USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan tərəfdarları növbədənkənar seçkiyə razı deyil - müxalifət üçün yeni etiraz motivi


https://img.baki-baku.az/news/2021/02/photo_2750.jpg

Fevralın 7-də Ermənistanın hakim "Mənim addımım" parlament fraksiyasının üzvləri baş nazir Nikol Paşinyanla görüşüblər. "Baki-Baku.az" xəbər verir ki, bununla bağlı açıqlamanı sözügedən fraksiya yayıb. 

Açıqlamada bildirilir ki, baş nazirin növbədənkənar parlament seçkiləri keçirməklə bağlı təklifi parlament müxalifəti tərəfindən müsbət qarşılanmayıb. Geniş ictimaiyyət də seçkinin tərəfdarı deyil. 

Açıqlamada o da bildirilir ki, "Mənim addımım" baş nazirə və hökumətə noyabrın 18-də təqdim edilmiş "Yol xəritəsi"nin reallaşdırılması istiqamətində müvafiq kömək göstərməkdə davam edəcək. 

Qeyd edək ki, Ermənistanın parlamentdə təmsil olunmayan müxalif qüvvələri Paşinyan tərəfdarlarının bu qərarına qarşı çıxıblar. "Vətənin müdafiəsi naminə" hərəkatın koordinatoru, Daşnaqsütun Partiyasının təmsilçisi İşxan Saqatelyan özünün facebook səhifəsindəki açıqlamasında bunu Paşinyanın baş nazir kürsüsünü əldən vermək istəməməsi ilə əsaslandırıb. "Eyni zamanda Paşinyan anladı ki, əgər yenidən seçkiyə getsə, komandasındakı bir çox şəxslər də deputat mandatından məhrum ola bilərlər", - deyən Saqatelyanın fikrincə, "Mənim addımım"da təmsil olunanlar məsələ barədə baş naziri məlumatlandırıblar. Əgər onlar mandatlarından məhrum olsalar, Paşinyanın komandası dağılacaq. 

Saqatelyanın üzərində dayandığı daha bir məqam Paşinyan tərəfdarlarının proqnozları ilə bağlıdır. Onlar hesab edirlər ki, "Vətənin müdafiəsi naminə" hərəkatı artıq öz nüfuzunu xərcləyib və ictimai rəyə təsir gücünü itirib. Buna görə də Daşnaqsütun təmsilçisi hərəkatın fevralın 20-nə mitinq təqyin etdiyini vurğulayıb. 

Bu arada Qagik Çarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası da baş nazirin növbədənkənar parlament seçkilərinin keçirilməsindən daşınma fikrina qarşı çıxıb. 

 

 




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?
Kim güclüdürsə, o da haqlıdır?
  • Daxili siyasət
  • 09:45 09.04.2024
Kim güclüdürsə, o da haqlıdır?
Tehran niyə susur?
  • Daxili siyasət
  • 13:45 06.04.2024
Tehran niyə susur?
İrəvanın məkrli himayədarları
  • Daxili siyasət
  • 13:44 06.04.2024
İrəvanın məkrli himayədarları

Siyasi təhlil