USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ali Baş Komandanımız - bizim Levitanımız!


https://img.baki-baku.az/news/2020/11/photo_1614.jpg

Bu gün dünya bizi yenidən tanıdı. Özü də başqa biçimdə, qiyafədə. Bu gün Prezident cənab İlham Əliyev dövlət xadimi, cəsarətli lider, əyilməz, məğlubedilməz Ali Baş Komandan kimi müdriklik, məğrurluq, alicənablıq nümunəsinə, Avropa qiyafəli, Şərq təfəkkürlü müsəlman türkünün simvoluna dönüb. Analitik təfəkkürü, intellektual potensialı, siyasi xarizması, sərkərdə-xaqan ucalığı ilə Odlar Yurdu Azərbaycanın Bayrağına, Bayraqdarına, Azadlıq Carçısına, Əbədiyyət Günəşinə, nur, işıq, sevinc, səadət bəlgəsinə, xoş müqəddəsinə, ümid, inam, etibar rəmzinə dönüb!

Vətən müharibəsinin bir qalibi olur: Haqqın yanında olan və Haqq yanında olan. Biz bu gün Haqq savaşındayıq. Haqlıyıq. Haqq yanımızdadır! Müharibə başlayandan düşünürdüm: Levitanımız kim olacaq? Kim torpaqlarımızı işğaldan azad olunması xəbərini xalqa çatdıracaq? Zaman öz sözünü dedi. Çox gözlətmədi. 30 ilin intizarına son qoyan, “Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır! Eşq olsun müzəffər Azərbaycan Ordusuna!” nidası ilə tarix yaradan, o tarixin altun səhifələrinə Qüdrətli Sərkərdə ən yeni Azərbaycanın Memarı – Lideri kəlamlarını yazan Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyev Levitanımız oldu!

İkinci Dünya müharibəsi kapitalizmlə sosializmin, iki siyasi formasiyanın, çoxsaylı xalqların savaşı idi. Sonda ədalət zəfər çaldı. Haqlı qalib oldu. Mozdoka, Stalinqrada, Moskvaya qədər gələn faşist hərbi birləşmələrinə sovet xalqlarının Birlik, Bütövlük, Vətənpərvərlik dərsi verildi. Azərbaycan insanı, qəhrəman Bakı müdhiş müharibənin taleyinin həll olunmasında mühüm amilə çevrildi. Xəzər hövzəsi, Bakı nefti, akademik Yusif Məmmədəliyevin “Neftin oktan ədədi” nəzəriyyəsi, “Molotov kokteyli”, 600 min qəhrəman Azərbaycanlının səngərlərə tökülən qanı düşməni gəldiyi yerə qədər qovmaqda SSRİ rəhbərliyi üçün sütun oldu. Stalinin, Jukovun, Molotovun əks hücum planı, Levitanın bir orduya bərabər səsi ilə düşmən lərzəyə gəldi.

İkinci Qarabağ savaşı, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin əks hücum strategiyası, diplomatik gedişləri, siyasi hazırlığı, müdrikliyi, məğrurluğu, dönməzliyi, cəsarəti, ləyaqəti qorxmaz bir Liderə sahib olan Azərbaycan xalqını qələbədən qələbəyə aparır. Ali Baş Komandanımızın qətiyyəti, iradəsi, qələbə əzmi, əyilməzliyi ilə bu ağır, dar günlərdə təkcə xalqımızın inam, etibar rəmzinə çevrilmir, O, həm də yüz illərdir formalaşan Böyük Ermənistan Xülyasını məhv edir. “Qüdrətli Ermənistan Ordusu” mifini dağıdır, silib-süpürür. Qarabağa 207 ildir köçürülən “Gülüstan”, “Türkmənçay” müqavilələrindən sonra kürəyimizə saplanan erməni-daşnak xəncərini sıyırıb atır. Bu torpaqların milli-mənəvi dəyərləri üzərində özünə “tarix yaradan”, təkcə xristian olduğuna görə haqqımıza asi çıxan ermənilərə tarix dərsi verilir: “Ya gəlin, bizimlə birlikdə adam kimi yaşayın, ya da səhf yolda olduğunuzu boynunuza alın. Bilin ki, bu torpaqlar bizim tarixi torpaqlarımızdır. Heç bir güzəştdən söhbət gedə bilməz! Kimsə bizim iradəmizi qıra bilməz. Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq, Qarabağ Azərbaycandır! Sizə insan kimi yaşamağa nə maneə olur?

