USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Butulka ilə özünütəcrid - Ermənistanda Paşinyana və Sarkisyana inanan yoxdur


https://img.baki-baku.az/news/2021/01/photo_2345.jpg

Ermənistanda baş nazir Nikol Paşinyanın koronavirusla bağlı bu gün verdiyi özünütəcrid qərarı ələ salınır. Çoxları hesab edir ki, bu, xəstəlikdən qorunmaq üçün yox, xalqdan uzaq durmaq məqsədilə oynanılmış oyundur. Paşinyanın özünütəcridi bir yana, ölkə prezidenti Armen Sarkisyanın da "COVID-19"a yoluxduğu bildirilir. Bu barədə məlumatı dünən Prezident Administrasiyası yayıb. Maraqlıdır ki, sonuncu hazırda yeni ili qeyd etmək üçün yollandığı Londondadır.

Həm baş nazirin, həm də prezidentin koronavirus səbəbilə yoxa çıxmasına ilk sərt münasibət son günlər qalmaqallı və xüsusən də Paşinyan hakimiyyətinə qarşı sərt mövqeyilə seçilən açıqlamaları ilə yadda qalan Mikael Minasyandan gəlib. O Minaysyandan ki, vaxtilə Ermənistanın Vatikandakı səfiri olmuşdu. O Minasyan ki, hələ də Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkənidir. 

Keçmiş səfir özünün facebook səhifəsində Sarkisyan və Paşinyanın birlikdə fotosunu yayaraq onları məsxərəyə qoyub. O bildirib ki, vaxtilə bu ikili Ermənistanda keçirilən bütün tədbirlərdə iştirak edirdilər. Şərab festivalından tutmuş kabab festivalınadək. Nəinki iştirak edir, eyni zamanda səmimi pozlarda selfi çəkdirir, guya sadəlik nümayiş etdirirdilər. İndi isə hərəsi bir dərəyə çəkilib. Çünki xalqın içərisinə çıxmaqdan, insanların gözünə görünməkdən qorxurlar. Çünki bu adamları yumurta atəşilə, təhqirlə, lənətlə qarşılayırlar və bu, hər zaman belə olacaq. 

Yaman gündə olan ölkənin prezidentinin yeni ili qarşılamaq üçün Londona getməsinin bir ayrı biabırçılıq olduğuna diqqət çəkən Minasyan həmçinin kinayəli şəkildə vurğulayıb ki, Sarkisyan və Paşinyan kimi lənətlənmiş şəxslərin müqəddəs Milad bayramında xalqla birgə iştirak etməmələri, üzə çıxmamarı yeganə pozitiv məqamdır. 

Bu arada tanınmış erməni media maqnat Aram Qabrelyanov da Paşinyanın özünütəcridinə münasibət bildirib. O, teleqram səhifəsində yazıb ki, baş nazir Nikol Paşinyanın ətrafındakılar da ona qarşı üsyan qaldırırlar. Adını açıqlamadığı mənbələrinə istinad edən Qabrelyanov vurğulayıb ki, dünən Paşinyanın sadiq adamlarından olan Ermənistan parlamentinin sədri Ararat Mirzoyan da üsyançılara qoşulmuş kimi görünür. Mirzoyan həyatlarının cəhənnəmə çevrildiyini deyib. Küçəyə çıxanda hücuma, təhqirə məruz qaldıqlarını da həmçinin.

Qabrelyanovun sözlərinə görə, Mirzoyan Paşinyanın küçəyə çıxanlara qarşı ordunun gücündən istifadə etmək niyyətindən danışıb. Onu da deyib ki, generallar buna qətiyyətlə qarşı çıxıblar. 

Erməni media maqnat onu da bildirib ki, tanınmış kinoprodüser Armen Qriqoryanın Paşinyanı kilsəyə buraxmamaqla bağlı çağırışı da baş naziri özündən çıxarıb. İstəyib ki, Qriqoryanı həbs etdirsin, lakin güc strukturlarının təmsilçiləri məsələni etirazla qarşılayıblar. Buna görə də Paşinyanın mətbuat xidməti onun koronavirusla bağlı özünü təcrid etdiyi oyununu uydurub. Baş nazirin mühafizə dəstəsindəki şəxslər gülərək deyirlər ki, Paşinyan özünü butulka ilə birgə təcrid edib. Qabrelyanov "butulka ilə təcrid" məsələni təsadüfən qabartmır. Onun bildirdiyinə görə, az əvvəl haqqında söz açılan prodüser Qriqoryanı həbs etmək istəyi puça çıxandan sonra da Paşinyan əsəbini içki içməklə sakitləşdirib. 

 

 

"Baki-Baku.az"




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil