USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan XİN-in "sərhəd açıqlaması" ilə bağlı İZAH


https://img.baki-baku.az/news/2020/12/photo_2289.jpg?v=MjAyMC0xMi0zMCAxMjozMDowNw==

Ermənistan Xarici İşlər Nazirliyi ölkə Ombudsmanının Sünik vilayətindəki ermənilərin sərhədlərin demorkasiyası və delimitasiyası nəticəsində yaşamaq hüquqları ilə bağlı ünvanladığı sorğuya cavab verib. XİN prosesin prosedur tərəflərini uzun-uzadı diqqətə çatdırıb. Mövcud istiqamətdəki mexanizmlər sadalayıb.

Belə məlum olub ki, sərhədlərin demorkasiyası və delimitasiyasının tam yekunlaşması iki ölkə arasında münasibətlərin normallaşmasından asılıdır. Deməli, münasibət normal olmayınca, məsələ açıq qalacaq. İndiki vəziyyətə gəlincə, Ermənistan XİN vurğulayır ki, hazırda hərbi təmsilçilər arasında silahlı qüvvələrin deslokasiyası və mövqeyi ilə əlaqədar söhbətlər aparılır. Ən əsası XİN bu tədbirlərin status məsələləri ilə bağlı olmadığını önə çəkir. "Bu, sərhədlərin delimitasiyası və demorkasiyası ilə əlaqədar yekun saziş, yaxud mövcud administrativ sərhədlərin mexaniki təsdiqi kimi qəbul edilə bilməz", - deyə Ermənistan XİN aydınlıq gətirib. 

Ermənistan XİN-nin cavabından belə anlaşılır ki, ölkə indi baş verənləri qəbul etmək niyyətində deyil. Sərhədlərin demorkasiyası və delimitasiyası münasibətlərin normallaşması sonrası baş verəcək yekun prosesin nəticəsidirsə, o zaman Ermənistandakı mövcud vəziyyət, yəni anti-Azərbaycan ab-havası onu deməyə əsas verir ki, münasibətlərin normallaşmasını gözləmək lazımdır.

İndiki halda baş verənlər hərbi qüvvələrin deslokasiyasıdırsa, tam mümkündür ki, gələcəkdə onlardan biri hücuma keçsin. Azərbaycan Ermənistana qarşı ərazi iddialarının olmadığını bildirir və sərhədlərin keçmiş SSRİ dövründəki sərhədlərlə müəyyənləşməsinə razılığını ifadə edir. Məsələnin uzadılmasının heç bir önəmi yoxdur. Nə də gözləmək lazım deyil ki, nə vaxtsa Azərbaycan və Ermənistan arasında münasibətlər tam normallaşsın. Ermənistan tərəfi də normallaşmaya ümüd etmir, əksinə görünən budur ki, hazırda baş verənlərlə razılaşmır, hər hansı rəsmi anlaşmadan uzaq durmaq niyyətindədir, konkret sənədə imza atmaq fikrindən uzaqdır. Ermənistan XİN-nin açıqlamasındakı dəst-xətt də gələcəkdə müharibəyə başlayıb itirilmişləri geri qaytarmaq üçün diplomatik zəmin hazırlamaq təsiri bağışlayır - heç bir sənəd yoxdursa, ancaq hərbçilər nəsə edirlərsə, gələcəkdə o hərbçilər müharibə edib ərazi də ələ keçirə bilər.

Ancaq məsələnin başqa tərəfi də var. Ermənistan XİN hesab edirsə ki, demorkasiya və delimitasiya ilə bağlı saziş yoxdur və hazırda nəyisə hərbçilər müəyyənləşdirirlərsə, o zaman şərti sərhəd kimi götürdüyümüz ərazilərdə Ermənistan tərəfindən törədilə biləcək təxribata qarşı Azərbaycan əks addım atacaqsa, prinsipcə Azərbaycan SSRİ dövründə mövcud olan Ermənistan sərhəddini də keçib irəliləyə bilər. Hər halda Ermənistan XİN-in açıqlamasının məntiqi bunu deməyə əsas verir. Və deməli bu an dövlət qurumu özü də fərqinə varmadan ölkənin indiki sərhədlərindən imtina etmiş də olur. 

"Baki-Baku.az"




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil