USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni xəstəliyi və qucaq təfəkküründən imtina - Ermənistan üçün yeni yol


https://img.baki-baku.az/news/2020/12/photo_1974.jpg?v=MjAyMC0xMi0wMiAxNTo0NzoxNw==

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçının işğaldan qurtulması münasibətilə xalqa müraciətində bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi deyilən ifadə yoxdur. Münaqişə tarixin arxivinə gömülüb. Dövlət başçımız əsasən iki amil üzərində dayandı. Birincisi, Azərbaycanın müharibə meydanındakı qələbəsi. Dünya Ermənistanın sözün əsl mənasında məhv edildiyini gördü. İkincisi, bölgədə vəziyyətin dəyişməsi. Elə bir iqtisadi ab-hava yaranacaq ki, münaqişə, ixtilaf və qısasçılıq barədə fikirləşməyə vaxt qalmayacaq.

İkinci məqam üzərində dayanaq. Hər halda vəziyyətin sonrakı axarını proqnozlaşdırmaq üçün ayrı-ayrı dövlətlərin timsalında keçilmiş yol var. İkinci Dünya Müharibəsindən sonrakı vəziyyəti təsəvvür edək və onu da təsəvvür edək ki, Hitlerin avantürasına görə Almaniyaya münasibətdə nifrət qalıb. Qalmayıb, mümkün deyil. Heç almanlarda da qisasçılıq yoxdur. Normal iqtisadi münasibətlər gərginlikləri yoxa çıxarıb.

Cənab İlham Əliyev də mövcud xüsusda tamam başqa cür qurulacaq Cənubi Qafqaz platformasının perspektivlərindən söz açır. Onun çıxışı erməni cəmiyyəti üçün siqnal olmalıdır. Məsən, Prezidentin bu fikrini xatırlayaq: “Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı”.

Dəyməzdi bəli. Ermənilərin bir balaca ağlı olsa, düşünərlər ki, cənab Əliyevin söylədikləri, eləcə də ötən müddətdə xalqa müraciətlərində Ermənistan əleyhinə dilə gətirdikləri 44 günlük müharibə dəhşətindən daha ağırdır. Bəs düşünürlərmi? Hələlik bunun işartıları yoxdur. Baxırsan ki, Qarabağda qalan beş-altı erməni töküntüsü hüquqi qüvvəsi ancaq tualet silməyə yarayan əski parçasının önündə şəkil çəkdirib sanki varlıq sürdürdüklərini göstərir. Həqiqətən də xəstə təfəkkürdür. Buna erməni xəstəliyi də demək olar və o xəstəliyə bütövlükdə erməni cəmiyyəti yoluxub.

Xəstə təfəkkürün ayrı-ayrı elementlərinin təhlili üçün Ermənistanın birinci prezidentinin müşaviri postunu tutmuş Jerayr Liparidyanın BBC-yə müsahibəsindəki fikirlərə diqqət yetirmək kifayətdir. “İnsanlar nə istəmələri ilə onlara nəyin verilməli olduğunu qarışdırırlar. Heç kəs heç nə verməli deyil. Sizə nə götürə biləcəksinizsə, o verilir. Bütün müharibələrdə qələbəyə köklənmək bu, miflərlə yaşamaqdır, reallıq yox. Biz reallığı qəbul etməməyə, reallığı bizim arzularımıza uyğunlaşdırmağa öyrəşmişik. Biz belə bir baxış formalaşdırmışıq”.

Bəli, Liparidyanın haqqında söz açdığı erməni baxışı indi heç kəsə lazım deyil. Hətta ermənilikdən istifadə edənlərin özlərinə də. Zaman-zaman da belə olub. XIX əsrin sonlarına doğru Osmanlıya qarşı oyun quran Qərb dairələri özlərinin Şərq avantürasının davamını yunan məsələsində axtarmağa üstünlük verəndə ermənilikdən imtina etmişdilər və onu taleyin ümüdünə buraxmışdılar. Həmin zaman kəsiyi ermənilər üçün acınacaqlı ssenarilər doğurmuşdu. Necə də doğurmasın. Təbəəsi olduğun dövləti içindən dağıtmağa çalış, təşkilatlan, terrorlar həyata keçir, bəs o dövlət səndən hesab sormayacaqmı? Sultan II Əbdülhəmid sordu o hesabı. Özü də tam sərtliyi ilə...

