USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan prezidentindən Qarabağ məğlubiyyətinə geniş izah... - "Özümüz özümüzü aldatdıq"


https://img.baki-baku.az/news/2021/01/photo_2398.jpg

Ermənistan prezidenti Armen Sarkisyan "Məzmunlu dövlət qurmağın qaçılmazlığı" adlı məqalə yazıb. "Baki-Baku.az" xəbər verir ki, məqalə Ermənistan prezidentinin rəsmi saytında yayımlanıb. 

Dövlət qurmağın ermənilər üçün vacibliyinin vurğulandığı məqalədə bildirilib ki, hazırda erməni xalqı ümummilli psixoloji acizlik yaşayır. Bu durumda gələcəyi hansı bünövrədə qurmaq isə onun özündən asılıdır. "İndiki itkilərimiz üç onillik ərzində yığılıb qalmış dərin problemlərin nəticəsidir. Görünür, heç kəsdə məsuliyyəti üzərinə götürmək həvəsi yoxdur. İş onda deyil ki, tənqid və özünü tənqdi yoxdur, məsələ onun formal xarakter daşımasındadır. Biz hələ də şəxsi çıxış nöqtələri, insanlar və dövlətlərin timsalında "xilasedicilər" axtarırıq. Bu axtarışlarla unuduruq ki, o, gözlərimizin önündədir və müstəqil Ermənistan Respublikası adlanır", - deyə Sarkisyan bildirib. 

A.Sarkisyan məqaləsində həmçinin keçmişə də ekskurs edərək 1990-ci illərdə ermənilərin Qarabağda uğur qazanmasından söz açıb. O vurğulayıb ki, son dövrün hadisələri üstünlüklərin lazımı qiymətləndirilməməsinin nəticəsidir. Bu isə Sarkisyanın fikrincə, dövlət anlayışına düzgün yanaşılmamasından irəli gəlib. Mövcud xüsusda seçki məsələsi üzərinə gələn prezident eyni zamanda uğursuzluğun ictimai, siyasi, sosial, mənəvi və digər səbəblərini də qabardıb. 

"Misallarla uzağa getmək lazım deyil. 1994-cü ildə Artsaxı (Qarabağ nəzərdə tutulur) azad etdik, ancaq 27 sentyabr 2020-ci ilədək bizdə onun siyasi gələcəyi ilə bağlı düzgün baxış yox idi. Yalnız diplomatik yolla müharibənin qarşısının alınması taktikası var idi ki, o da iflasa uğradı. 20 il ərzində rəqibimiz bildirdi ki, Qafqazda ikinci erməni dövlətini yaranmasına imkan verməyəcək. Müasir silahlar aldı, aktiv beynəlxalq lobbi fəaliyyəti həyata keçirdi və bir məqsəd üçün bütün dünyaya təsir şəbəkəsi yaratdı. Hansı məqsəd üçün? Sual ritorikdir", - yazan Ermənistan prezidenti hikkəsini gizlətmir. 

Armen Sarkisyanın fikrincə, Ermənistan Qarabağin özünə qaytarılması missiyasının başa çatdığını hesab etdiyi an məğlub oldu. Bölgəni inkişaf etdirmək məsələlərinə diqqət yetirmədi, hərbi gücünü artırmadı, sanki heç bir təhlükə yoxmuş kimi davrandı. Ermənilər yuxudan oyananda, işləyəndə, yatanda özünü qalib xalqın nümayəndəsi hesab etdi. İndi o, erməni “mən kiməm” sualına cavab axtarışındadır.

