USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Təpik, ya da it kimi qovulmağın ardı


https://img.baki-baku.az/news/2020/12/photo_2195.jpg?v=MjAyMC0xMi0yMSAwMDoxMToyOQ==

Təxminən 15 ilin söhbətidir. O vaxt ofisimiz Səməd Vurğun bağına yaxın idi. Necəsə oldu, işdən həmişəkindən çox gec çıxdım. Nəqliyyat yox, metro bağlıdır, taksi tapmaq ümüdü ilə üzü Dəmir yolu vağzalına tərəf getdim. Vağzalın həndəvərinə çathaçatdaydım ki, təxminən yeddi-səkkiz itin əhatəsinə düşdüm. Göz qırpımında hardan çıxdıqlarını bilmədim. 

Heç vaxt çevrəmdə bu qədər it görməmişdim. Gözümə köməyə çağırmağa kimsə dəymədi. İtlər isə dayanmadan hürür, hər birinin baxışından qəzəb tökülürdü. Sanki məni parçalamağa hazırlaşırdılar. Qorxdum. Nə edəcəyimi bilmədim. Uşaq olanda böyüklər demişdilər ki, itin qabağından qaçma, qaçsan tutacaq. Beynimdə o qalmışdı. Qaçmadım. Sürünün tam ortasında dayandım. 

***

Ermənistanda baş verənlərə nəzər salanda 15 il öncə üzləşdiyim durumu xatırlayıram. Ölkənin baş naziri Nikol Paşinyanı, demək nə qədər qəribə səslənsə də, öz yerimə qoyuram. Onu da dövrəyəyə alan itlərdir. Hədələyirlər, aşağılayırlar, təhqir yağdırırlar, hər cür söyüşlərlə “qonaq edirlər”. 

Paşinyan qorxur, az qala tualetə də cangüdənlərlə gedir. Amma görünür, onu da yaxşı başa düşür ki, qaçmaq olmaz. Təbii ki, qaçmaması həm də siyasi məsələdir. Obrazlı desəm, adamı küçə itlərinin içindən baş itliyə yüksəldənlər ürək-dirəklərini əsirgəmirlər. Yəni o məni kimi yalnız deyil. Üstəlik itlərin xasiyyətini bilir. Nə qədər olmasa, çıxdığı mühitə yaxşı bələddir. 

Bəli, Paşinyana itlər hürürlər. Hələlik üstünə cummurlar. Amma...

***

Vağzalın həndəvərində məni əhatəyə alan itlərdən biri ürəkləndi. Görünür, başçılarıymış və ilk həmlə haqqı ondaymış. Üstümə gəldiyini desəm, yumşaq alınar, sözün əsl mənasında şığıdı. Qeyri-ixtiyari təpik atdım. Təpiyin hədəfə sərrast dəydiyini həm ayağımın bərk nəyəsə toxunmasından, yəni boşa keçməməsindən, həm də ətrafı saran zingiltidən hiss etdim. İt yerə sərildi və tərpənmədi. Yalnız başını bulamasından anladım ki, sağdır. 

Digər itlərin sındığını da hiss etdim. Görünür, başçılarına dəymiş təpik onları sarsıtmışdı. Məndə isə özümə inam yarandı. Qorxu canımdan çıxdı və arxayın, saymazyana tərzdə irəliləməyə başladım. İtlər hürməyə davam etsələr də, əmin idim ki, artıq hərəkətimə maneçilik törədəcək cəsarətdə deyillər. Özlərini guya qorxmurmuş kimi aparıb arxamca düşənlər də tədricən seyrəldi, səsləri adda-pudda çıxmağa başladı və beləcə ərazidən uzaqlaşdım. 

***

İndi Ermənistanda da çox şey Paşinyanın təpiyindən asılıdır. Bir halda ki, geri çəkilmək, yəni istefa vermək istəmir, zərbə vurmağa hazır olmalıdır. Və elə bir zərbə vurmalıdır ki, hədəfi sərrast tutsun. Ancaq məsələnin başqa tərəfi də var. Necə ki, itlərin içərisində başçı var idi və o mənə hücum etmişdi, gərəkdir ki, Paşinyana hücum çəkəcək biri olsun. 

Ermənistanda hazırda baş nazirə qarşı olanların hamısı hürməklə məşğuldur. Biri uzun-uzadı hürür, digəri səsinin qalın yerinə salır, bir başqası çubuş kimi səs-küy yaradır, bəziləri isə yalnız ağır-ağır mırıldamaqla kifayətlənir. Elə bir lider yoxdur ki, cumsun, tutmaq, parçalamaq istəsin. Bu durum Paşinyan üçün müəyyən mənada sərfəlidir. Amma fikrimcə, it sürüsünün içərisindən mütləq biri önə çıxmalıdır. 

Proseslər onu göstərir ki, istənilən halda baş naziri tutmaq üçün sürüdən cıxacaq it zəif olacaq. Paşinyan bunu bilir. Bəlkə təpiyini də hazır saxlayıb. O, Qarabağdan it kimi qovulmaq aqibətini hakimiyyət kürsüsündə yaşamaq istəmir. Onu da yaxşı anlayır ki, hakimiyyədən qovulma həm də tikə-parça olmaqdır.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Əvəz RÜSTƏMOV