USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın havada qalan əli və erməni kilsəsində siyasiləşmə - Ekspertdən həssas məsələyə yerində izah


https://img.baki-baku.az/news/2020/12/photo_2209.jpg

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Sisian şəhərində kilsəyə daxil olanda görüşmək üçün əlini uzatdığı din xadimi onun əlini geri çevirdi. Bununla bağlı siyasi ekspert, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli özünün facebook sosial şəbəkəsindəki hesabında maraqlı fikir paylaşıb. Ekspertin həmin fikrini diqqətə çatdırırıq: 

"Sisian şəhərində ibadət üçün kilsəyə daxil olan Nikol Paşinyanın keşişə uzanan əlinin havada qalması, təkcə onun nüfuzunun aşağı olması ilə bağlı deyil. Bu hadisə, həm də erməni Qriqoryan kilsəsinin ifrat dərəcədə siyasiləşdiyinin göstəricisidir.

Çünki xristian ənənələrində kilsəyə daxil olan insanlara münasibətdə ayrı-seçkiliyə yol verilməsi qəbul olunmur.

Qeyd edim ki, erməni Qriqoryan kilsəsi son 200 il ərzində xristianlığın digər məzhəblərindən fərqli olaraq, bu dinin vahid dəyərlərinin deyil, erməniliyin, erməni identikliyinin təbliğatçısı olub. Qriqoryan kilsəsi tarixin bütün mərhələlərində məbəddən daha çox ultramillətçi, irqçi ideyaların ideoloji mərkəzi rolunu yerinə yetirib. Bu baxımdan, erməni Qriqoryan kilsəsinin “Qnçak” və “Daşnaksütun” kimi terror təşkilatlarından bir o qədər də fərqi yoxdur".




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Siyasi təhlil