USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əbədi zəfər!


https://img.baki-baku.az/news/2020/11/photo_1897.jpg?v=MjAyMC0xMS0yNiAxNToxNjowOQ==

 

Ağahüseyn Hüseynov,
"Baki-Baku" qəzetinin baş redaktoru

_____________________________________________

Bu narahat payız günlərində Azərbaycan xalqı həqiqətən də  özünün qəhrəmanlıq dövrünü yaşayır. Respublika, onun bütün vətəndaşları Ali Baş Komandan, Azərbaycan xalqının lideri  Prezident İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında, Azərbaycan ordusu erməni təcavüzkarları ilə döyüşlərdə doğma respublikanın ərazi bütövlüyünü müdafiə etdi, döyüş meydanlarında vəhşiləşmiş  erməni faşistlərinin ordusunun onurğasını sındırdı, qəhrəmanlıqları  bahasına şəhər və kəndləri qarış-qarış təmizlədi. Erməni vəhşiləri tərəfindən ələ keçirilmiş torpaqlar əsgərlərimizin  əks-hücum əməliyyatları  ilə azad edildi,  başını itirən düşmən hərbi texnikanı, döyüş sursatını, həlak olmuş  əsgər və zabitlərinin cəsədlərini döyüş meydanında ataraq  Azərbaycanın bölgələrini tərk etdi. Azərbaycan xalqının lideri, Ali Baş Komandanımız, Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edirdi ki, bizə qılıncla gələn intiqam qılıncından məhv olacaq. Torpaqlarımızın azadlıgı uğrunda Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Bu 44 günlük muharibədə Azərbaycan ordusu döyüş meydanını darmadağın etməklə, 30 ilə yaxın davam edən işğala son qoydu. Bu olduqca mühüm siyasi və hərbi qələbə Azərbaycan xalqının, onun ordusunun tarixi uğurudur. Bu qələbə Azərbaycanın adını bütün dünyaya çatdırdı, bir daha vətənimizin düşmənlərinə ciddi xəbərdarlıq etdi.

Xalqımızın lideri, Ali Baş Komandan İlham Əliyevin  siyasi bacarığı, müdrikliyi, biliyi, onun dünya siyasətinin xüsusiyyətlərini incəliklərinə qədər bilməsi, nəhəng təşkilatçılıq qabiliyyəti Azərbaycanın səsini bütün dünyada ucaltdı, Azərbaycan xalqının öz doğma respublikasının azadlığı və ərazi bütövlüyü ilə bağlı   ədalətli, qanuni haqqını hər kəsə çatdırdı. Azərbaycanın haqq səsi,  onun öz ərazi bütövlüyünü qorumaq əzmi respublikamızın və  onun Prezidentinin dünyada nüfuzunu artırdı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qoruyaraq müasir Azərbaycan Respublikasının qurucusu və Ümummilli Lider adını qazandı. Ulu Öndərin siyasətini layiqincə davam etdirərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, sabitliyinin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı, müasir dünyaya inteqrasiyanın təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı yardımların verilməsi, yeni-yeni iş yerlərinin yaradılması ilə işsizliyin azaldılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi, eləcə de fəaliyyətsiz müddətində Azərbaycan Respublikasının islami dəyərləri özündə qoruyub saxlamaqla dünyəvi dövlətə çevrilməsi, Şərq və Qərb mədəniyyətlərinin birgə fəaliyyətinin təşkili, multikultural fəaliyyətin təmin edilməsi, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, bir sıra beynəlxalq təşkilatlara sədrlik etməyimiz, dünya dövlətləri ilə qarşılıqlı anlaşma və dostluq münasibətlərin yaradılması, saymaqla bitib-tükənməyən irimiqyaslı layihələrin həyata keçirilməsi ötən dövr ərzində ordu quruculuğuna yönəldilən diqqət nəticəsində müasir silahlarla təchiz olunmuş və müasir tələblərə cavab verən nizami ordunun qurulması ilə uzun illərdən bəri xarici havadarlarının  dəstəyi ilə torpaqlarımızı xaincəsinə işğal etmiş erməni faşistlərindən qısa müddət – 44 gün ərzində işğaldan azad edən rəşadətli ordumuzun müzəffər Ali Baş Komandan kimi öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdıra bildi. Tarixi dövlətçillik ənənələri olan Azərbaycan son yüzilliklərdə əldə olunmayan bir qələbəni yaşatdı. Işğal altında olan torpaqlarımızı əsl sahibinə - Azərbaycan xalqına qaytara bildi. Bu, təkcə işğal olunmuş torpaqların geri qaytarılması kimi deyil, həm də Azərbaycan Ordusunun tarixi Qələbəsidir!

Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan xalqının lideri İlham Əliyevin səsi dünyanın bütün guşələrinə çatır, Vətən müharibəsi və Azərbaycan xalqının qurtuluş missiyası ilə bağlı həqiqətləri geniş ictimaiyyətə çatdırır. Erməni işğalçıları tərəfindən bizə qarşı  başlanan müharibə ilə bağlı liderimiz tərəfindən çatdırılan həqiqətlər  dünyada getdikcə daha yaxşı başa düşülür, ərazi bütövlüyü, azadlıq və müstəqillik uğrunda mübarizədə Azərbaycanın tərəfdarlarının sıralarını artırır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, biz doğma torpaqlarımızı vəhşiləşmiş təcavüzkardan azad etməklə, Vətən müharibəsini aparır, respublikamızın ərazi bütövlüyünü qoruyuruq. Dünyanın bir çox tribunalarından, dövlət xadimləri, jurnalistlərlə söhbət zamanı  Azərbaycan xalqının lideri, Rəşadətli Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev erməni işğalçıları tərəfindən bizə qarşı başlanan müharibə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmış və çatdırır, hamıya və hər kəsə Azərbaycanın öz doğma torpağını, doğma xalqını qoruduğunu, bu müharibənin bizim üçün xalqın erməni təcavüzkarlarına layiqli cavab verməsi, Azərbaycanın parçalanması və ərazilərinin ələ keçirilməsi  təhlükəsini birdəfəlik aradan qaldırmaq istəyi ilə dolu olduğunu ifadə edirdi.

Hər gün respublikamızın ərazisi qarış-qarış başını itirmiş erməni işğalçılarından təmizlənirdi. Bu barədə hər gün, hər saat kütləvi informasiya vasitərlərində məlumat verilirdi. Və döyüş meydanlarında əldə edilən uğurlar, erməni işğalçılarının məhv edilmiş bölmələri barədə hər bir sevindirici xəbər Azərbaycan sakinlərini, xaricdə yaşayan bütün soydaşlarımızı ruhlandırırdı,  onların qəlbini Vətənə,  onun ərazi bütövlüyünə görə  qürur hissi ilə doldururdı, erməni vandalları üzərində tezliklə  qələbə çalınacağına  inamı gücləndirirdi. İlham Əliyev ən xoş günləri, ən xoş arzularımızı Cəbrayılın, Fizulinin, Zəngilanın, Qubadlının, Soqovuşanın, Hadrutun işğaldan azad olunması xəbərlərini bizə çatdirmagla, bizi məglub edilməz xalq oldugmuzu bir daha təsdiq etdi. Azərbaycan bayrağının bütün azad olunmuş torpaqlarda yüksəltməyə nail oldu.

Erməni təcavüzkarlarının bizə qarşı  başladığı bu müharibədə Azərbaycan tək deyil. Bizim bu haqq savaşımızda daim yanımızda  olan qardaş Türkiyə, Pakistan, İsrail və digər ölkələr erməni təcavüzünə son qoyulmasını və təcavüzkarların ələ keçirdiyi Azərbaycan ərazilərinin azad edilməsini tələb edirdilər. Bu cür dəstək, Azərbaycan xalqının qurtuluş missiyasının dərki Vətən müharibəsində qələbəmiz üçün möhkəm əsasdır. Elə bir gün yox idi ki, milli liderimiz Prezident İlham Əliyev xarici ölkələrin ən yüksək səviyyəli nümayəndələri və jurnalistləri ilə  görüşlərində Azərbaycanın sülhsevər siyasətini izah etməsin, hər kəsə xalqımızın düşmənin Azərbaycan ərazisindən qovulmasına nail olmaq, respublikamızın beynəlxalq aləmdə tanınmış sərhədlərini, ölkənin bütövlüyünü qorumaq  qətiyyətini və möhkəm iradəsini çatdırmasın.

- İŞİMİZ HAQQ İŞİDİR! BİZ QALİB GƏLƏCƏYİK! - 1941-1945-ci illərdə faşist işğalçıları ilə müharibə dövrünün bu döyüş carçısı bu gün də yaşayırdı. Vəhşiləşmiş erməni düşməni üzərində tam qələbə qazanmaq üçün hər şeyimiz var. Doğma Respublikamızın gücü və qüdrəti var, Azərbaycan xalqının ədalətli müharibəsinə  anlaşma ilə yanaşma və artmaqda olan   dəstək var, onun İlham Heydər oğlu Əliyev kimi müdrik, bacarıqlı, uzaqgörən, böyük lideri var.  O, özünə inamla, bugünkü dünya  gerçəkliyini dərindən başa düşməklə və ən əsası,  hər gün, hər  saat yorulmaz səyləri ilə bizi erməni işğalçıları üzərində qələbəyə apardı, xalqa, doğma torpağa, Vətənə olan sevgisini hamıya  göstərdi.

8 noyabr 2020-ci il tarixə düşəcək.  Bu günə keçən gecə milli liderimiz,  Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan döyüşçüləri erməni işğalçıları ilə şiddətli döyüşlərdə Qarabağ torpağının mərkəzi olan Şuşa şəhərini azad etdilər. Tarixi əhəmiyyətli bu  xəbəri xalqa Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çatdırdı. Xaricdəki soydaşlarımız, Azərbaycanın bütün dünyadakı dostları bu məlumatı  böyük sevinclə qarşıladılar. Onların qəlbləri Azərbaycana görə,  onun erməni işğalçılarına qarşı döyüşlərdə həqiqətən də  tarixi qələbəsinə görə böyük qürur hissi ilə doldu.

Şuşa təkcə adi bir yaşayış məntəqəsi deyil,  həm də iki yüz ildən çox  müddət ərzində  Azərbaycan xalqının qürur, cəsarət və milli ruhunun simvolu olmuş bir qala şəhəridir.

Şuşanın erməni işğalçılarından azad olunmasını xalqımız, onun  dünyanın hər yerində olan  dostları böyük səbirsizliklə gözləyirdilər.   Biz gözləyir və inanırdıq ki,  hamımız üçün  bu  şad  gün gələcək və  Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev xalqı bu böyük qələbə münasibətilə təbrik edəcək.

Şuşanın azad edilməsi təkcə uğurlu hərbi əməliyyat deyil, baxmayaraq ki, bu əməliyyat Azərbaycanın hərbi taktikada, hücum yönümlü döyüş əməliyyatlarının  planlaşdırılması və aparılmasında yüksək səviyyədə hazırlığını,  müasir tələblərdən,  döyüş əməliyyatlarının  aparılması bacarıqlarından məharətlə istifadə edildiyini nümayiş etdirdi.    Azərbaycan Bayrağının azad edilmiş Şuşada qaldırılması təkcə hərbi qüdrətimizin, məharətli komandanlığımızın nümayişi deyil, həm də  xalqın mənəvi ruhunun, doğma respublikamızın ərazi bütövlüyünü qorumaq üçün  sarsılmaz iradəsinin və istəyinin parlaq təzahürü, eyni zamanda Azərbaycanın, onun  doğma torpaqları ilə ayrılmaz şəkildə  bağlı  olan  xalqının əzəmətidir.

- Doğma Şuşa yalnız yaşayış məntəqəsi deyil, - deyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qeyd etdi. Şuşa mədəniyyətin beşiyi, xalqımızın qəhrəmanlıq ruhudur; dünyaya mədəniyyət, elm və digər sahələrdə çoxlu sayda görkəmli şəxsiyyətlər vermiş  bir şəhərdir.

Bu gün qədim Qarabağ diyarı,  onun ürəyi Şuşa azad nəfəs alır, böyük qurtuluş sevincini yaşayır, bu böyük missiyada Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz rolunu qeyd edir.

- Mən ümummilli liderimiz, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin Azərbaycanı düşmənlərdən təmizlənməsinə, hərtərəfli inkişafa, müstəqilliyinin möhkəmləndirilməsinə,  xalqın rifahının daha da yaxşılaşdırılmasına  yönəlmiş görməklə bağlı  verdiyi vəsihəti yerinə yetirdiyimə görə  sonsuz dərəcədə xoşbəxtəm.

- Biz qalib gəldik! Xalqımızın lideri Prezident İlham Əliyevin bu çağırışı Azərbaycanın müstəqilliyinin, azadlığının qorumasında və doğma dövlətin daha da inkişaf etdirilməsində bir şüar oldu.

İşimiz haqq işidir! Doğma Şuşa, sən azadsan!

İndi Azərbaycan öz sərhədlərini möhkəmləndirir, kəndləri, şəhərləri, bərpa edir, əhalini öz yaşayış, iş yerlərinə dəvət edir. Həyat doğma respublikamızın hər bir guşəsinə gəlir, hər yerdə fəal iş bərpa olunur. Prezident İlham Əliyevin siyasəti hər yerdə dəstəklənir, bizi yeni uğurlara aparır.

QARABAG AZƏRBAYCANDIR!




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Ağahüseyn Hüseynov