USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xankəndinin yox, Yerevanın 3 kilometrliyi


https://img.baki-baku.az/news/2020/12/photo_2045.jpg?v=MjAyMC0xMi0wNyAxODo1MTozNw==

Ermənistan cəmiyyətində xaos hökm sürür. Bu deyim müəyyən mənada şablon görünə bilər. O anlamda ki, döyüş meydanında acınacaqlı məğlubiyyət reallığı var. Nəzərə alsaq ki, müharibədə uduzan hakimiyyət qınaqla üzləşir, baş nazir Nikol Paşinyanın bu aqibəti yaşaması təbiidir.  

Xaos həm də belə yaşanar ki, ölkədəki siyasi dairələr vəziyyətdən çıxmaq üçün müxtəlif fikirlər söyləyərlər, ağız deyəni qulaq eşitməz. Amma Ermənistanda tam mənada belə deyil. Acınacaqlı duruma anti-paşinyançıların irəli südrükləri baxışlar rəng qatır. Yəni xaos bir növ, dəhşət və fəlakət toxumları səpməyə başlayır. 

Ondan başlayaq ki, Ermənistan ictimaiyyətində 10 noyabr kapitulyasiyasından sonrakı şok müəyyən qədər aradan qalxıb. Söhbət bilavasitə müharibə fəlakətinin doğurduğu mənzərənin acı təsirinin bir qədər geridə qalmasından gedir. Yəni indi nələrisə soyuq başla düşünmək mümkündür. Erməni ictimaiyyəti məğlubiyyətin doğurduğu ruh düşkünlüyünü necəsə sığortalamağa çalışmalıdır. Amma o ictimaiyyətin bunun üçün düşünüb tapdığı, ortaya qoyduğu nədir? Erməni başların tapdıqlarının bir adı var - yalan.

Bəli, erməni cəmiyyəti yalanla bəslənir. Paşinyan 44 günlük müharibənin az qala hər günü xalqa cəbhədə baş verənlərlə bağlı yalan danışmışdı. Nəticədə 10 noyabr üçtərəfli bəyanatı insanlarda şok effekti yaratdı. Təsəvvür edin, cəmiyyət erməni xəstəliyinin “böyük, yenilməz erməni xalqı”, “3 min illik tarix” kimi saxta stereotiplərinin təsirindədir, kütlə “Qarabağ əbədi erməni torpağıdır” cəfəndiyyatına inanır, Arstun Hovannisyan erməni ordusunun qəhrəmanlıqlarından danışır, hamı arxayındır ki, tezliklə Azərbaycan dizə gətiriləcək və birdən acı 10 noyabr reallığı...

Bəs bu gün nə baş verir? İndi erməni elitası yalanın başqa formulunu tapıb. Guya müharibə döyüş meydanında uduzulmayıb, satqınlıq olub. Satqın əlbəttə Paşinyandır. Hazırda onu ittiham etməkdən asan heç nə yoxdur.

Əlbəttə, noyabrın 10-dan sonra da Ermənistanın baş nazirini satqın və xayin kimi qələmə verirdilər. Ancaq bu ifadələr məğlubiyyətin ümumi ruhundan qaynaqlanırdı. “Günah keçisi” onsuz da olmalıydı və Paşinyandan yaxşı keçi də tapıla bilməzdi.

Hazırda erməni elitası məsələni konkretləşdirməyə, hansısa ideoloji motivlər tapmağa çalışır. Təxminən belə: xalq, ordu məğlub ola bilməzdi, tam fərqli proseslər yaşanıb. Əsaslandırmalar aparılır ki, guya Azərbaycan Ordusu nə qədər güclü olsa da, indiki uğuru təmin edə bilməzdi. Müxtəlif “faktlar”a istinad edilir. Hətta Azərbaycan-Türkiyə birgə ordusunun belə qarşısının alına bilinəcəyi önə çəkilir.

Bir sözlə, erməni ictimaiyyəti, onun mediası məhz bu ritorikaya köklənməklə insanlara siqnallar ötürür. Cəmiyyətdən isə onsuz da normal reaksiyalar yoxdur, yaxud azdır, eşidilmir. Hər kəs, o cümlədən ziyalılar siyasi cəfəngiyyatı udmağa həvəslidir. Obrazlı desək, özlərini əjdaha sayıb ağızlarını açıb dayanıblar. Halbuki yuvada anasından yem gözləyən çarəsiz quş balalarına oxşayırlar. Və buna görə Ermənistandakı xaosun ölkəni dəhşətə doğru apardığını söyləməyə ciddi əsaslar var.

