USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Prezident İlham Əliyevlə güclüdür (BAXIŞ)


https://img.baki-baku.az/news/2020/11/photo_1722.jpg?v=MjAyMC0xMS0xMiAxNzoxMTo0Ng==

Həsən Şirinov,
Polis general-mayoru

Dünyada beynəlxalq hüququn öz əhəmiyyətini itirdiyi və beynəlxalq qanunların bizim üçün bir türk olaraq, işləmədiyi bir dövrdə, ictimai şüurun insanlıq orbitindən çıxdığı belə bir ədalətsiz zamanda dünya ictimaiyyətinin gözü qarşısında atəşkəs rejimini 3 dəfə dalbadal qadağan olunmuş ballistik raketlərlə, müharibə zonasından çox-çox uzaqlarda yaşayan dinc əhalini atəşə tutaraq pozan Ermənistana “Atəşkəsi sən pozdun” deyən bir nəfərin belə olmadığı, əksinə dünya birliklərinin özlərinin öyrədib göndərdikləri mədəniyyətsiz jurnalistlərin qərəzli suallarından göründüyü kimi, erməniləri müdafiə etdikləri bir məqamda həm ön cəbhədə, həm informasiya cəbhəsində, həm də döyüş meydanında ədalətsiz dünya güclərini məğlub edərək erməni mifini dağıdan, onları dünyada ifşa edən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəhrəmanlıq göstərərək tariximizə qızıl hərflərlə yazdığı və bütün dünyanın həsəd apardığı bu möhtəşəm qələbəmizdə nöqsan axtaran “vətənpərvərlər”ə Prezidentimizin Paşinyana ünvanladığı “Nə oldu, Paşinyan?!” tarixi sualının analoqu kimi mən də sual vermək istəyirəm ki, “45 gün bundan qabaqkı durumunuzu, Şuşada “yallı” gedərək inaqurasiya keçirən Paşinyana “bir daş” ata bilmək halında belə olmadığınızı nə tez unutdunuz? Nə oldu “vətənpərvərlər”?"

Tarixi qələbəmizi düzgün qiymətləndirməyi bacaran, vətənpərvərlik hissi ilə coşub-daşan, sevinclərindən evlərinə sığışmayan, şəhərlərimizi, kəndlərimizi, prospekt və küçələrimizi üçrəngli bayraqlarımızla bəzəyən bayram əhval-ruhiyyəli qədirbilən, müdrik Azərbaycan xalqı bizim üçün qələbəmiz qədər möhtəşəm olan birliyimizi nümayiş etdirdi. Bu bizi qələbələrə aparan müqəddəs xalq–İlham Əliyev birliyidir. Bu bizim başımızın tacı, qəhrəman şəhidlərimizin qisasını yerdə qoymayan, tarixi torpaqlarımızı işğaldan azad edən, ürəyimizdə əsrlər boyu yara bağlayan üzərimizdəki qara ləkəni silən, millətimizin əzəmətini, böyüklüyünü bir daha dünyada təsdiq edən yenilməz sərkərdəmiz Ali Baş Komandan cənab İlham Əliyevə və müzəffər Ordumuza edilən güvənc, verilən qiymətdir. Unutmayaq ki, bu möhtəşəm, ümumxalq birliyimiz bütün düşmənlərimizin yuxusuna haram qatıbdır. Bu birliyin, qələbəmizin lideri Prezident cənab İlham Əliyev dünya siyasətində əsas simalardan biridir. Vətən onunla güclüdür! Onu erməni faşizminin qara təbliğatından qorumaq Vətəni qorumaq deməkdir. Ermənilik bu gün faşizmdən daha təhlükəlidir. Bu gün Dünya “Covid-19”dan çox, erməni “virusu”ndan qorunmalıdır!... 

Erməni riyakarlığı bütün dünyanı iflic edib, cana doydurub. Erməni şairi Eğişe Çarens haqlı olaraq yazırdı ki, “bizdə riyakarlıq ana bətnində yaranır”. Həqiqətən də belədir. Belə olmasaydı, ayrı-ayrı dövrlərdə, ayrı-ayrı insanlar eyni bu fikirdə olmazdılar. Tarixə nəzər salsaq, görərik ki, dahi filosofların, böyük mütəfəkkirlərin əsərlərində ermənilərin riyakarlığı, satqınlığı haqqında fikirlər qırmızı xətlə keçir. Bu gün riyakar erməni Katalikosunun cadusu ilə sehrlənmiş qüvvələr bütün təbliğat maşınlarını işə  salmışlar, uduza-uduza özləri haqqıda qəhrəman obrazı, yenilməz ordu mifi yaradaraq, özlərindən “mələk” düzəldərək, bizim haqqımızda pis fikirlər yaratmağa çalışırlar. Ona görə də ayıq olmalı, çeviklik göstərib ermənilərin “feyk” təbliğatlarını ifşa etməli, özümüzdə nöqsan axtarmamalıyıq. Bu gün Azərbaycanda tarixi qələbəmizdə nöqsan axtaran “vətənpərvər”lər Ermənistanda bu qələbədən narazı qalıb iğtişaşlar törədən ermənilərdən heç də fərqlənmirlər. Başqa cür bunu necə başa düşək?!, Gəlin, erməni təbliğatına uymayaq, biz birlikdə güclüyük!

Yaşasın Azərbaycanın əvəzedilməz Prezidenti, yenilməz sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyev!

Yaşasın müzəffər Azərbaycan Ordumuz, yaşasın Azərbaycan! 

Qarabağ Azərbaycandır!




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Həsən Şirinov