USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanda bununla bağlı müzakirə də var, hiddət də


https://img.baki-baku.az/news/2020/12/photo_2240.jpg?v=MjAyMC0xMi0yMyAxNzowMToxOQ==

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri, hakim "Mənim addımım" fraksiyasının deputatı Andranik Koçaryanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına dair açıqlaması Ermənistanın müxtəlif siyasi dairələrində hiddətlə qarşılanıb. Əslində mövcud xüsusdakı müzakirələrin mahiyyətində də hazırda qəzəb dayanır.

Bu baxımdan beynəlxalq məsələlər üzrə ekspert Suren Sarqsyanın qeyd etdiyi məqamlar da pozitiv qarşılana bilməz. Sarqsyan Ermənistan-Türkiyə əlaqələrinin normallaşması baxımından təmsil etdiyi ölkənin etməli olduğu 6 məsələni qabardır. Bunlar aşağıdakılardır:

1. Xarici siyasət gündəliyindən "erməni soyqırımı"nın tanınmasını çıxarmaq;

2. Ermənistan tərəfindən Türkiyənin ərazi bütövlüyünün tanınması;

3. Türkiyəyə qarşı ərazi iddiasının olmadığının bəyan edilməsi;

4. Ermənistan Respublikasının müstəqillik bəyannaməsində redaktələrin aparılması (sənəddə Türkiyəyə qarşı ərazi iddiası irəli sürülür);

5. Ararat dağının (Ağrı dağı) şəklinin Ermənistanın gerbindən çıxarılması;

6. Azərbaycanın Qarabağ üzərində tam yurisdiksiyasının tanınması.

Daha sonra ekspert bildirir ki, indiki hakimiyyət danışıqlar aparılmasının mənəvi və siyasi tərəflərinə bələd olmadığından, ən yaxşısı sözügedən 6 müddəanın icrasına başlamaqdır. "Artıq 6-cı müddəa reallaşdığı üçün digərlərinə baxmaq lazımdır", - deyə ekspert özünün facebook səhifəsindəki yazısında kinayəsini də gizlətmir.

Qeyd edək ki, adını əvvəldə çəkdiyimiz A.Koçaryan bildirib ki, gələcəyin Ermənistanının mənzərəsini dəyişmək üçün tez bir zamanda Azərbaycanla dialoqa başlamaq lazımdır. O, Ermənistanın kapitulyasını qəbul etməsinin və gələcəyə doğru irəliləməsinin əhəmiyyətindən söz açıb. 

Onu da deyək ki, çoxsaylı tənqidlərə baxmayaraq, Koçaryan fikirlərini Ermənistanın İctimai Televiziyasının efirindən də səsləndirmək cəsarəti tapıb. O, eyni zamanda əlavə edib ki, Türkiyə regionun lider dövlətidir və Ermənistan onunla əlaqələri yaxşılaşdırmalıdır. Koçaryan bu fikirdədir ki, əgər dedikləri olmasa, ölkəsi nəticəsini bilə bilmədiyi müharibəyə məhkum olacaq. 

Ermənistanın yeni təyin olunmuş iqtisadiyyat naziri Vaan Kerobyan da Koçaryanla eyni fikirdədir. O, hətta ölkəsinin 10 noyabr üçtərəfli bəyanatına əsasən nəqliyyat əlaqələrinin bərpasından sonra əldə edəcəyi konkret gəlirləri də açıqlayıb. Bildirib ki, bu, Ermənistan üçün Türkiyə limanlarının, habelə Azərbaycan bazarının açılması demək olacaq. 

Ancaq adlarını çəkdiyimiz şəxslərin pozitiv çağırışlarına Ermənistan müxalifətindən dəstək yoxdur.

"Vətənin müdafiəsi naminə" hərəkatından baş nazir postuna namizədliyi irəli sürülmüş Vazgen Manukyan bildirir ki, əgər indiki vəziyyətdə Ermənistan ticarət və diplomatik əlaqələrin bərpasına razılıq verəcəksə, bu, o demək olacaq ki, "bizi döyməklə istədiklərinə nail oldular". "Deməli biz, zəifik, müdafiəsizik, buna görə də qarşılarında baş əyirik. Bu baxışlar üzərində qurulan dövlət heç vaxt öz təhlükəsizliyini qoruya, öz vətəndaşlarının rifahına nail ola bilməz", - deyə Manukyan vurğulayıb. 

 

"Baki-Baku.az"




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Siyasi təhlil