***

Müxalifətin baş nazir Nikol Paşinyana istefa üçün verdiyi vaxt sabah - dekabrın 8-i saat 12.00-da bitir. Hesab edək ki, Paşinyan istefa verməyəcək və getməyərək hakimiyyətdə qalacaq. O zaman xaosu aradan qaldırmaq üçün daha qətiyyətli davranmalıdır. Çünki ortaya düşmüş adamlar ona işləmək imkanı verməyəcəklər. Baş nazirin belələri ilə hansısa razılığa gəlməsi mümkünsüzdür.

Bəli, Paşinyan tam anti-demokratik tərzdə davranmalıdır. Onsuz da davranır. Qərb buna göz yumur və yumacaq. 2018-ci il inqilabı ilə Paşinyanın timsalında Ermənistanda anti-rus bombasını hərəkətə keçirdiyindən, Qərb istəməz ki, bomba zərərsizləşsin. Yeri gəlmişkən, müharibə saat mexanizmli bombanın işə salınmasıydı. Və indi rus sülhməramlılarının Qarabağda çalışdıqları odur ki, bomba partlamasın. Yəni Qarabağın Ermənistanla bağlılığı qalsın. Paşinyan yaxşı bilir ki, Ermənistanın rus təsirindən uzaqlaşmasının başlıca yolu Qarabağ yükündən qurtulmaqdır.

Paşinyan qarşısına qoyulmuş planın icrası üçün belə desək, “torpaq kompromissizliyi” notları ilə “Qarabağ Ermənistandır” musiqisini bəstələdi. Müharibəyə girişdi ki, nəhayət bölgənin kimə məxsusluğuna aydınlıq gətirsin. Uduzdu. Udsaydı da Moskavaya təşəkkür bildirməyəcək, yoluna davam edəcəkdi. Qarabağı Ermənistan etmək, sonra Gümrüdəki rus qoşunlarını çıxarmaq, daha sonra Qərbin maliyyəsinə arxalanıb ölkədəki rus investisiyasının varlığına son qoymaq və s. Kremldə bunu bilirdilər. Ona görə prezident Putinin dili ilə desək, Qarabağda qüvvələr arasında yalnız balans yaratdılar. Balansın Ermənistanın xeyrinə nəticələnməyəcəyi aydın dərk edilirdi. Sadəcə Ermənistanı inqilaba görə cəzalandırmaq lazım idi. Azərbaycan isə son 15 ilin hər saatında edə biləcəyini etdi. Özü də artıqlaması ilə.

***

İkinci yol. Yəni Paşinyanın istefaya getməsi, yaxud zor gücünə devrilməsi. Diqqət yetirək bunu kimlər edəcək? O adamlar ki, xalqı məğlubiyyətlə barışmağın mümkünsüzlüyünə inandırırlar. Daha doğrusu, inanmağı təbliğ edirlər. Onlar Paşinyanın idarəçilikdəki nöqsanlarını deyil, yalnız müharibə məğlubiyyətini önə çəkirlər. Xalqı qisasçılıq hisslərilə doldururlar. Heç şübhəsiz, hakimiyyətə gəlsələr, xalq bu adamlardan müharibə tələb edəcək. Baxın, onlara yaxın media, nisbətən müstəqil kütləvi informasiya vasitələri ilə birlikdə az öncə haqqında söz açdığım məğlubedilməzlik ritorikasına söykənib paralellər aparır. Daha hansı hesablamalar, hansı təhlillər, hansı faktlar lazımdır ki, məsələni dərk etsinlər, vəziyyətlə barışsınlar? Heç nəyin xeyri yoxdur. Görünür, belə düşünürlər ki, məğlubiyyət Azərbaycan Ordusunun Xankəndinin yox, Yerevanın 3 kilometrliyinə çatmasıdır...

Hər bir halda Ermənistan qarşısında iki seçim var. Ya Paşinyanın siyasi uğursuzluğunun gətirdiyi məğlubiyyətlə barışmaq, ya da məğlubiyyəti həzm etməyib fəlakətə yuvarlanmaq. Birinci seçimin gələcək üçün perspektivləri mövcuddur. Üçtərəfli bəyanat çərçivəsində nəzərdə tutulanlar, o cümlədən bölgədə gerçəkləşdiriləcək layihələr ermənilərin istər-istəməz daha yaxşı yaşamalarına şərait yaradacaq. Fəlakəti isə şərh etməyə ehtiyac yoxdur. Adı üstündədir.

Əvəz Rüstəmov

 




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Əvəz RÜSTƏMOV