Biz qəhrəmanlar yetirən, qəhrəman xalqıq. Metenin, Atillanın, Əmir Teymurun, Osman Qazinin, Sultan Süleymanın, Qazi Bürhanəddinin, Cahanşah Həqiqinin, Şah İsmayıl Xətainin, Qara Yusifin, Uzun Həsənin, Atabəy Məhəmmədin, Şirvanşah İbrahimin, Babəkin, Koroğlunun, Laçınlı Sultan bəyin, yoxdan dövlət quran, bayraq yapan Cümhuriyyət qurucularının, Qazi Mustafa Kamal Paşa Atatürkün, Ulu öndər Heydər Əliyevin, üç dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun, Əhmədiyyə Cəbrayılovun, Mehdi Hüseynzadənin, birinci Qarabağ savaşında tarix yaradan Əliyar Əliyev, Asif Məhərrəmov kimi qəhrəmanların varisləriyik. Biz Vətəni sevməyin də, sevdiyimizi göz bəbəyi kimi qorumağın da yolunu yaxşı bilirik!

Bunun üçün bizim Qüdrətli Ordumuz, güclü iqtisadiyyatımız, bütün kürsülərdə qələbə rəmzi olan diplomatiyamız, ən əsası Birliyimiz, Bütövlüyümüz var! Multikulturalizmin Azərbaycan modeli ilə dünyaya səs salan, sivilizasiyaların, mədəniyyətlərin dialoq məkanına, tolerantlığın, humanizmin ünvanına çevrilən Odlar Yurdu Azərbaycan təkcə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən incilərə sahib deyil, o ümumbəşəri dəyərlərə töhfələr verən dahilərin, dünyanın qan damarları olan bioresursların diyarıdır.

Min illərin Səlib yürüşlərinə, imperiyaların hücumlarına tablayan, ayaqda qalan, dilini, mədəniyyətini, tarixini, adət-ənənələrini, ən əsası milli-mənəvi dəyərlərini qorumağı bacaran, qloballaşan dünyada öz yerini, məqamını qoruyan beynəlxalq forumlara, konfrans və simpoziumlara, olimpiya, mədəniyyət, incəsənət hərəkatına töhfələr verib ev sahibliyi edən Azərbaycan bu gün özü özünə Sahiblik edir.

Qarabağ həqiqətlərinə, ərazilərimizin 20 faizindən çoxunun işğalına, iki milyondan çox qaçqın və məcburi köçkünün problemlərinə, Xocalı dəhşətlərinə susan, daha doğrusu qanımıza susayan dünyaya dərs verir. Birliyin, Bütövlüyün, Qəhrəmanlığın, Vətənpərvərliyin dərsini!

Bir Azərbaycan vətəndaşı kimi çox qürurluyam. Belə bir Liderə sahib olduğumuza, belə bir xalq olduğumuza görə. Sanki 1988-ci ilin meydan hərəkatıdır. Xalq əbədi İstiqlala, Azadlığa qovuşmaq istəyir. Mücadilə, mübarizə edir. Varından, yoxundan keçir. Gəlin, o illəri yada salaq: üç rəngli bayrağımız Lenin Meydanında dalğalanır, yüz minlərlə insan Xəzər dənizi kimi çalxalanır. Sovet qoşunları 20 Yanvar faciəsini törədir. Xalq düz bildiyi, Haqq bildiyi yoldan dönmür. Ölümü ilə Ölümsüzlüyə qovuşur. O dəhşətli günlərdə Ulu Öndərimizin ölümü gözə alaraq cənab İlham Əliyevlə Moskvadakı nümayəndəliyimizə gəlişi, partiya biletindən imtina etməsi Lider-Xalq Birliyinin, Bütövlüyünün, Qeyrətinin, Cəsarətinin, Ləyaqətinin, İradəsinin simvolu idi. Xalq Bakıda, Ulu Öndərimiz və varisi Moskvada Sovet rejiminə, şovinizmə yox deyirdi. Necə ki, 30 illik intizardan sonra Ali Baş Komandanımız dünyaya “Yox!” dedi. “Azərbaycan bu vəziyyətlə barışa bilməz!” söylədi. Bayrağımız Ruh zirvəsində, Murov zirvəsində, Talış zirvəsində, Suqovuşanda, Xudafərin körpüsündə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda dalğalandı. Qısa müddətə Müzəffər Ordumuzun zəfər yürüşü, Müzəffər Ali Baş Komandanımızın əks hücum həmləsi ilə Laçın dəhlizində, Kəlbəcərdə, Şuşada, Ağdamda, Ağdərədə, Xankəndində, Xocalıda dalğalanacaq!

Cəbrayılın işğaldan azad olunması ilə Xudafərin körpüsünə, Güney Azərbaycana, Zəngilanın yağılardan xilası ilə yerüstü yolları bağlanan Naxçıvana yollar görünür. 90-cı illərdə düşmən bizi sözün əsl mənasında iqtisadi, siyasi, hərbi baxımdan blokadaya almışdı. İnformasiya müharibəsi ilə üzləşmişdik.

Bu gün tarixin təkəri, fələyin çarxı tərsinə, daha doğrusu həqiqətə doğru dönüb. O taylı-bu taylı Azərbaycanın 28 ildir Xudafərin körpüsündə kürəyinə xəncər kimi sancılan erməni bayrağı sökülüb, yerində o torpaqların tarixi sakinlərinin özgürlük rəmzi aylı-ulduzlu, üç rəngli bayrağımız dalğalanır. Zəngilanın Mincivan qəsəbəsinin işğaldan azad olunması ilə Naxçıvana ənənəvi dəmiryolu xətti işə düşəcək. Naxçıvanımız blokadadan xilas olacaq! Paşinyanın başıpozuq siyasəti ilə Dağlıq Qarabağda iflasa uğrayan Ermənistan indi artıq özü blokadadadı. Dağlıq Qarabağ üzük qaşı kimi mühasirədədir. “Ya gəlib onlar adam kimi bizimlə birgə yaşayacaqlar, ya da onları iti qovan kimi qavacağıq. Bəsdir daha!”

Laçın dəhlizindən sonra Ermənistan daha Şuşaya, Dağlıq Qarabağa silah-sursat, hərbi texnika gətirə bilməyəcək! Azərbaycan Ordusu onların başını əzəcək! Mütləq əzəcək!

Bu gün Qarabağda tarix yazırıq! Bu tarixin memarı Ulu Öndərimizin varisi, Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Heydər Əliyevdən bizə memarı olduğu müasir Azərbaycan kimi qüdrətli, inkişaf etmiş bir ölkə, sözün həqiqi mənasında çiçəklənən Azərbaycan qaldı. Biz onu Ulu öndərin əsəri hesab edirik. Amma, zaman sübut etdi ki, hər bir Azərbaycanlının ürəyində döyünən, şah damarına dönən, səlib yürüşlərindən, hücum və istiladan, repressiyalardan, müharibələrdən keçən Azərbaycanın, onun Memarının Şah əsəri məhz Ali Baş Komandanımız – möhtərəm Prezidentimizdir!

Biz Vətənə Ana Vətən demişik. Ataya, qardaşa, ərə, oğula, düşmən çəpəri kimi baxmışıq. Onların varlığı ilə qürur duymuşuq. Ali Baş Komandanımız bu gün bizim qürurumuz, vüqarımız, ata, qardaş, oğul, ər, ən əsası Sərkərdə - Xaqan Ucalığımızdır! Bizi yenilməz edən, dünyanın gözündə ucaldan da, məhz onun Əyilməzliyi, Mərdliyi, Məğrurluğudur!

Bu gün Ali Baş Komandanımız tarix yazır və düşmənə tarixi dərs verir. “Gülüstan”, “Türkmənçay” müqavilələrində beli qırılan, yaddaşımızın 10 yüz ilinə şahidlik edən Xudafərin körpüsündə üç rəngli, hilallı, ulduzlu bayrağımız dalğalanır! Bayrağımız bir-bir işğal olunan şəhərlərimizdə dalğalanır. Bu gün sabaha Laçında, Kəlbəcərdə, Şuşada dalğalanacaq. Düşmənlərimizin tifaqı dağılacaq, İrəvanda, İrəvan qalasında özgə torpaqlarda at oynadan yağının bağrı yarılacaq.

Ötən əsrin 18-ci illərində generalımız, ilk müdafiə nazirimiz qüdrətli Səməd bəy Mehmandarov qısa müddətə 30 minlik ordu qurdu. Onun 20 minini götürüb Qarabağa erməni daşnakları ilə savaşa yollandı. Bakıda qalan 10 minlik milli qvardiyanın üzərini daşnakları dəstəkləyən 70 minlik ordusu ilə imperialistlər gəldi. Bakı, Gəncə, Şamaxı, Qarabağ, Quba, Lənkəran, Naxçıvan, Borçalının Loru nahiyəsi, Ağbaba – Şörəyel, Pəmbək mahalı, ümumiyyətlə bütün Azərbaycan şəhid qanına boyandı. Xalqımız ölmədi, ölümsüzlüyə qovuşdu. İstiqlala nail oldu. “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə Dövlət qurdu. Qafqaz İslam Ordusu, Nuru Paşanın, Xəlil Paşanın, Kazım Qarabəkir Paşanın cəngavərləri tarix yaratdı.

Bu gün Azərbaycanın hər guşəsində, hər bir evində, hücrəsində, ən əsası qəlbində, ürəyində “Bir millət, iki dövlət” nidası ilə iki hilallı, ulduzlu bayraq ucalır. Bu bizim ən böyük sərvətimiz, səadətimiz, Tanrıdan tale payımız, alın yazımız qismətimizdir. ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayzenin bir fikrini heç unuda bilmirəm: “Hansı ölkədə problem beynəlxalq vəziyyətlə düzəlib?” Doğru deyir. Yaşadığımız 28 ilin dəhşətləri bunu bir daha sübut etdi ki, “türkün türkdən özgə dostu yox.”

Eşq olsun, Azərbaycan Ordusuna! Eşq olsun, Millət, Məmləkət, Vətən sevgimizə! Eşq olsun, Xalq-Dövlət, Xalq-Lider birliyinə!

Bu gün dünya bizi yenidən tanıdı. Özü də başqa biçimdə, qiyafədə. Bu gün Prezident cənab İlham Əliyev dövlət xadimi, cəsarətli lider, əyilməz, məğlubedilməz Ali Baş Komandan kimi müdriklik, məğrurluq, alicənablıq nümunəsinə, Avropa qiyafəli, Şərq təfəkkürlü müsəlman türkünün simvoluna dönüb. Analitik təfəkkürü, intellektual potensialı, siyasi xarizması, sərkərdə-xaqan ucalığı ilə Odlar Yurdu Azərbaycanın Bayrağına, Bayraqdarına, Azadlıq Carçısına, Əbədiyyət Günəşinə, nur, işıq, sevinc, səadət bəlgəsinə, xoş müqəddəsinə, ümid, inam, etibar rəmzinə dönüb!

Ulu Öndərimizin məkanı cənnət olsun. Dünən uzaqgörənliklə söylədikləri gerçəyə çevrilib: “Mən İlham Əliyevə özüm qədər inanıram!”, “Azərbaycanın taleyi etibarlı əllərdədir!”

Eşq olsun, Azərbaycanımıza! Duruşu, yerişi, nitqi, mədəniyyəti, səsi, nəfəsi ilə belə düşmənə göz dağı olan Ali Baş Komandanımıza – cəsarəti, ləyaqəti, qeyrəti ilə tarix yazan Yaddaş Memarımıza,  qələbə müjdəli Levitanımıza!




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Şərəf Cəlilli