***

Əlbəttə, Rusiyanın özünün düşdüyü durum var. Geosiyasi reallıqlar da həmçinin. Rusiya SSRİ deyil və bunu anlayanların sayı nə qədər çoxalsa, ölkənin indiki sərhədlər daxilində mövcudiyyət müddəti bir o qədər da uzanacaq. Bu öz yerində və görünür buna görə Putin Rusiyasına ermənilik lazım deyil. Yəni indi bu xəstə təfəkkür taleyin ümüdünə buraxılmış şəkildədir. Tale amansız və haqlı hökmünü kəsdi - ermənilərin uydurduqları mif 44 günün içərisində çilik-çilik, param-parça oldu. Baxın, Azərbaycan prezidenti az qala hər çıxışında Ermənistanı, erməniliyi aşağılayır. Belə də lazımdır. Çünki anladıqları dil budur. Bu dildə anladıqları, başqa dili qəbul etmədikləri sübuta yetirilmiş həqiqətdir. Hələ Azərbaycanın Ermənistana qarşı irəli sürəcəyi məhkəmə iddialarının nəticələri Ermənistan və ermənilik üçün hansı rüsvayçı nəticələri doğuracaq, bu da var. Böyük ölçüdə məsələni düşünmürlər. Bu xəstələr hələ durub cındır parçasının önündə şəkil çəkdirirlər, necəsə bərpa olunmaqdan, revanşdan danışırlar. Məsələ heç də müharibə yaralarının hələ qaysaq bağlamamasında deyil, problem erməni xəstəliyindədir. Bu xəstəlikdən heç cür qurtula bilmirlər.

Bəli, başqalarının torpağına göz dikmək həqiqətən böyük mərəzdir. Təəssüf ki, tarix çox amansızcasına bu mərəzi imperiyaların formalaşması və dağılması şəklində hansısa qanunauyğunluğa salır. Dünya əzəldən ədalətsizdir. Tarixdə böyük reallıqların ədalət anlayışını kiçiltdiyi və onu dar fəlsəfəyə yuvarlandırdığı mərhələlər var. Mövcud kontekstdə insanlar arasında münasibətlər dəyişib, münaqişələr yaşanıb, müharibələr törənib. Böyük müharibələrin böyük qalibləri olub. Burada ermənilərin dərs götürə biləcəkləri onların həmin müharibələrin hansı bucağında və küncündə olmalarıdır. Ermənilik o bucaq və küncləri tarix kimi göstərir, xəstəlik də elə budur. Xəstəlik özünü kimlərəsə istifadə üçün təklif etməkdir. Ermənilərin tarixi təklifetmələr tarixidir. Osmanlıya, Rusiyaya, Qərbə təklifetmələr.

Ermənilər hər zaman özlərini təklif ediblər. Heç vaxt böyümək istəməyiblər. Həmişə çalışıblar ki, kiminsə qucağında otursunlar. Baxın, bu gün Qarabağda Rusiya sülhməramlılarını görüb uşaq kimi sevinirlər. Çünki rusların timsalında qucaq tapdıqlarını sanırlar. Qərbə doğru getdilər. Guya inqilab elədilər, demokrata çevrildilər. Məlum oldu ki, inqilab da, demokratlıq da daha yaxşı qucaq tapmaq naminəymiş. Fərqli nə isə düşünə bilmirlər axı.

Bu gün Yerevanda baş nazir Nikol Paşinyan əleyhinə çıxanların, onu istefaya səsləyib satqın adlandıranların Ermənistanın gələcəyi naminə heç bir baxışları yoxdur. Ağıllarına bu gəlir ki, Paşinyan qucaqda yaxşı otura bilmədi, onu uzaqlaşdırıb daha yaxşı oturan tapmaq lazımdır və oturmaq üçün Rusiya qucağı seçilməlidir. Yaxşı oturub yenə qonşulara qarşı çıxmaq, yenə ərazi iddiası irəli sürmək və sair ilaxır. Baxış ancaq və ancaq budur.

Təbii ki, bölgədə vəziyyət normallaşacaq. Yeni baxışlar sistemi formalaşacaq. Ermənistanın özünü təklifetmə stereotipindən fərqli olaraq, Azərbaycan müstəqillik illərində həyata keçirdiyi siyasətlə ətrafındakı nəhəng dövlətlərin sistemində özünü aparıcı füqur kimi təqdim etməyi bacardı. Bu, düşünülmüş siyasətin nəticəsiydi. Ona görədir ki, bu gün Prezident İlham Əliyev əsl liderdir. Dünyada qəbul edilir, sayılır. Ona görədir ki, Azərbaycan dövlət başçısının şəxsində bölgə üçün yeni perspektivləri anons edə bilir.

Bəli, Prezident İlham Əliyevin söylədiyi kimi, region dəyişəcək və inkişaf edəcək. Ermənistan da istəsə, ötən illər ərzində nələri itirdiyini saf-çürük edərək normal mövqe ortaya qoysa,  inkişafdan özünə pay götürəcək. Bunun yolu isə dəyişməzdir - erməni xəstəliyindən qurtulmaq və qucaq təfəkküründən imtina.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Əvəz RÜSTƏMOV