USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Jirayr Liparityan: Ermənistanı gözləyən bəlaların siyahısı tükənməyib


https://img.baki-baku.az/news/2021/02/photo_2755.jpg

İkinci Qarabağ müharibəsindəki acınacaqlı məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində bunun səbəbləri ilə bağlı diskussiyalar baş qaldırdı. Müzakirələr əsasən ittiham xarakterli idi və baş nazir Nikol Paşinyana qarşı yönəlmişdi ki, bu tendensiya hazırda da aktualdır. Ancaq həmin vaxt hazırda ABŞ-da yaşayan, ölkənin Miçiqan Universitetinin professoru kimi fəaliyyət göstərən Jirayr Liparityan özünün "Nə baş verdi və nə üçün? Altı tezis" məqaləsi ilə meydana çıxdı. O Liparityan ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri olmuşdu və Qarabağ münaqişəsinin tarixi, danışıqlar prosesi ilə bağlı müfəssəl məlumatlıdır. 

Liparityan məqaləsində bir çox məsələlərə toxunmuşdu. Ancaq vurğunu əsasən erməni mental dəyərləri üzərinə gətirmiş, bildirmişdi ki, qisasçılıq ruhu, real vəziyyəti görə və qiymətləndirə bilməmək, qonşularla münasibətləri düzgün qurmamaq, erməni mifi Qarabağ müharibəsindəki məğlubiyyətin başlıca səbəbi idi.

Əlbəttə, erməni cəmiyyətinin ötən 3 ayda Miçiqan Universitetinin professorunun söylədiklərindən düzgün nəticə çıxardığını söyləməyə dəyməz, çünki nəticə yoxdur. Bu azmış kimi, Liparityanın özünü də ittiham edənlər, onu satqınlıqda günahlandıranlar var. Görünür, bu kateqoriyaya aid edilən şəxslərdən birinin söylədiyi keçmiş müşavirə xüsusilə möhkəm təsir göstərib ki, həmin şəxsə cavab yazıb. Bu şəxs erməni diasporunu təmsil edən yazıçı Vaan Zanoyandır. Zanoyanın Liparityanın baxışlarını, ümumən Levon Ter-Petrosyan dövründə Qarabağ münaqişəsinə baxışı tənqid edən məqaləsi dünya erməniliyi üçün böyük əhəmiyyət daşıyan, 1932-ci ildən nəşr edilən "The Armenian Mirror-Spectator" nəşrində yayımlanıb. Beləliklə Liparidyanın Zanoyana cavabındakı bir sıra xarakterik məqamları diqqətə çatdırırıq. 

"Müəllif və həmfikirləri Ter-Petrosyanı, onun administrasiyasını Ermənistanın 1994-cü ildə müharibədə qalib gəldiyi halda Qarabağ məsələsini həll edə bilməməkdə günahlandırırlar. İş ondadır ki, Ter-Petrosyan məhz bunu etmək istəyirdi. İstəyirdi ki, əldə edilmiş nəticəni möhkəmləndirsin. Ancaq arqumentlərin təsiri ilə geri çəkilməyə məcbur oldu. O mövzuların qarşısından geri çəkildi ki, Zanoyan ittihamını onların mövcudluğunu əsas götürərək qurur. Əgər Ter-Petrosyanın qərarı düzgün deyildisə və buna görə istefaya getdisə, o zaman nəyə görə onun xələfləri 1998-ci ildə Ermənistan Azərbaycanla eyni gücdə olanda düz addım ata bilmədilər? Onların 22 il vaxtları oldu ki, səhvi (Ter Petrosyanın Zanoyan tərəfindən ortaya atılmış səhvi nəzərdə tutulur) düzəltsinlər", - deyə Liparidyan vurğulayır. 

J.Liparityan məqaləsində bir sıra məqamlardan bəhs edərək bildirir ki, bir çoxları fantastik hesablamalara, psevdostrategiyalara, faktları inkar etmək əzmlərinə əsaslanırlar. "Belələri siyasətə baxışlarını dəyişməklə, fikirlərində korrektələr etməlidirlər ki, heç olmasa, əlimizdə qalanı saxlayaq", - deyən keçmiş müşavir əlavə edir ki, Zanoyan və onun kimiləri özlərinin keçmişləri və çatışmazlıqları üzərində əsirlər. Ən pisi isə onlar fantaziyalarının, "baxışlarının" girovudurlar.  

"Ermənistanı və Dağlıq Qarabağı gözləyən mümkün bəlaların siyahısı tükənməyib. Əgər bu uzaqgörənlərin məntiqi bu məğlubiyyət üçün əzab çəkirsə və bu düşüncə bizim siyasətimizdə dominant mövqe tutursa, yəqin ki biz daha böyük bəlaların şahidi olacağıq. Və belə olduqda da onlar böyük ehtimalla özlərindən və öz mentalitetlərindən başqa kimi istəsən ittiham edəcəklər", - deyə J.Liparityan vurğulayıb.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Siyasi təhlil