USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Təxribatın ağ bayrağı da ola bilər


https://img.baki-baku.az/news/2020/11/photo_1831.jpg

Erməni kütləvi informasiya vasitələrində getdikcə daha çox Rusiya sülhməramlılarının vəziyyəti nəzarətdə saxlamadığına dair ritorika aktuallaşmaqdadır. Bunu sıradan məsələ saymaq olmaz.

Bizim hərbçilərin belə durumda olduqca diqqətli davranmaları şərtdir. Tam mümkündür ki, ermənilər özlərinə qarşı qanlı aksiya həyata keçirib bunu bizimkilərin üzərinə atsınlar. Onlar bunu çox yaxşı bacarırlar.

Ermənistan hakimiyyətinin Qərbdən gələn çağırışlardan ruhlanaraq Azərbaycanı terrorçu mahiyyətli, Rusiyanı isə vəziyyətlə bacarmayan tərzdə göstərən, "fakt" qarşısında qoyan təxribatlara getməsi, yekun nəticədə prosesi pozmaq istəməsi proqnozlaşdırılandır. Paşinyan və onu hakimiyyətə gətirənlərin nələri düşündüklərini ehtimal etmək çətindir. Nəhayət, Qarabağ yalnız Azərbaycanla Ermənistanın müharibə apardığı, Rusiyanın bölgəyə sülh gətirdiyi lokal məkan olmaqdan çox, böyük geosiyasi oyun meydanıdır.

Nəzərə alınmalıdır ki, ermənilərin hələ Kəlbəcərdən və Laçından çıxmaları var. Bunun onlar üçün nə demək olduğu başa düşülməlidir. Fəlakət. Özlərinin böyük başlara təsir göstərməyə hesablanmış balaca başları ilə fəlakətdən qaçmaq naminə hər şey edə bilərlər. Bunlar üçün müqəddəs heç nə yoxdur, heç bir saziş heç nəyi tam təminat altına almır. Qarşımızda öz qanına susamış psixoz vəziyyətində olan xəstə erməni cəmiyyəti də var. Bu cəmiyyət xaricdən gələn azacıq qığılcımla durumu dəyişmək üçün cəhd edə bilər.

Rusiya tərəfdən Ermənistana münasibətdə üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməməsi təqdirdə hansı vəziyyətin yarana biləcəyinə dair xəbərdarlıq mahiyyətli açıqlamanın gəlməsi elə-belə deyil. Görünür, nəsə bilirlər. Hər halda bizim hakimiyyətin də bildiyi çox şeylər var. Vəziyyət də nəzarətdədir.

Amma indiki vəziyyətdə Azərbaycan hərbçilərinin ehtiyatlı olmaları, hərbi rəhbərliyin məsələyə həssas yanaşması şərtdir. İşğaldan azad olunmuş əraziyə daxil olan Azərbaycan əsgəri oraya mina yerləşdirilmə ehtimalını nəzərə aldığı kimi, canlı təxribatla da üzləşməni düşünməlidir. Hətta təxribatın ağ bayrağının ola biləcəyini də düşünməkdə fayda var.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Əvəz RÜSTƏMOV