USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ-ın Ermənistandakı səfirinin məqaləsindəki iki vacib məqam - Dağlıq Qarabağ və ...Paşinyanı "ölməyə" qoymarıq


https://img.baki-baku.az/news/2021/01/photo_2543.jpg?v=MjAyMS0wMS0yMiAxMzoyMDoxNw==

Təcili tədbirlər görmək lazımdır ki, Dağlıq Qarabağdakı dağıdıcı müharibədən sonra irəliyə doğru addım atılsın. "Baki-Baku.az" xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi özünün məqaləsində vurğulayıb.

Səfirliyin mətbuat xidməti tərəfindən yayılmış məqalədə bildirilib ki, Birləşmiş Ştatlar əsirlərin geri qaytarılmasının vacibliyi ilə bağlı çağırışını təsdiqləyir. "Biz konfliktlə əlaqədar qəddarlığı pisləyirik. Bütün günahkarlar məsuliyyətə cəlb edilməlidirlər. Döyüşlərin başa çatmasına baxmayaraq, Dağlıq Qarabağın statusu məsələsinin siyasi həlli regonal sülh və sabitlik üçün vacibdir.", - deyə səfir əlavə edib. 

L.Treysi həmçinin bildirib ki, Birləşmiş Ştatlar Ermənistanın bərpasına kömək göstərəcək. O, ABŞ-ın Ermənistan xalqı, hökuməti, vətəndaş cəmiyyətləri, mətbuatı, özəl sektoru ilə əməkdaşlığa sadiqliyindən söz açıb, erməni xalqının demokratik institutların bərpasına və onların köməyi ilə çiçəklənən Ermənistan qurmaq istəyinə dəstək göstərəcəyini diqqətə çatdırıb. 

Səfir demokratiya və qanunun aliliyinin ABŞ-Ermənistan münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. "Erməni dostlarımız və tərəfdaşlarımızın köməyilə biz maneələri aşacaq, ümumi dəyərlərimizi qoruyacaq, demokratiya və qanunun aliliyinə dəstək olacaq, hamımızın işıqlı gələcəyinə nail olacağıq", - deyə Treysi fikrinə aydınlıq gətirib. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil