USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Polad iradəli, fitri istedadlı qurucu LİDER

və yaxud 17 ilin zəfəri


https://img.baki-baku.az/news/2021/01/photo_2337.jpg

 

 

 

 

 

 

 

Ənvər MƏŞƏDİYEV,
“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

_____________________________________

İnsanda nə qədər sevgi olar! Vətən sevgisi, ailə sevgisi, valideyn sevgisi, millət sevgisi, ana dilinə, dininə, inamına, mədəni irsinə, doğma torpaqlarına, adət-ənənələrinə, xalqına, tutduğu vəzifənin mahiyyətinin vacibliyinə, ən nəhayət, Böyük Yaradana sonsuz məhəbbət! Və yaxud, düşünürsən, insanda Tanrının bəxş etdiyi fitri istedadla yanaşı, bu qədər çoxşaxəli qabiliyyət haradan!

Tanrı xalqına, millətinə, Vətəninə, torpaqlarına bağlı olan, insanların haqq yolunda uğur qazanmalarına, onların arzu və istəklərinin həyata keçirilməsinə çalışanlara daim dayaq durur.

Bəli, Böyük Yaradan saf insanların, təmiz ürəkli, haqq-ədalət tərəfdarlarının doğru işlərinə fərəc verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Müzəffər Sərkərdəmiz İlham Heydər oğlu Əliyev yuxarıda sadaladığımız xeyirxahlıq təcəssümünü özündə birləşdirən şəxsiyyətlərindəndir. Ərazisinin 20 faizinin işğal altında olan ölkəmizin gələcək müqəddəratını hələ 17 il bundan əvvəl çiyinləri üzərinə götürməsi prezident İlham Əliyevin özünə inamının sübutudur.

Ulu Öndərimiz Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqımıza müraciətindəki “...inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamları özünü tam doğrultmuşdur.

Dövrünün dünya miqyaslı siyasətçisi Ulu Öndərimiz Heydər Əliyevin ailəsində böyümüş və kifayət qədər idarəçilik təcrübəsinə malik İlham Əliyev ata nəsihətlərinə sadiq qalaraq və xalqımızın ona etimad göstərəcəyinə inanaraq 2003-cü il 15 oktyabrda prezident seçkilərinə qatıldı, mütləq səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin vaxtdan Azərbaycanın siyasi, iqtisadi, sosial-mədəni strategiyasının, hərbi sənayesinin istiqamətlərini, Ordu quruculuğunun taktikasını müəyyənləşdirməyə, dünya ölkələri ilə diplomatik münasibətləri, beynəlxalq əlaqələri genişləndirməyə eyni dərəcədə səy göstərməyə başladı. Çox qısa müddətdə ölkəmizin həm iqtisadi inkişafında, həm siyasi potensialında, həm də ordu quruculuğunda kifayət qədər müsbət dəyişikliklər büruzə verdi.

Respublikamız nə qədər inkişaf etsə də, gözəlləşsə də otuz ilə yaxın müddətdə xalqımızın ruh yüksəkliyi iqtisadi inkişafımızla, sosial-mədəni yüksəlişimizlə həmahəng deyildi. Torpaqlarımızın 20 faizi nankor erməni işğalçılarının tapdağı altında idi. Müstəqillik qazandığımız ötən əsrin 90-cı illərində ermənilər öz havadarlarının hərbi köməyi ilə tarixi torpaqlarımız olan Dağlıq Qarabağı və 7 ətraf rayonumuzu işğal etmişdi. 1 milyondan çox əhalimiz məcburi köçkün düşmüşdü. Əlbəttə, bu vəziyyət ölkə başçımız İlham Əliyevi və bütün xalqımızı bir an belə rahat buraxmamışdı.

Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev ölkəmizin çiçəklənməsi, siyasi nüfuz qazanması ilə yanaşı hərbi qüdrətinin yüksəlməsi üçün də bütün məharətindən, bilik və bacarığından, dövlət başçısı kimi konstitusion hüquqlarından dəyərincə istifadə etmişdir.

İnsanın fitri istedadı ola bilər. Bu istedaddan necə bəhrələnmək, ondan necə istifadə etmək bacarığı tamam başqa hünərdir. Cənab Prezidentimiz İlham Əliyev Tanrının ona bəxş etdiyi fitri istedadı inkişafımızın bütün sahələrində paralel olaraq eyni dərəcədə həyata keçirmişdir və hazırda da bu mühüm işi şərəflə, planlı surətdə davam etdirir. Məhz buna görədir ki, müstəqil dövlətimiz regionda liderlik qazanmışdır. İqtisadi-siyasi cəhətdən də, hərbi sarıdan da kifayət qədər inkişaf etmiş ölkədir.

Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev hər an otuz ilə yaxın müddətdə saxtakar, yalançı, arxadan zərbə endirməyə adət etmiş, çörəkləri dizlərinin üstündə olmuş, insanlıqdan bixəbər ermənilərinin işğal altında saxladıqları torpaqlarımızın azad edilməsi barədə düşünmüş və bu taleyüklü problemin həlli üçün güclü ordu yaradılmasına nail olmuşdur. Bunun müsbət nəticəsini xalqımız və bütün dünya görmüşdür. Bəli, Uca Tanrımız Azərbaycan xalqına polad iradəli, fitri istedadlı, tükənməz bilikli, sözün bütün mənalarında dahi, İlham Əliyev kimi böyük İnsan qismət etmişdir.

Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev isə öz millətinə - Azərbaycan xalqına 200 ildə misli görülməmiş monolit tarix – qələbə ərmağan etmişdir. 30 ilə yaxın müddətdə başıaşağı gəzən xalqımızın alnı açılmış, üzü gülməyə başlamışdır. Bu xoşbəxtliyə Azərbaycanın Prezidenti, məğrur sərkərdəmiz İlham Əliyevin, onun ətrafında bir nəfər kimi birləşən cəsur ordumuz və xalqımızın sayəsində qovuşmuşuq.

Hazırda ölkə başçımız, Ali baş Komandanımız İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən biri işğaldan azad olunmuş torpaqlarımızı abadlaşdırmaq, xarabalığa çevrilmiş kənd və qəsəbələrimizin bərpası, yaşayış məntəqələrində yeni həyat yaratmaq, həmin ərazilərdə xidmət çəkən əsgərlərimizin məişət şəraitini yüksək səviyyədə qurmaq, Ordumuzu daha da möhkəmləndirməkdir.

Cənab Prezident İlham Əliyev işğal olunmuş torpaqlarımızın beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyini ən yüksək tribunalardan müvafiq dünya birliklərinə, Ermənistanın siyasi-hərbi rəhbərliyinə bildirmişdir. Lakin öz məkrli əməllərindən əl çəkməyən, havadarlarının göstərişlərinə əməl edən, onların köməklərinə ümid bəsləyən, qudurmuş it kimi azğınlaşan ermənilər nəinki tarixi torpaqlarımızdan üzüsulu çıxıb getmək barədə düşünür, hətta dövlət sərhədlərimizi pozaraq əlavə ərazilərimizi zəbt etməyə çalışırdılar. 2020-ci il iyul ayında Tovuz istiqamətində törətdikləri təxribatı yada salmaq dediyimizə real sübutdur. Həmin vaxt ordumuz yüksək rütbəli zabitlərini itirsə də, düşməni geri oturtmuşdu.

İşğalçı erməni hərbi birləşmələrinin bu növbəti vəhşi əməlləri ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin, bütün xalqımızın şiddətli qəzəbinə səbəb olmuşdur. Aradan çox az müddət keçmiş – 2020-ci il sentyabrın 27-də səhər tezdən erməni faşist ordusu müxtəlif istiqamətlərdə dövlət sərhədlərimizi növbəti dəfə kobudcasına pozararaq hərbi birləşmələrimizə, mülki əhalimizə qarşı hücuma keçmiş, ərazilərimizi ağır hərbi texnikadan, artilleriya qurğularından atəşə tutmuşdular.

Artıq məqam çatmışdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Müzəffər Sərkərdəmiz İlham Əliyevin qəsbkar, dağıdıcı Ermənistan ordusuna qarşı əks-hücuma başlamaq qərarı vermək məqamı! Elə həmin andan da xalqımız ayağa qalxdı, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin, rəşadətli ordumuzun ətrafında sıx birləşdiklərini, torpaqlarımızın azad edilməsi uğrunda fədakarlıq göstərəcəyini nümayiş etdirdi. Gənclərimiz könüllü olaraq axın-axın hərbi səfərbərlik idarələrinə üz tutdular. İqtidar, xalq, ordu birliyinin vəhdəti ilk gündən döyüşçülərimizdə ruh yüksəkliyi yaratdı.

Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev ikinci Qarabağ müharibəsinin ilk günlərindən özünü qətiyyətli ölkə başçısı, böyük sərkərdə, xüsusi hərbi taktikaya malik olduğunu göstərdi. O, Vətən müharibəsi başlanması barədə xalqımıza müraciətindən cəmi bir iki gün sonra ilk uğurlarımız haqqında məlumat verməyə başladı. Möhtərəm Prezidentimiz İlham Əliyevin televiziya kanallarındakı çıxışlarında qələbəmiz barədə məlumatları həyəcanla, sevinclə qarşılayan xalqımız ölkə başçımıza vahid komandanlıqdan idarə olunan nizami ordumuza inanır və onların arxasında möhkəm birləşməyə qərar verir.

Bütün bunlar, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə olan ümumxalq məhəbbətinin təzahürüdür. Cənab Prezidentimiz İlham Əliyevin çoxşaxəli fəaliyyətinin, hərtərəfli biliyinin, bütün istedadının planlı şəkildə reallaşdırılması nəticəsində zəfər qazandıq. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə nə döyüş meydanında, nə də respublikamızın iqtisadi inkişafında hər hansı bir durğunluq hiss olunmadı. Ordumuz hər an yalnız qabağa getmək şüarı altında irəlilədi. Buna yalnız təcrübəli dövlət başçısının, qurucu liderinin, mətin siyasətçinin, mahir sərkərdənin titanik fəaliyyəti hesabına malik olmaq mümkündür. Bütün bu xüsusiyyətlər isə möhtərəm Prezidentimiz İlham Əliyevin xarakterində cəmləşmişdir.

Vətən müharibəsi zəfərlə başa çatmış, tarixə qovuşmuşdur. İqtidar, xalq, ordu vəhdətinin dəmir yumruğu ilə erməni faşistləri əzilmiş, külli sayda hərbi texnika və canlı qüvvə itki verərək işğal olunmuş, halal və tarixi torpaqlarımızdan qovulmuşlar. Bəli, hər bir Azərbaycan vətəndaşının Prezidenti, doğma torpağının hər qarışını sevən, onu qorunub saxlanmasının qarantı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Sərkərdəmiz İlham Əliyev, rəşadətli ordumuz 2020-ci ili Azərbaycanın yeni tarixinə zəfər ili kimi yazmışlar. Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən hərbi parad Azərbaycan xalqının nəyə qadir olduğunu, güclü, qüdrətli ordumuzun yenilməzliyini bütün dünyaya çatdırdı.

İndi ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə dağıdıcı erməni hərbi birləşmələrinin daşı daş üstündə qoymadıqları azad olunmuş ərazilərimizdə minalardan təmizləmə, quruculuq işlərinə başlanmışdır. Qarşıda erməni faşistlərinin vəhşilikləri nəticəsində dədə-baba torpaqlarından 1 milyon insanlarımızın  öz doğma yurd-yuvalarına qaytarılması, onlar üçün lazımi şərait yaradılması, ərazilərimizdən erməni tör-töküntülərini bir nəfərə qədər təmizləmək durur.

Xalqımız bu qlobal işlərin də fədakarlıqla həyata keçirilməsində dəmir yumruq kimi birləşmək əzmində olduğunu bəyan etmişdir. İnsanlar bu taleyüklü problemi də yüksək səviyyədə həll edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi taktikası, bu sahədəki təcrübəsi, İkinci Qarabağ müharibəsinin gedişi bir çox xarici ölkələrin hərbi doktrinalarında öyrənilir. Bu yeni hərbi nəzəriyyə ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin adı ilə bağlıdır. Bunu həm daxili araşdırmalarımızdan, həm də xarici dövlətlərin hərbi ekspertlərinin gəldikləri qənaətdən də aydın görmək mümkündür. Həmin təcrübənin öyrənilməsi uzun illərin geniş araşdırmalarının, necə deyərlər, bir nömrəli mövzusu olaraq qalacaq.

Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Burada yaşayan bütün millətlərin, habelə başqa xalqların dini abidələrinin, məbədlərinin, mədəniyyət ocaqlarının qorunub saxlanması daim diqqət mərkəzində olmuşdur. Bunu bütün dünya birlikləri bilir. Amma vəhşi ermənilər bütün dini məbədlərimizi, mədəniyyət abidələrimizi, məscidlərimizi başqa tikililərimiz kimi dağıtmış, viran qoymuş, hətta orada donuz, mal-qara saxlamışlar.

İnsan çox qəribə təzadlarla qarşılaşır. Torpaqlarımız işğaldan azad olunduqdan, Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra bəzi ölkələrin başçıları bizə hərbi yolla azad etdiyimiz torpaqlarımızda başqa millətlərə aid olan dini abidələrin, kilsələrin qorunmasını “tövsiyə” etmişdilər. Çox gülməlidir! Həmin liderlər çox gözəl bilirlər ki, Azərbaycan həmişə mədəni irsi qoruyub saxlayan ölkə olmuşdur. Və bu indi də belədir. Amma onların ermənilərin bizim məscidlərimizi, digər abidələrimizi yerləyeksan etdiklərini görməmələri yalnız təəssüb doğurur. Bu, aşığın sözü qurtaranda dalay-dalay oxumasına bənzəyir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev Ağdama səfəri zamanı orada çıxış edərkən bu “tövsiyəyə” tutarlı cavab vermişdi. Həmişə olduğu kimi!

Cənab Prezident İlham Əliyev demişdi: “Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik”.

Bundan da sanballı cavab olar! Ümumiyyətlə, cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə döyüşlərimizin gedişinə münasibət bildirən ölkə başçılarına, müsahibələri vaxtı xarici jurnalistlərin ona ünvanladıqları çaşdırıcı suallarına həmişə qəti cavablar vermişdi. Bu da bir dahilikdir! Media mübarizəsində qələbə qazanmaqdır!

Möhtərəm Prezidentimiz, Müzəffər Sərkərdəmiz İlham Əliyevin hər bir çıxışı, nitqi xarici dövlət başçılarının, diplomatlarının maraqlarına səbəb olmuşdur. Əvvəllər “Azərbaycan” sözünü düzgün tələffüz edə bilməyən xarici ölkə siyasətçiləri indi respublikamızın adını əməlli-başlı ifa edirlər. Bu isə o deməkdir ki, artıq ölkəmiz haqqında dünyada geniş məlumatlar var və onu qalib dövlət kimi tanıyırlar, adını da yadda saxlayır, düzgün tələffüz edirlər. Bu uğurlarımız da İlham Əliyev siyasətinin, diplomatiyasının, hərbi taktikasının nəticələridir. Azərbaycanın indi həm iqtisadi inkişaf sahəsində, həm də hərbi strategiya da dünya ölkələri sırasında özünəməxsus yeri var.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı bəzi ermənipərəst liderlər də müəyyənləşmişdir. Uğurlarımıza qısqanclıqla yanaşan, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla və işğal altında olan digər rayonlarımızla bağlı qəbul etdiyi qətnamələrin həlli üçün cavabdeh tərəflərdən olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri – Fransa qələbəmizdən sonra yersiz bəyanatlar verməklə bir növ özünü ifşa etmişdir. Fransanın prezidenti E.Makronun gecikmiş, boş, əhəmiyyətsiz bəyanatları, həmin ölkənin senatının mövcud olmayan “Dağlıq Qarabağ Respublikasını” kağız üzərində tanıması arxadan atılan daşa bənzəyir. Bütün bunlara cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev sərrast cavablar vermişdir.

Bəli, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, qədim xalqımızın, müasir ölkəmizin Lideri, nəyi nə vaxt edəcəyini planlaşdıran İlham Əliyev 17 il ərzində güclü Azərbaycan qurmuş, torpaqlarımızı işğaldan azad etmək üçün düzgün, müstəqil siyasət aparmışdı. İqtisadi gücümüz siyasi gücümüzü artırmış, yenilməz ordu yaratmağa səbəb olmuşdur. Bu isə bizi indiyədək Azərbaycan tarixində olmayan möhtəşəm qələbəyə gətirib çıxarmışdır. 27 ildə beynəlxalq vasitəçilərin həll edə bilmədikləri və yaxud həll etmək istəmədikləri Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev xalqımızın, şücaətli ordumuzun birliyi sayəsində cəmi 44 gündə birdəfəlik son qoymuşdur.

Yaşasın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev!

Yaşasın Şanlı Azərbaycan Ordusu!

Yaşasın Azərbaycan!

         




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Ənvər Məşədiyev