USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Öldüyü 17 dəfə xəbər verilən insan (MARAQLI)


https://img.baki-baku.az/news/2020/12/photo_2164.jpg?v=MjAyMC0xMi0xOCAxMTo0NzoxMA==

Belə bir əlamət var: kimisə səhvən ölmüş sayırlarsa və o həyatdadırsa, demək, həmin şəxs uzun illər yaşayacaq. Bu mənada hitlerçilər nə az, nə çox düz 17 dəfə, özü də təntənəli şəkildə sovet sualtı qayığı «S-56»nın başda komandir Qriqori İvanoviç Şedrin olmaqla bütün heyətinin mövcudiyyətinə son qoyulduğu, qayığın isə batırıldığı barədə xəbər veriblər. Amma «S-56» missiyasına ara verməmiş, açıq dənizdə faşist qayıq və gəmi heyəti üzvlərinə sözün həqiqi mənasında qan uddurmağa davam etmişdi.

Əslində hansısa hərbi dənizçinin gözündə Şedrin həqiqətən xöşbəxt həyat keçirib. Hər halda onların böyük əksəriyyəti o qədər də tanınmır. Peşəkar planda isə bu adam bəzən bəxtinin gətirdiyindən xöşbəxt sayıla bilər. Vitse-admiral, Sovet İttifaqı qəhrəmanı, Kamçatka hərbi donanmasının komandanı, yazıçı, neçə-neçə kitablar müəllifi Qriqori İvanoviçi səciyyələndirən digər cəhətlər də var. Onun uzun illər kapitanı olduğu «S-56» SSRİ-də ilk sualtı qayıq muzey modelidir. Rəşadətli dənizçilərin şərəfinə yaradılmış bu muzey Vladivostokda yerləşir.

Tuapse, Petrapavlovsk şəhərlərinin fəxri vətəndaşı olan Q.Şedrinin Moskvanın Leninqrad küçəsində yaşadığı evin qarşısında xatirə lövhəsi asılıb. 1995-ci ildə 82 yaşında dünyasını dəyişmiş bu adımı hərbi dənizçilik ənənələrinin fəal təbliğatçısı kimi də tanıyıblar. Yaşının ahıl çağında belə gənclərdə hərbi vətənpərvərlik hislərini aşılamaqdan usanmırdı.

1912-ci ilin dekabrında Tuapsedə anadan olmuş Şedrinin uşaqlığı dəniz kənarında keçir. Göründüyu kimi, bu, onun peşə sençiminə də təsirini göstərir. 1926-cı ildən həm Qara dəniz gəmilərinin tabeçiliyində olan qayıqlarda matros kimi işləyir, həm də peşə təhsili alır. Xerson Dəniz Texnikumunu bitirdikdən sonra 1932-ci ildə şturman olur. 1934-cü ildə donanmaya çağrılır. Elə buradaca onun taleyinə aydınlıq gəlir - xidmətini sualtı qayıqda keçir. Əvvəlcə «Ş-301»də, sonra Sakit okean donanmasının «Ş-114»ündə təcrübə keçir. Bir ildən sonra isə «Ş-110» sualtı qayığının komandiri olur. Rəhbərlik etdiyi heyət 1939-cu ildə Sakit okean hövzəsindəki gəmilər içərisində birinci yerə layiq görülür və bu birinciliyi iki il saxlayır.

1941-ci ildə, yəni Böyük Vətən Müharibəsi ərəfəsində Şedrin «S-56» sualtı qayığına komandir təyin olunur. 1942-ci ildə həmin qayıq Sakit okean hövzəsindən döyüşlərin getdiyi Şimal donanmasına yön alır. Bu hərəkət trayektoriyasının özü də sovet hərbi dənizçiliyi tarixində görünməmiş hadisəyə çevrilir. Belə ki, Şedrinin rəhbərlik etdiyi gəmi doqquz dənizdən və üç okeandan keçərək 17 min mildən artıq məsafə qət edir.