“İstər xarici, istərsə də daxili düşərgədə informasiya müharibəsini uduzduq. İllər ərzində arzularımızı reallıq kimi təqdim etdik. Yalan, həqiqətin imitasiyası hər yerdə özünü göstərdi, milli təhlükəsizliyə təhdidə çevrildi. Sanki bizim təşkilatlanmış dövlətimiz, iqtisadiyyatımız, elmimiz, demokratik cəmiyyətimiz, azad mediamız olub. Halbuki mənzərə tamamilə başqa idi. Özümüz özümüzü aldatdıq. Bununla da məğlubiyyətə imza atdıq. Böyük səylər, güc lazımdır ki, acı həqiqəti qəbul edək. Biz çətin durumdayıq. Amma heç bir halda Ermənistanın, Qarabağın və diasporanın məğlub edilmiş kimi sayılmasına imkan verməməliyik”, - deyən Ermənistan prezidenti ölkəsinin xarici cəbhədə məğlubiyyətə uğradığının etiraf edilməli olduğnu vurğulayıb, əlavə edib ki, buna görə məsuliyyət qaçılmazdır. O, dövlətin qorunub saxlanılması üçün prinsipcə yeni mərhələyə qədəm qoymağın zəruriliyini, emosiyaları bir kənara atıb çətin, arzu olunmaz, ancaq mühüm işlərə başlamağın vacibliyini diqqətə çatdırıb.

Sarkisyan vətəndaşların özlərinin seçdikləri parlamentin deputatlarından, hökumətdən və baş nazirdən indiki böhrandan çıxmaq tədbirlərini gözləmək səlahiyyətində olduqlarını bildirib. O, prezidentin də ölkənin bərpası prosesində rola malikliyini önə çəkib. Cəmiyyətdə dağınıqlığın katastrofik nəticələr doğura biləcəyini deyən prezidentin sözlərinə görə, vəziyyətdən yeganə, düzgün çıxış yolu münasib vaxtda növbədənkənar seçkinin keçirilməsi, seçki məcəlləsinə və konstitusiyaya dəyişiklik edilməsidir ki, məhz bu, dövlət quruculuğu prosesini real şəkildə başlamağa imkan verəcək. Buna qədər isə Sarkisyanın fikrincə, ölkənin legitim, balanslı, tərəfsiz idarəçilik institutu sayılan prezident tərəfindən Milli Həmrəylik Hökuməti qurulmalıdır və bu hökumətin üç məqsədi olmalıdır:

Birinci - müharibənin nəticələrini aradan qaldırmaq: bütün əsirlərin, girovların və digər saxlanılan şəxslərin geri qaytarılması, yaralıların müalicəsinə kömək göstərilməsi, dağılmış evlərin və mənzillərin bərpası, evindən məhrum olmuş şəxslərin yeni evlərlə təminatı;

İkinci – ölkəni iqtisadi və siyasi böhrandan çıxarmaq üçün yol xəritəsinin hazırlanması və həyata keçirilməsi;

Üçüncü – seçkinin münasib vaxtda keçirilməsi üçün normativ-hüquqi bazanın yenilənməsi. Seçki məcəlləsinin, partiyalar haqqında qanunun və konstitusiyanın yenidən işlənilməsi ilə əlaqədar islahatların həyata keçirilməsi. Buna görə də hökumət konkret sahələr üzrə peşəkarlardan ibarət olmalıdır.

A.Sarkisyan xalqın xilaskarını, yaxud qeyri-adi şəxsiyyəti axtarmağın lazımsızlığını yazıb, ölkənin institutlarla idarə edilməli olduğunu bildirib. O, parlamentli sistemdə prezident üsul idarəsinin formal və simvolik xarakter daşıdığına diqqət çəkib. Vurğuladığı başlıca məqam isə Ermənistanda “üçüncü respublika”nın ömrünü başa vurmasıdır.

“Təəssüf ki, hələ də nə Ermənistanda, nə də erməni dünyasında sonuncu dramatik hadisələrin səbəb və nəticələrinin real miqyasını başa düşürlər. Anlamalıyıq ki, bizim üçün tarixin başqa çağırışlı yeni səhifəsi açılır. Bu dəfə səhvsiz, pekəkar, düzgün davranmalıyıq”, - deyən Sarkisyan Ermənistan üçün müharibə şokundan ayılmaq, yeni dövlət qurmaq üçün “dördüncü respublika” dövrünün anonsunu verib. O bildirib ki, 2018-ci ilin hakimiyyət dəyişikliyi Ermənistan tarixinin yeni mərhələsinin başlanğıcı idi. Lakin ideologiya olmadığından bu, əvvəlki idarəçilik fazasının sonuna çevrildi.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Siyasi təhlil