USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Etibarlı silahdaş, Vətənə sadiq insan


https://img.baki-baku.az/news/2021/01/photo_2466.jpg

 

Ənvər MƏŞƏDİYEV,
“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

________________________________________________

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasətinin, qlobal iqtisadi, hərbi proqramların ağılla, paralel surətdə həyata keçirilməsinin, xalqımızın və rəşadətli Ordumuzun ölkə başçımızın ətrafında sıx birləşməsinin nəticəsində 30 ilə yaxın müddətdə başımızın üstünü almış duman yox edilmişdir.

Müzəffər sərkərdəmiz İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz cəmi 44 gündə möhtəşəm qələbəmizlə başa çatan Vətən müharibəsi dövründə erməni vandalizmini həmin qara buludlara büküb işğal olunmuş ərazilərimizdən murdar əşya kimi kənara atmışdır. Xalqımız xoşbəxtliyə qovuşmuşdur.

İkinci Qarabağ müharibəsində qazandığımız zəfərlərimiz barədə aylarla, illərlə hər gün səhərdən-axşamadək söhbət açsaq da, danışsaq da Ali Baş Komandanımız İlham Əliyevin bir sərkərdə kimi və şücaətli Ordumuzun bircə sutkalıq qazandıqları uğurları bütünlüklə əhatə etmək mümkün deyil. 27 illik həsrətə son qoyulmuş, bu illər uzunu boyunu bükülü gəzən xalqımızın qəddi düzəlmiş, üzü gülməyə başlamışdır. Torpaqlarımız düşmən tapdağından azad edilmişdir. Münbit torpaqlarımız rahat nəfəs almağa başlamışdır. Artıq bəzi şəhər və qəsəbələrdə bərpa işlərinə başlanmış, küçələrə görkəmli mədəniyyət, incəsənət xadimlərinin, milli qəhrəmanlarımızın və s. tanınmış şəxsiyyətlərin adları verilir.

Bir sözlə, 30 il ərzində ermənilərin özününküləşdirməyə çalışdıqları abidələrimizin, yaşayış yerlərimizin adları özünə qaytarılmışdır.

Ölkəmiz, ümumiyyətlə, cənubi Qafqaz üçün qlobal əhəmiyyəti, heç bir şeylə ölçülə bilməyən şanlı qələbəmizi, bu xoşbəxtliyi xalqımıza bəxş edən insanların fövqəladə fədakarlıqlarını, möhkəm iradələrini dəyərləndirmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olmalıdır.

Ölkəmizin həlli vacib olan bütün problemlərinin - istər iqtisadi, istər sosial-mədəni, istərsə də təhsil, səhiyyə sahələri olsun – yoluna qoyulmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə təşəbbüskar olmuş, fədakarlıq nümunəsi göstərmişdir.

44 günlük Vətən müharibəsi dövründə dalbadal paylaşımlar etməsi, Ali Baş Komandan İlham Əliyevlə birlikdə hospitalda müalicə olunan yaralı əsgərlərimizlə görüşməsi və s. humanist hərəkətləri qürurvericidir, insani ləyaqətdir.

Hər bir nüfuzlu şəxsiyyətin, daim xalqın diqqətində olan və onun etimadını doğruldan, öz millətinə qayğı göstərməyi fəaliyyətinin əsas istiqamətlərindən biri sayan insanın xeyirxah əməlləri ilə adamların qəlbində, tarixdə iz qoyan anlar olur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində belə anlar çoxdur. Onun son zamanlar – İkinci Qarabağ müharibəsindən sonra insanların ürəyini titrədən həm cəsur, həm millətinə, ailəsinə məhəbbət nümunəsi olan, həm də əsil müsəlman – Azərbaycanlı səliqəsi nümayiş etdirdiyi bir-iki məqamı yada salaq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin etibarlı silahdaşı kimi onunla birlikdə işğaldan azad olunmuş torpaqlarımıza dababadal səfərləri zamanı mənfur, dağıdıcı erməni hərbi birləşmələrinin otuz ilə yaxın müddətdə xarabalıqlara çevirdikləri ərazilərimizi, məhv etdikləri dini, mədəniyyət abidələrimizi öz gözləri ilə görmələri və bu vəhşiliklərə münasibət bildirmələri də diqqət çəkir. Ümumiyyətlə, ölkə Prezidentinin Birinci xanımla birlikdə müharibənin yenicə başa çatdığı ərazilərə sükan arxasında səfər etməsi, ermənilərin viran qoyduqları kəndlərimizin, şəhərlərimizin videosunu çəkmələri (bu işi Mehriban xanım Əliyeva görürdü) Vətənə vurğunluqdan, xalqına məhəbbətdən başqa bir şey deyildir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdən sonra öz sahiblərinə qaytarılmış torpaqlarımızda hərbi xidmət çəkən əsgərlərimiz və zabitlərimizlə görüşləri, onlarla birlikdə şəkil çəkdirmələri əlbəttə, məğrurluq, sadəlik nümunəsidir. Etiraf edək ki, ölkə başçımızın hər bir belə səfəri başa çatanadək qədirbilən xalqımız narahatlıq keçirir. Allaha şükür ki, Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalan, öz sözünün ağası, möhkəm iradəli, görkəmli siyasi xadim, dini ayinlərimizə hörmətlə yanaşan Prezidentimiz, böyük sərkərdəmiz İlham Əliyevin və böyük humanist insan, Birinci vitse-prezident Mehriban Əliyevanın yolları daim açıq, işıqlı olmuşdur. İnşallah, həmişə belə olsun!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə respublikamızın mədəni həyatında təhsil, səhiyyə müəssisələrinin tikintisində, təmir edilməsində təsəvvürə gəlməyən dərəcədə işlər görülmüşdür.

Onun cənab Prezidentimiz, Ali Baş Komandanımızla birlikdə işğaldan azad olunmuş rayonlarımıza səfərləri, yaralı əsgərlərlə görüşləri, Şəhidlər Xiyabanına ziyarəti də çox böyük məna kəsb edir. Yəni, bütün bunlar göstərir ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva inkişafımız, rifahımızın yaxşılaşdırılması, Azərbaycan Respublikasının Prezidenti, böyük sərkərdəmiz İlham Əliyevin rəhbərliyi altında bizə qələbə ərmağan edən şanlı Ordumuzun mədəni-məişət tərzinin yüksəldilməsi üçün öz fədakar əməyini əsirgəmir.  

İkinci Qarabağ müharibəsindən söz açanda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfərlərini, oradakı məscidi ziyarət etmələrini yada salmamaq olmur. Birinci vitse-prezident Mehriban Əliyevanın müqəddəs Qurani-Kərimi bükdüyü süfrəni orada qoyulmuş masanın üstünə səliqə ilə sərməsi, əllərini dini məbədin giriş qapısının sütununa söykəyərək ibadət etməsi qəlbləri kövrətməməyə, insanları qəhərləndirməməyə bilmir. Mehriban xanım anası, görkəmli ərəbşünas alim, professor Aida xanım İmanquliyevanın məzarını onun doğum və anım günlərində ziyarət edərkən bu cür ibadət etməsini çoxları görmüşdür. Və onların qənaəti budur: Birinci vitse-prezident Mehriban Əliyevanın doğma anasını sevdiyi qədər də vətəninə məhəbbəti var, şəhidlərimizin ruhuna ehtiramı var. Bunu Mehriban xanımın paylaşımlarından, insanların rifahı naminə həyata keçirdiyi konkret tədbirlərdən, həmişə xalqın qayğısı ilə maraqlanmasından və s. görmək mümkündür.

2020-ci il Azərbaycan tarixinə qələbə ilə həkk olunmuş, qızıl hərflərlə yazılmışdır.

2021-ci il ölkəmizə qədəm qoymuşdur. İndi azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərinə başlanılmışdır. İnşallah, xalqımızın birliyi nəticəsində azad edilmiş ərazilərimizin dirçəldilməsi də uğurla həyata keçəcəkdir.

Yaşasın Azərbaycan Xalqı!

Qarabağ Azərbaycandır!

 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Ənvər Məşədiyev