USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tarix yaradan Şəxsiyyət


https://img.baki-baku.az/news/2020/12/photo_2099.jpg?v=MjAyMC0xMi0xMiAxOTo0NjoyMw==

Adətən, tarix şəxsiyyətləri yetirir. Bütün zamanlarda tək-tək şəxsiyyətlər olub ki, onlar tarixi yaradıblar. Tərəddüd etmədən deyə bilərik: onlardan biri, bəlkə də birincisi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Bu böyük şəxsiyyət 10 milyondan çox azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin memarı,  yer üzünə səpələnmiş 50 milyondan artıq Azərbaycan xalqının – dünya azərbaycanlılarının həmrəyliyini  təminatçısıdır.

Heydər Əliyev həm də indi Müstəqil Dövlətlər Birliyini, Baltikyanı dövlətləri  çevrələyən və bir vaxtlar SSRİ adlı bir dövlətdə yaşayan irili- xırdalı xalqlar və millətlər üçün əzizdir. Belə ki, 15 müstəqil dövləti əhatə edən bu nəhəng ərazidə elə bir guşə tapılmaz ki, Heydər Əliyevin İttifaq rəhbərliyi dövründə orada hansısa quruculuq işi aparılmasın. Heydər Əliyev eyni zamanda, dünya miqyasında tanınmış böyük siyasi və ictimai xadimdir.

Heydər Əliyev əzəmətli, bənzərsiz və təkrarsız insan, dahi şəxsiyyət idi. O tarix yaradırdı. Çünki, o, özü tarixin canlı bir salnaməsi, daha doğrusu tarixin özü idi. Azərbaycan tarixinin uzun və şərəfli bir dövrü onun adı ilə bağlıdır. Tarixə qızıl hərflərlə həkk olunan bu ad bütün dillərdə eyni səslənir: Heydər Əliyev. Bu adın sahibi ilə hər bir azərbaycanlı iftixar hissi keçirir. Millətinin şərəf, ləyaqət, Məmləkətinin cəsarət nümunəsi olan bu qüdrətli şəxsiyyətlə əlində Quran, ruhunda TURAN olan hər bir musəlman, türk də qürur duyur. Çünki o, iman sahibi idi. Kamili cahildən ayırır, haqqa bələdçilik ediridi. O, Avropa qiyafəli Şərq mütəfəkkiri idi. Bəşəriyyəti Birliyə, Qardaşlığa çağırırdı. Dünyanı Odlar Yurdunun oduna, işığına tapındırdığı kimi, Tanrının ona bəxş etdiyi ömür payını da, millətinin, məmləkətinin, bəşəri dəyərlərin eşqinə şama çevirirdi.

Hücumlara, səlib yürüşlərinə, repressiya və müharibələrə baxmayaraq bu gün ayaqda olan, bayrağı bayraqlara qarışan Azərbaycan xalqı deyəndə Heydər Əliyev, Heydər Əliyev adı çəkiləndə Azərbaycan, Odlar Yurdu, odun, atəşin, işığın, eşqin vətəni, məskəni, ərlərin, ərənlərin, pirlərin, övliyaların, ustad sənətkarların, el və dil bilicilərinin diyarı yada düşür.

Xalq, millət, dövlət də insan kimidir, Yaddaşı ilə yaşayır. Milli istiqlal,  özgürlük sevdası, azərbaycançılıq, türkçülük, turançılıq məfkurəsi ilə müasir Azərbaycanın memarı olan, Varisi ilə ən Yeni Azərbaycanın Dastanını yaradan, harada yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq “azərbaycanlılığını, türklüyünü unutmayan”, cəsarəti, ləyaqəti, bir türk, Azərbaycan kişisinə xas qeyrəti ilə tarix yaradan, o tarixə müdrikliyi, məğrurluğu ilə yazılan, “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir”, “Mən İlham Əliyevə özüm kimi inanıram”, “Azərbaycan xalqının taleyi indi etibarlı əllərdədir” nidası ilə bizə güman Ona əyan dünyanın dərgahına çəkilən, millətinin Yaddaş Yerinə çevrilən, bütün həyatını xalqına həsr edən, amalı, əməli, millət, məmləkət sevgisi ilə xarüqələr yaradan  Ümummilli lider Heydər Əliyev sonda daşa, yaddaşa, sözə, səsə, nəfəsə köçdü.

Qibləgahı bildiyi, canından artıq sevdiyi xalqı Azərbaycanın hər guşəsində adına abidələr yapdı. Adını müqəddəslərin, millətə, məmləkətə, Tanrının köç əylədiyi ulu Şərqə, Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar quran,  sarayını sənətin, mədəniyyətin gülzarına çevirən dünya fatehlərinin,  dünyanın siyasi, mənəvi mənzərəsini qolunun davamı Qılıncı,  ruhunun davamı Sazı, Qələmi və Kəlamı ilə dəyişən azman türklərin sırasına yazan Ulu Öndərə ən böyük abidəni insanlar qəlbində, ürəyində ucaltdı. Yaddaş xalısına ilmə-ilmə, naxış-naxış toxudu, varaq-varaq oxudu. Düz 50 ildir Heydər Əliyev müdrikliyi, Heydər Əliyev əzəməti ilə zinətlənən dünyamız nə qədər Azərbaycan xalqı, Azərbaycan  dövləti olacaq var olacaq! Əbədi İşığa, Varlığa, Yaradana, Tanrı dərgahında dolanan mələklərin sırasına can atanlar, ilahi eşqdən, millət, məmləkət sevgisindən doğulanlar Heydər Əliyev dühasına tapınacaq.  Heydər Əliyev nuruna bürünəcək,  Odlar Yurdu Azərbaycan olacaq! Unudulmamaq, yaddaş­larda qalmaq üçün şərəflə, ləyaqətlə ömür sürəcək. “Vətəni sevmək imandandır” – deyib haqqa doğru yol gedəcək. Qibləsini, Kəbəsini, Mədinəsini, Məkkəsini  Azərbaycan biləcək! Azərbaycandan keçib Haqqa doğru yol gedəcək!

Şərəf Cəlilli




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli