USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ata nəsihəti, oğul şücaəti


https://img.baki-baku.az/news/2020/11/photo_1731.jpg

                                                                                                             

Ənvər MƏŞƏDİYEV,

“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

  ____________________________________________

Heydər Əliyev: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm

1 oktyabr 2003-cü ildə 15 oktyabr 2003-cü il

prezident seçkiləri ərəfəsində xalqa müraciətindən.

Əziz Ulu Öndərimiz! Azərbayacan xalqını əmanət etdiyiniz oğlunuz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ona göstərdiyiniz etimadı və nəsihətlərinizi çox böyük fədakarlıqla, ataya, xalqına olan sonsuz məhəbbətlə doğrultmuş, hazırda da Sizin ideyalarınızın daha da dərinləşdirilməsi üçün siyasi, sosial-iqtisadi, hərbi quruculuq sahələrində zəngin təcrübəsini, fenomen biliyini, özünəməxsus diplomatik ənənələrini əsirgəmir, səylərini artırır. Möhtərəm Prezidentimiz İlham Əliyev həm də böyük, yenilməz sərkərdədir. Onun həm siyasi arenada, həm quruculuq, həm də hərbi işlərdə qazandığı nüfuz heç nə ilə ölçülə bilməz.

Bu, həqiqətən belədir. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin xidmətləri, dərin zəkası, mükəmməl hazırlığı, düzgün idarəçiliyi, xalqına, vətəninə vurğunluğu, valideynlərinə sədaqətliliyi, sözünə əməl etməsi, hərbi potensialımızı artırması 27 il murdar ermənilərin tapdağı altında olan müqəddəs torpaqlarımızın azad edilməsinə səbəb olmuşdur.

Noyabr ayının 10-da ikinci Qarabağ müharibəsinin 44-cü günündə möhtəşəm qələbəmizi Azərbaycan Respublikamızın Prezidenti, Ali Baş Komandanımız, qüdrətli sərkərdəmiz İlham Əliyev böyük ruh yüksəkliyi ilə elan etdi. Qədirbilən xalqımız bu möhtəşəm zəfər bayramını küçələrə, meydanlara axışaraq coşqunluqla, çalıb-çağırmaqla, çox sevinclə qeyd edir, çox hörmətli Prezidentimiz, dünya miqyaslı siyasətçi, Ali Baş Komandanımız, böyük sərkərdəmiz İlham Əliyevə, rəşadətli Ordumuza öz təşəkkürlərinin bildirir, möhtəşəm qələbəmizin səbəbkarlarına möhkəm cansağlığı arzulayır, şəhidlərimizə Alladan rəhmət diləyirlər. Tarixi zəfər anlarında Şəhidlər Xiyabanında hökm sürən izdihamları yaradan minlərlə vətəndaşlarımızdan bu ifadələri eşidirdik: “Allahın bu gününə şükür, otuz illik yaramıza məlhəm qoyuldu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad edildi”, “Bu tarixi qələbəni bizə bəxş edən Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan Ordusuna, qəhrəman əsgərlərimizə təşəkkürümüzü bildiririk”, “Şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların analarının əllərindən öpür, bütün analarımızı, xalqımızı dözümlü olmağa çağırırıq”, “Yaşasın Azərbaycan xalqı”, “Eşq olsun müzəffər Ordumuza”, “Yaşasın qəhrəman Ali Baş Komandanımız İlham Əliyev”.

Monolit birlik göstərən xalqımızın, ölkə Prezidentimiz İlham Əliyevin Silahlı Qüvvələrimizin, rəşadətli əsgərlərimizin ünvanlarına deyilən bu cür iftixar dolu sözlər minlərlədir.

Azərbaycan Respublikamızın Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev noyabrın 8-də Ulu Öndərimiz Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Şəhidlər Xiyabanına gələrək xalqımıza müraciət etmiş, Şuşa şəhərinin işğaldan azad olunmasını böyük ruh yüksəkliyi ilə vətəndaşlarımıza çatdırarkən qeyd etdiyi aşağıdakı sözləri bir daha nəzərə çatdırmağı vacib hesab etdik. O, demişdir: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Bu səmimi deyimlərə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin dilə gətirdiyi Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətlərinin əsas müddəalarını da əlavə etmək yerinə düşər. Möhtərəm Prezidentimiz Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdir: Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir”.

Dövlətimizin başçısı İlham Əliyev bu müddəaların hər birinə sadiqdir, onları öz fəaliyyətinin əsas istiqamətləri hesab edir. Cənab Prezidentimiz özünün dediyi kimi, müstəqil siyasət yürüdür. O, qürurludur, mətindir, heç kəsdən asılı olmadığını dəfələrlə bəyan etmişdir.

Ərazi bütövlüyümüzün bərpası möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ən əsas vəzifələrindən biridir. Onun erməni terrorçularının işğalı altında olan torpaqlarımızın sülh yolu ilə azad olması üçün illərlə aparılan danışıqlar, ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistanın indiki və sabiq rəhbərləri ilə görüşləri qarşı tərəflərin bu məsələyə tərəfkeş münasibət göstərdiklərinə görə bir nəticə verməmişdir. Qətiyyətli Prezidentimiz İlham Əliyev 27 il ərzində Azərbaycan xalqının səbrinin tükəndiyini, yüksək səviyyədə keçirilən görüşlərin mənasız olduğunu dərk edərək Minsk qrupunun həmsədrlərinə, dünya birliyinə, Ermənistanın hərbi-siyasi rəhbərliyinə dəfələrlə bəyan etmişdir ki, işğal olunmuş ərazilərimizin sülh yolu ilə azad edilməsi istiqamətində müsbət addım atmasalar, əzəli və tarixi torpaqlarımızı hərb yolu ilə geri qaytaracağıq. Lakin Ermənistan rəhbərliyi bu xəbərdarlıqlara məhəl qoymamış, əksinə atəşkəsi bəlkə də mininci dəfə pozaraq bu il sentyabr ayının 27-də dinc əhalimizi artilleriya hücumuna məruz qoymuşdur.

Azərbaycan Respublikamızın Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev müzəffər Ordumuzun əks-hücuma keçməsini qərara almışdır. Rəşadətli Ordumuz ikinci Qarabağ müharibəsinin ilk günlərindən düşmənin hərbi birləşmələrinə ağır zərbələr endirməyə başlamış, 44 gün ərzində erməni əsgərlərini və muzdlularını xeyli canlı qüvvə, döyüş texnikası, hərbi sursat itirməklə geri çəkilməyə məcbur etmişdir. İgid döyüşçülərimiz, cəsur əsgərlərimiz, Ali baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə noyabrın 10-da vətən müharibəsini qələbə ilə başa çatdırmışlar.

Xalqımıza ərmağan edilən sevinclər sevinci, misli görülməmiş möhtəşəm qələbəmiz illərlə yaddaşlarda qalacaq, nəsillərdən nəsillərə ötürüləcəkdir.

Yeni tariximiz yazılır. Onun giriş hissəsini də, sonunu da Ali Baş Komandanımız İlham Əliyevin və rəşadətli Ordumuzun qəhrəmanlıqları bəzəyəcəkdir.

Müasir Azərbaycanın müasir tarixinə adının qızıl hərflərlə yazılmasına fenomen şəxsiyyət, əvəzsiz siyasətçi, mahir diplomat, görkəmli siyasi və dövlət xadimi, milli maraqlarımızın müdafiəçisi, güclü liderlik qabiliyyəti olan Azərbaycan Respublikamızın Prezidenti, Ali Baş Komandanımız, qüdrətli sərkərdəmiz İlham Əliyev öz əzmkarlığı və qəhrəmanlığı ilə nail olmuşdur.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Prezidentimiz İlham Əliyev!

Yaşasın şanlı Ordumuz!

Qarabağ Azərbaycandır!




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Ənvər Məşədiyev