodlar lazımdır", - deyə ekspert vurğulayıb. 

Markedonov baş nazir Nikol Paşinyanı ittiham edən iki eks-prezidentlərin - Serj Sarkisyanın və Robert Koçaryanın aktivləşməsinə də diqqət yetirir. Ekspert Paşinyanın onun layihəsi olmadığını bildirən Sarkisyanın fəallığını xüsusilə qeyd edir. "Baş nazirin opponentlərində kritik baxımdan hər şey qaydasındadır, ancaq konstruktivlik baxımdan problemləri var. Yerevanlı ekspert Norayr Dünyamalyanın sözlərinə görə, müxalifət hələ də institutlaşmayıb, öz proqramını təqdim etməyib. Elə həmin Koçaryan seçkidə iştirak edəcəyini bildirir. Ancaq prosesə hazırlığı kim, nə vaxt və necə başladacaq? Hakimiyyət hadisələrin bu axarını istisna etdi. Onun tərəfdarları isə parlamentdə çoxluqdadırlar. Hələ mən hökumətdəkiləri, güc strukturlarındakıları və meriyadakıları nəzərə almıram", - deyən Markedonov fikrinə aydınlıq gətirib. 

Bununla yanaşı Markedonov bildirir ki, Qarabağ mövzusu həddən artıq məxsusidir. Onu belə asanlıqla "bağlamaq" mümkün deyil. Görünür, hakimiyyətdə və müxalifətdə yeni ideya və insanların mövcud olmaması vəziyyəti dalana dirəyir: "Hələlik vəziyyətdən yaxşı çıxış yolu görünmür".




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Siyasi təhlil