USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni Ombudsman öz xalqını "azərbayanlılara söydürür" - MÜŞAHİDƏ


https://img.baki-baku.az/news/2021/01/photo_2553.jpg

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müvafiq beynəlxalq təşilatlara 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmçinin 2014-cü ildən Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftara dair hesabat ünvanlayıb.

Bu arada Ermənistan Ombudsmanının da hansı işlə məşğul olduğunu da bilək. Armen Tatoyan. Adamın işi-gücü sosial şəbəkələrin Azərbaycan seqmentini izləməkdir. Artıq ikinci dəfədir, o bildirir ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri ermənilərə qarşı nifrət yağdırırlar. Mövcud kontekstdə izah etmək istəyir ki, bu iki xalqın dinclik və əminamanlıq şəraitində yaşaması mümkün deyildir. 

Doğrudur, azərbaycanlılara məxsus ayrı-ayrı sosial şəbəkə profillərində ermənilərə qarşı nifrət yağdırıla bilər. Məlum ən yaxın keçmişdəki müharibənin yaraları hələ qaysaq bağlamayıb. Eləcə də erməni sosial şəbəkə profillərində belə halların nəzərə çarpması mümkündür. 

Burada qəribə görünən məqam bir ölkənin insan hüquqları sahəsində çalışan şəxsinin real məsələlərdən danışmaması, mənasız ritorikaya baş vurmasıdır. Ən əsası isə bu ritorikanı özünün illik hesabatına daxil etməsidir.

Amma Tatoyanın söylədkilərinə sıradan məsələ kimi də yanaşmaq olmaz. Birincisi, bu adam azərbaycanlıların guya ermənilərə nifrətindən danışarkən elə hərəkətlərdən söz açır ki, onlar ancaq və ancaq ermənilərin özlərinin vaxtilə törətdikləridir. Uşaq qətli, zorlama və sair bu kimi iyrənciliklər.

Tamam hansısa azərbaycanlı erməniləri məhv etməyin lazım olduğu barədə çağırış edə bilər. Amma zorlamaq, uşaqları da qətlə yetirmək, bu, yalnız erməni düşüncə tərzinin məhsulu olub ki, Tatoyan öz xalqının baxışlarını necə deyərlər üzərimizə transformasiya etməklə guya xal qazanır. 

Doğrudur, Ermənistan cəmiyyətindən az da olsa, münasibətlərin normallaşmasına yönələn çağırışlar var. Bu baxımdan ölkənin müəyyən iqtisadi faydaları üzərində dayananlar gözə dəyir. Eyni zamanda düşmən kimi azərbaycanlılara nifrət baxışının təbliğ edilməsinin ermənilər üçün ziyanlı ola biləcəyini söyləyənlərə də rast gəlinir. Amma görünən bu ki, ölkənin rəsmi kursunu təmsil edən şəxslər yenə də əvvəlki amplualarından əl çəkmirlər. Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın siyasi bəyanatlarını bir kənara qoyuruq. O anlamda ki, son günlər Azərbaycanda bununla əlaqədar çox söz açıldı. Həm də erməni diplomatiyasının hardasa daxilə mesaj yönümlü açıqlamalarını anlamaq olar. Müharibədə acınacaqlı məğlubiyyəti mənasız söz yığını ilə hansısa formada pərdələməyə ehtiyac var. 

Ancaq bir ölkənin Ombudsmanı nifrət toxumunu özü öz əlləri ilə səpirsə, bunun üçün heysiyyata toxunan cümlələr axtarıb tapırsa, demək ki, məsələnin qoyuluşu tam fərqlidir. Üstəlik bu adamın ləyaqətsizliyi özünü həm də onda göstərir ki, o, hansısa sosial şəbəkə istifadəçisinin sözlərindəki aşağılayıcı ifadələri dilə gətirərək onun öz xalqına ünvanlandığını bəyan edə bilir. Tipik erməni xisləti. Öz mənafeyi üçün özünə hər sözü dedizdirməyə razıdır. 

İndi əsas məsələ Ermənistanın yuxarı idarəçilik elitasında dayanan bu adamların - tatoyanların, ayvazyanların və başqa yanların belə fikirlərlə haraya varmaq istədiklərini izləməkdir. Ermənilər özlərinin əzilmiş obrazlarını yaradırlar. Elə edilməlidir ki, bu obraz müxtəlif beynəlxalq təşkilatların bəyanatlarında, çağırışlarında "əzilməsin". 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil