USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qazanılan ZƏFƏRə gölgə salmayaq - MÖVQE


https://img.baki-baku.az/news/2020/11/photo_1710.jpg
  Mətanət Ağamirova                                                ____________________________________   Nə istəyirdik? Qarabağın işğaldan azad olunmasını? Buyurun. Proses həll olundu. Madrid prinsipi ilə razılaşmayan erməni bu gün mövcud şərtlə Qarabağı məcburən tərk edir.   İndi nədən narazılıq edirik?   Rusiya sülhməramlı qüvvələrinin bölgəyə gəlməsinə? Nə düşünürdünüz? Sülhməramlılar olmadan Xankəndində ermənilərin, Şuşada və başqa rayonlarda azərbaycanlıların birgə yaşamasını mümkün sayır və baş verəcəklərə dünyanın göz yumacağınımı düşünürsünüz? Etiraz edənlərə haqlı olaraq sual ünvanlana bilər. Müharibənin ilk günündən Ali Baş Komandan şərtləri açıqladı ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxsınlar, o halda erməni mülki əhalisi gəlib doğulduğu torpaqlarda Azərbaycan qanunvericiliyi əsasında yaşamaq hüququndan istifadə edə  bilər. Bu çağırış 44 günlük müharibədə hər gün səsləndi. Etiraz edən oldumu? Yox!    Yəni cənab Prezidentin fikrini hamı dəstəklədi. İndi Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə müxtəlif don geyindirməyə çalışanlar nəyə nail olmaq istəyirlər? Bunu edənlər Vətən müharibəsi günlərində harda idilər?  Oğlunu, qardaşını, əzizini səngərə göndərdimi? Kompyuter qarşısında oturub "Allah rəhmət eləsin" demək çətin deyil. Çətinlik şəhid olmaq, torpaq uğrunda qurban vermək, səngərdə yağışda-şaxtada erməni ilə üz-üzə qalmaq, əlil olmaqdır, əziz dostlar!   Hər iki dövlətdə və bölgədə rus dilinin anlaşılmasına görə sülhməramlıların yerləşdirilməsi politoloqların versiyasıdır. Türkiyə isə öz əsgərlərinin sülhməramlılara nəzarət mərkəzində təmsil olunmasını təmin edib. Sülhməramlıların funksiyası millətlərarası nifaqın qarşısının alınmasıdır. Göstərilən 5 il adaptasiya dövrü kimi nəzərdə tutulur. Gerisi artıq bizim məsuliyyətdir, erməni qızlarını alıb gəlin edərək, qohumlaşaraq ipi əldən verərik-vermərik, bunu gələcək göstərəcək.    Qazanılan ZƏFƏRƏ kölgə salmayaq lütfən!  Əldə olunanları kimsə hədiyyə etmədi, qan bahasına işğaldan azad etdiyimiz ərazilərimiz bu gün özümüzdədir. Son 2 əsrdə itirdiyimiz torpaqlardan geri aldığımız oldumu? Yox! Bu baxımdan işğaldan azad olunmuş torpaqlar tarixi qələbənin nəticəsi kimi qiymətləndirilməlidir. Təbii Rusiya faktoru haqlı olaraq  şübhələr  yarada bilər. Amma artıq Türkiyənin bu məsələdə yer alması daha çox ümidvericidir. Və unutmayaq Azərbaycan 30 il öncəki Azərbaycan deyil!    Allah Azərbaycanımızı qorusun!



Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Mətanət Ağamirli