USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əlimiz tətikdə dayanmağa məhkumuq


https://img.baki-baku.az/news/2020/11/photo_1695.jpg?v=MjAyMC0xMS0xMSAxMjo0MDoxNg==

Qarabağda 44 günlük müharibəni qələbə ilə başa vurduq. 2-ci Qarabağ savaşı tariximizin şanlı, hərb tariximizin fəxarət dolu səhifəsidir. Düşməni sarsıtdıq. Onu təslim olmağa vadar etdik. İllərin erməni mifini darmadağın etdik. Döyüşdə olmayan ermənilər Yerevanda oturub ağızlarına gələni danışa bilərlər. Necə ki, bizdəkilər qəşəng-qəşəng danışır... Ancaq səngərlərdəki dığalar necə böyük cəhənnəm yaşadıqlarının fərqindədirlər. Bəxti gətirib sağ qalanlarının bu mənada danışmaq, söyləmək üçün çox sözləri olacaq. 

Ermənilər Azərbaycanın gücünü gördülər. Gördülər ki, qarşılarındakı Ordu ilə baş edə bilməyəcək qədər acizdirlər. Bu hissin rüsvayçılığını yaşamaq ağırdır. Hər bir erməni öz həyatında bu ağırlığı dadacaq. Hər zaman torpaq almağa adət etmiş bir yırtıcı sürü torpaqdan qovulan çaqqala çevriləcək, leş olmağın fəlakətilə baş-başa qalacaq. Hələ qoy, işğaldan azad edilmiş kənd və qəsəbələrimizə səpələnmiş, qoxusundan burun tutulan minlərlə meyitləri gedib sahiblərinə çıxsın. O zaman biləcəklər ki, əsl dəhşət nədir. 

Tanınmaz hala düşmüş, qurd-quşa yem olmuş cəmdəklərinin qalıqları ilə baş-başa qalanda əslində nəyin baş verdiyini gözəl anlayacaqlar. Hələ ki, hazırda yoxa çıxmış “gopoloq” Artsun Ovannisyanın və hərb məsələsindəki reallıqları tumanının rezini kimi uzatmaqla fantaziya quran Şuşan Stepanyanın facebook statuslarının təsiri altındadırlar. Sıravi erməninin Azərbaycan xüsusi təyinatlısının Şuşanı tapança və bıçaqla “təmizləməsi”nin qorxunc mənzərəsindən Paşinyan administrasiyasının yalançı simasızlarının sifətlərinə buraxacaq lopa tüpürcək borcu var.

Bəli Ordumuz cəmi 44 gün içərisində öz resurslarından çox da istifadə etmədən Ermənistanı darmadağın etdi. Əsas olan da budur. Dağlıq Qarabağda Rusiya sülhməramlısı varlığı isə başa düşdüyümüz klassik rus varlığı anlamına gəlməməlidir. Çünki Rusiya hakimiyyəti əvvəlki ovqatda deyil. Bu mənzərənin geosiyasi reallıqları da var. Azərbaycan da o reallıqların içərisindədir. Özü də daha güclü şəkildə. Regionda bu reallıqları saya salmayacaq, hər zaman xəyanət yolu tuta biləcək bir Ermənistan xəstəliyi də var. Bunu biz də, Rusiya da, Türkiyə də, hətta İran çox yaxşı dərk edir. Elə bilməyin ki, Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlməsinə könül xoşluğu ilə razı olub. Nəzərə alaq ki, Paşinyan bölgəyə qoyulmuş Soros bombasıdır...

Ötən 28 ildə topladığımız güclə tarixdə dönüş etdik. Heç vaxt Ermənistan o torpaqları bizə sülh yolu ilə verməyəcəkdi və öz xoşu ilə vermədi. Müharibə etdik, qan tökdük, can aldıq, can verdik, güclü olduq və geri qaytardıq. Ermənistanda bundan sonra nələrin baş verəcəyi öz yerində, bizim hazırda qarşımızda duran başlıca vəzifə daha da güclənməkdir. Ermənistanda heç vaxt hakimiyyətə mütərəqqi qüvvə gəlməyəcək. İndi qorxaq, məzlum duruma düşmüş çaqqallar fürsət düşən kimi üstümüzə düşmək üçün cəsarətlənəcəklər. 

Qarabağ məsələsinə münasibətdə həmrəyliyimiz bundan sonra da mütləqdir. Dövlətimizə, Prezidentimizə inamımız və bütövlüyümüz şərtdir. O Prezidentə ki, hakimiyyətdə olduğu müddətdə Qarabağ probleminə daim qürur məsələsi kimi yanaşdı. Ən ölmüş ümüdləri belə dirçəldən cənab İlham Əliyev oldu. Neçə illər ərzində bu günkü günümüz üçün güclü və kifayət qədər etibarlı zəmin hazırladı. O, ötən 17 ildə ölkəmizin mövqeyini möhkəmləndirdi. Bu gün biz dövlət başçısının prinsipiallığının, qətiyyətiyyətinin QƏLƏBƏ mükafatının sevincini yaşayırıq.  

Sonda bir daha vurğulamaq istərdim, bizim üçün müharibə bitməyib və bitməyəcək də. Nə qədər ki, qonşuluğumuzda erməni deyilən məxluq var, biz güclü, daim əlimiz tətikdə dayanmağa sadəcə məhkumuq. Bu məhkumluqla yaşamağı öyrənməli, arxayınlaşmamalı, heç nəyi unutmamalıyıq.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əvəz RÜSTƏMOV