USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İşğaldan azad edilmiş torpaqlarımızın yeni rövnəqi

Azərbaycan Respublikasinin Prezidenti, Ali Baş Komandan İLHAM ƏLİYEV: Əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik


https://img.baki-baku.az/news/2020/12/photo_2244.jpg

 

 

 

 

 

 

 

Ənvər MƏŞƏDİYEV,
“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

_______________________________________________________

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, Müzəffər Sərkərdəmiz İlham Əliyevin düzgün siyasi və hərbi fəaliyyəti, qədirbilən xalqımızın, rəşadətli Ordumuzun ölkə başçımızın ətrafında dəmir yumruq kimi birləşməsi nəticəsində 27 ilin həsrətinə qovuşmağımız, işğal altında olan 20 faiz torpaqlarımızın murdar erməni tapdağından azad edilməsi əsrlərlə qəlbimizdə qalacaq, bu möhtəşəm zəfəri bir an belə unutmayacayıq.

Cənab Prezidentimizin qazandığı qlobal uğurlar, taleyüklü məsələni həll etməsi uzun illərin təcrübəsi, çox düzgün siyasi, iqtisadi fəaliyyətinin, hərbi hazırlığının, möhkəm ordu quruculuğunun yaradılması nəticəsində olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 illik fəaliyyəti nəticəsində Azərbaycanın müstəqil ölkə kimi bütün sahələrdə necə inkişaf etdiyini təsəvvürə gətirmək mümkün deyildir. Bakı, ucqar rayonlarımız simasını necə də dəyişmişdir. Yeni yaşayış və inzibati binaları, təzə salınmış əzəmətli körpüləri, magistral yolları, meydan və bağçaları, mədəniyyət mərkəzlərini, idman qurğularını, istirahət zonalarını və bütün bunlarla yanaşı, insanların sosial-məişət durumunun yaxşılaşdırılmasını, istehsalat parklarının, zavod və fabriklərin, digər iş yerlərinin  istifadəyə verilməsini göz önünə gətirdikdə, dövlət başçımızın xalqımızın rifahı üçün çalışdığının, onun daim insanlar arasında göründüyünün şahidi oluruq.

Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin mahir diplomat, güclü siyasətçi, sözünün ağası olan, prinsipial, ötkəm dövlət başçısı kimi dünya liderləri arasında böyük nüfuza malik olması, beynəlxalq tədbirlərdə, zirvə toplantılarında hamı tərəfindən rəğbətlə, ehtiramla qarşılanması çoxdan təsdiqlənmişdir.

Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Vətən müharibəsi dövründə - 44 gün ərzində otuza yaxın müxtəlif ölkələrin televiziya kanallarının, qəzet redaksiyalarının nümayəndələrinə verdiyi müsahibələrdə bir daha sübut etmişdir ki, dövlət başçımız həm də informasiya mübarizəsində şanlı qələbə qazanmışdır. Bunu onun ermənipərəst jurnalistlərin köntöy suallarına tarixi faktlara əsaslanaraq, verdiyi sanballı, təmkinli cavabları sübut edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 il ərzində ölkəmiz üçün etdiyi qlobal işləri hamı bilir və görür. Amma cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin 27 il işğalda olan torpaqlarımızı azad edərək bütün xalqımızın başını ucaltmışdı. Uzun illər belimizi əyən bu ağır yükün altından dikəlməyimiz, başımızı uca tutmağımız mətin rəhbərimiz, dəyanətli, savadlı, səbatlı, məharətli və müdrik siyasətçi, Prezidentimiz İlham Əliyevin, rəşadətli Ordumuzun və xalqımızın dəmir yumruğunun gücü sayəsində baş vermişdir.

Vətən müharibəsindəki böyük qələbəmiz də, 2020-ci il 10 dekabrda Bakının Azadlıq meydanında keçirilən Zəfər paradımız da Azərbaycanın salnaməsinin, tarixinin yeni səhifələrinə artıq qızıl hərflərlə yazılmışdır.

Böyük qələbəmiz, Ordumuzun şücaəti, siyasi aləmdə, informasiya mübarizəsində və s. istiqamətlərində qazandığımız uğurlar barədə media qurumlarında, ölkəmizin bütün informasiya mənbələrində, dünyanın aparıcı telekanal və qəzetlərində konkret reallıqlı əks etdirən materiallar verilir. Bütün bunlar fərəhləndircidir.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə, ermənilərin xarabalığa çevirdikləri torpaqlarımızda ikinci həyat başlamışdı. Xalqımız, rəşadətli Ordumuz Vətən müharibəsində olduğu kimi, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında möhkəm birləşərək burada quruculuq işlərini də həyata keçirəcəklər. Artıq işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsinə, infrastrukturların qurulmasına, yolların salınmasına, elektrik xətlərinin, su borularının bərpasına başlanmışdır. Şuşa şəhərində və bəzi başqa yaşayış sahələrində su xətlərinin qaydaya salınması, digər əməli işlərin görülməsi, çörəkbişirmə sexlərinin, ərzaq mağazalarının fəaliyyətə başlaması adamın qəlbini fərəh hissi ilə doldurur. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin göstərişi ilə həyata keçirilir və daim diqqət mərkəzində saxlanılır.

Mən mühüm bir məsələyə diqqət yetirməyi vacib sayıram. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi müddətdə, dəmək olar ki, respublikamızın bütün bölgələrində müsbət izlər qoymuşdur. Paytaxtımızdan tutmuş ucqar kənd rayonlarınadək bir çox yeni məktəb binalarının tikintisi, köhnələrin təmiri, təzə səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin yaradılması Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Bu Fond daim təşəbbüs göstərmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi 2020-ci il 18 dekabrdan etibarən işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb. Aksiya  çərçivəsində Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması həyata keçirilmişdir. Aksiya Qubadlı rayonunda da davam etdirilmişdir. Digər işğaldan azad olunmuş rayonlarımızda da bu xeyirxah tədbir davam etdiriləcəkdir. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu xeyirxah təşəbbüsü həm xalqımız, həm Ordumuz tərəfindən yüksək qiymətləndirilir. Həmişə özünü xalqın arasında hiss edən, daim ona dəstək olan, əsgər analarımızın dərd-sərlərinə şərik çıxan, vətəninə vurğunluğu, dərin sevgisi ilə seçilən geniş qəlbli, ürəyi daim qurub-yaratmaq əzmi ilə çırpınan bu fədakar ana sanki millətinə qayğı göstərməyə dünyaya gəlmişdir.

Azərbaycan Respublikasının Prezidentinin silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlarımızda xidmət göstərən hərbçilərimizə dəstək aksiyasının keçirilməsi təşəbbüsü fədakarlıq nümunəsidir. Güman ki, daim təşəbbüskarlıq nümunəsi göstərən Heydər Əliyev Fondu Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizin mədəni həyatının bərpasında da yaxından iştirak edəcəkdir.     




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Ənvər Məşədiyev