USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyevin vasitəçiliyi - Türkiyə və İsrail münasibətləri normallaşacaqmı? (BAXIŞ)


https://img.baki-baku.az/news/2021/01/photo_2437.jpg?v=MjAyMS0wMS0xMyAxNzoyOTo1Ng==

Azərbaycan Prezidenti İlham Əliyev də özünün müttəfiqləri olan Türkiyə və İsrail arasında vasitəçi qismində çıxış edib. Baxmayaraq ki, İsrail və Türkiyə müxtəlif məsələlərə münasibətdə fərqli baxışa malikdirlər, onlar Qarabağ müharibəsində Azərbaycanı tam dəstəklədilər. "Baki-Baku.az" "ahvalnews.com"a istinadən xəbər verir ki, bu fikir sözügedən media orqanında yayımlanmış müəllif məqaləsində yer alıb.  

Məqalədə bildirilir ki, İsrailinin rəsmi şəxsləri Türkiyə ilə əlaqələrin normallaşması pesrpektivinə və mövcud xüsusda Ankara tərəfindən edilən jestlərə cavab verməyiblər. 

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Türkiyə ölkələr arasında münasibətlərin normallaşmasını istəyir. Bundan sonra İsrailin xarici işlər naziri Qabi Aşkenazi Nazirlər Kabinetinin iclasını çağırdı. Lakin vəziyyətin qiymətləndirilməsi onu deməyə əsas vermir ki, İsrail normallaşma yolunda gələcək addımları atmağa hazırdır". 

Məqalədə İsrailin Xarici İşlər Nazirliyinin keçmiş baş direktpru Alon Lielin fikirlərinə də yer verilib. O bildirib ki, İsrailin Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq niyyətində olmadığına əmindir. Çünki ölkələrin rəhbərləri arasında az da olsa etimad yoxdur. 

Türkiyə-İsrail barışığının qarşısında dayanan daha bir vacib oyunçu Birləşmiş Ərəb Əmirlikləridir. Əmirlik ABŞ-ın köməyilə İsraillə diplomatik münasibətlərin qurulması niyyətini açıqladıqdan sonra Ankara buna qarşı çıxdı və BƏƏ-dəki səfirini geri çağırmaqla hədələdi.

Daha bir vacib məqam isə Misirin BƏƏ-ni Şərqi Aralıq dənizi Qaz Forumuna qoşulmağa dəvət etməsidir. Forumun üzvləri isə İsrail, Yunanıstan və Kiprdir. 

Məqalədə eyni zamanda bildirilir ki, Co Baydenin ABŞ prezidenti seçilməsindən sonra Türkiyə üçün artan təcriddən qaçmaq vacibdir. Buna görə də Ankara düşünür ki, Tel-Əvivlə yaxınlaşma mühasirədən çıxmağın yaxşı variantıdır. Özünün seçki kampaniyası zamanı Türkiyəni tənqid edən Bayden isə İsrailin məhşur tərəfdarıdır.Azər




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Siyasi təhlil