Şimal donanmasına qoşulan və peşəkar heyətə malik yeni «S-56» Şedrinin komandanlığı altında səkkiz hərbi yürüş edir, on düşmən gəmisini batırır, bir çoxuna zərər yetirir. Bütün bunlara görə Hitler Almaniyasının hərbi dəniz sistemi «S-56» ilə tam ciddiyyəti ilə maraqlanmağa başlayır. Hər dəfə bu qayığın əməliyyata başladığına dair məlumatlar əldə edən nasistlər sərəncamlarındakı hərbi gəmilərə xüsusilə ehtiyatlı olmaq tapşırığı verirlər. Buna baxmayaraq, Şedrin düşmən nəqliyyat vasitələrini batırmaqda davam edir. Bəzən aramsız döyüşlərdən və suya atılmış dərinlik bombalarından çıxılmaz vəziyyətə düşən komandir hiyləgərliyə də əl atmaq məcburiyyətində qalır. Müxtəlif vasitələrdən istifadə edərək guya sualtı qayığın vurulduğu təəssüratı yaradır. Qəsdən üzə buraxdığı qalıqları görmüş faşistlər «S-56»nın vurulduğu qənaətinə gəlirlər. Amma müəyyən müddətdən sonra Şedrin gözlənilmədən dünmən gəmiləri üzərinə hücuma keçir. Bu xüsusiyyətinə görə müharibədən sonra, daha dəqiq desək, ötən əsrin 70-ci illərində alman dəniz donanmasının şturmanı olmuş Helmut Krank öz xatirələrində yazırdı ki, o və yoldaşları «S-56»nı ruha bənzədirdilər.

Sovet sualtı qayığı həmişə ən gözlənilməz vəziyyətdə hücum edirdi. Bir dəfə elə olur ki, Krank komandanlığa «S-56»nın vurulduğuna dair məruzə edir. Şedrin hücuma keçərək düşmən qüvvələrini ağır itki ilə üzləşdirdikdə məruzə edən şəxsi rütbəsini leytenanta endirməklə cəzalandırırlar.

Cəbhədə göstərdiyi igidliyə görə «S-56» və onun heyəti müxtəlif təltiflərə layiq görülür. Şedrin özü isə 1945-ci ildə Sovet İttifaqı qəhrəmanı adını alır. Qəhrəman dənizçi müharibədən sonra da xidmətini davam etdirir. 1954-cü ildə hərbi akademiya bitirən Qriqori İvanoviç Kamçatka donanmasının komandanına çevrilir.

SSRİ Nazirlər Kabinetinin 1957-ci il qərarı ilə Kamçatka hərbi dəniz qulluqçuları və zabitləri üçün yaşayış infrastrukturunun yaradılmasına başlanılanda heç də bütün işlər sənədlərdə olduğu kimi getmir. Amma rəhbərlik binaların, müxtəlif obyektlərin tikintisi vəzifəsini müəyyənləşdirir. Şedrin heç nəyi gözləmədən özünü yaxşı təsərrüfatçı kimi də göstərməyə müvəffəq olur. O, dənizçilər üçün 90 dördmənzilli evin tikintisini həyata keçirir. Yuxarıdan lazımi texniki və işçi dəstəyinin göstərilmədiyi bir şəraitdə bu, daxili qüvvələrin köməyi hesabına gerçəkləşdirilir. İki qrupa bölünmüş dənizçilərin birinci qrupu tikinti işlərini reallaşdırdığı halda, digəri Kamçatkanın müxtəlif yerlərində işləyərək pul qazanır və tikintiyə zəruri vəsaiti toplayır. Nəticədə qısa müddət ərzində yaşayış binaları ilə yanaşı, Şedrinin layihəsini düzgün qiymətləndirilmədiyi iki mərtəbəlinin əvəzinə, üç mərtəbəli hərbi hospital tikilib istifadəyə verilir. Həmin tibb müəssisəsində təkcə hərbçilərin deyil, eyni zamanda şəhər sakinlərinin müalicəsi həyata keçirilir. Əlbəttə, özbaşına hərəkətinə görə Qriqori İvanoviç yüngülvari cəzalandırılsa da, gələcəkdə oxşar hərəkətlərindən qalmır. 1959-cu ildə Kamçatkada zəlzələ baş verərkən əraziyə dənizçiləri göndərir ki, buna görə artıq yuxarıdan ən ali səviyyədə təşəkkür alır. Tezliklə onu yeni, daha rahat təyinat gözləyir. Ələkeçməz dənizçi hərbi təyinatlı «Dəniz məcmusu» jurnalına redaktor vəzifəsinin icrasına başlayır və uzun müddət bu postu tutur. Bu qətiyyətli adamın ölümündən sonra müharibə veteranlarının, dənizçilərin xahişi ilə Petrapavlovskdakı Dənizçilərin Zabitlər Evinin qarşısındakı meydan Şedrinin adını daşıyır.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Siyasi təhlil