USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mən səndən ayrılmazdım

Səttərxan: “Özünü dərk edən ölümsüz millətə ölüm yoxdur!”


https://img.baki-baku.az/news/2020/11/photo_1782.jpg?v=MjAyMC0xMS0xOSAxMDo1ODo1Mw==

Şərəf Cəlilli

____________________________________________________

Milli qurtuluş, milli istiqlal hər bir xalqın haqqıdır. Bu bir mənalıdır. Amma gerçək olan bir həqiqət var ki, bu haqq daha çox onu haqq edən xalqın haqqıdır. Bu səbəbdən də yer üzünə səpələnən xalqlar içərisində ancaq xalq olmağı, dövlət olmağı bacaranların bayraqları dünyanın nəhəg təşkilatları önündə dalğalanır.

Noyabr bir türk - Azərbaycanlı kimi bizim bir çox qürur dolu məqamlarımızı özündə ehtiva edən aydır. Milli Dirçəliş günü, Bayraq günü, Anayasa günü, günlərin, tarixlərin baş olub başda olanı, “Əziz Şuşa sən azadsan!” nidasını dağda daşa, gözdə yaşa həkk edən, Şuşanın işğaldan azad olunduğu günün müqəddəsliyi də bu aya təsadüf edir. Laçının, Kəlbəcərin, Ağdamın “abu – həyatı nərmü – nazik bayatı olan” Qarabağın intizarına son qoyulur. Azərbaycanın Ali Baş Komandanı məhz bu ayda üç qüdrətli məqama əbədiyyət qazandırdı: Qazi Mustafa Kamal Paşanın “Yurdda sülh, cahanda sülh!”, Hüseyn Cavidin “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü!”, Ulu öndər Heydər Əliyevin “Ağıl olan yerdə zora ehtiyac yoxdur!”

“Qaçaq Nəbi” filmində incə bir məqam var: Nəbi şahənşahın qulbeçəsinə, bu tayı otlaq yeri bilib adamları incidən əlaltısına deyir: “Vətənin o başı, bu başı olmaz. Arazın o tayı da mənimdi, bu tayı da mənim”. Noyabrın 16-da Xudafərin körpüsündə dalğalanan Bayrağın ülviyyəti Şuşa qalasında dalğalanan Bayrağın əzəmətinə, Gövhər Ağa məscidində Qazilərimizin qıldığı namazın, 28 ildir ocağı sönən yurdumuzda yanan çırağın müqəddəsliyinə bərabərdi.

Əsli–kökü, şəcərə dəftəri ilə Azərbaycanın güneyinə, Pişəvəri Cümhuriyyətinə, seyid müqəddəsliyinə bağlı olan ölkənin Birinci xanımı, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə əllərini Arazda suya çəkdi, Xudafərin körpüsünə söykəndi Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyev onu Dostluq, Qardaşlıq körpüsü, sərhəddi adlandırdı.

207 il bundan öncə Gülüstanda, Türkmənçayda bulanan dünyamızın qara suları Araza qarışanda bir bayatı dillərə dastan oldu:

Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım, 
Zülm ilə ayırdılar.

Zülmün sonudu, dünya! Daha otayı bu taya qəvi düşmən etmək olmaz! İstəsələr də olmaz! Bizi TURAN və Quran müqəddəsliyi bağlayır. Dinimiz, imanımız birliyimiz, bütövlüyümüzdü. Biz Şərqik. Günəş Şərqdən doğur. O başı İran, bu başı Turan, Türküstandı. Bunu anlamağın zamanı yetib. Özü də lap, lap çoxdan yetib. İndi dünyanın mizanı, düzəni dəyişib. Qarabağ Azərbaycandır!

Polkovnik – komissar Əziz Əliyevin dili ilə desək; “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, orada yaşayanlar qan – qardaşlarımızdır!”, Heydər Əliyevin təbirincə söyləsək; “İrəvan bizim Dərbənd kimi qədim şəhərimizdir.” Unudulmaz Mir Cəlal kimi düşünsək Odlar Yurdu Azərbaycan bizim “Yusif – Züleyxamız” – yaddaş xalımızdır. “Yada satmarıq!”

Sənə şükür olsun! Min dəfə, yüz min dəfə şükür olsun Tanrı! “Gülüstan”dan 207, Əziz Əliyev missiyasının Təbrizdəki fütuhatından 80, Pişəvəri hökumətindən 75 il sonra Xudafərin körpüsündə, Ərkin, Səhəndin, Savalanın ətəyində Azərbaycan Bayrağı dalğalanır!  

Onu buralara polkovnik – komissar Əziz Əliyevin və Mir Cəlalın nəvələri, Səttərxanın, Rəsulzadənin, Xiyabaninin, Pişəvərinin, Ulu öndər Heydər Əliyevin varisləri çiyinlərində gətirdi. Deyilənlər gəldi başa: “Azərbaycan gec qızan bir daş qazana bənzər, o gec qızar, gec də soyuyar!”, “Özünü dərk edən ölümsüz millətə ölüm yoxdur!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!”




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli