USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Amnesty İnternational" və "Human Rights Watch"ın Bərdənin qadağan edilmiş raketlərlə vurulması faktını təsdiqləməsi əhəmiyyətlidir


https://img.baki-baku.az/news/2020/10/photo_1601.jpg?v=MjAyMC0xMC0zMCAxNTozOTowNQ==

"Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarının ekspertlərinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun qadağan edilmiş kaset tipli raketlərlə vurulması faktını təsdiqləməsi əhəmiyyətlidir və bu, Ermənistanın müharibə cinayətləri törətdiyi faktının hüquqi müstəvidə təqib olunması üçün tərəfsiz mənbə rolunu oynaya bilər". Bu fikirləri özünün facebook səhifəsində siyasi ekspert, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli paylaşıb.

"Lakin hər iki təşkilatın bəyanatlarında yer alan bir məqama diqqət çəkməyi vacib hesab edirəm. Sənədlərdə mülki əhalinin qadağan olunmuş kasset tipli silahlarla atəşə tutulmasının yolverilməzliyi vurğulanır. Belə anlaşılır ki, mülki əhali qadağan olunmamış silah növlərindən atəşə tutula bilər. 

E.Mirzəbəyli eyni zamanda bunları bildirib:

“Müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il avqustun 12-də qəbul edilmiş Cenevrə konvensiyasının tələblərinə əsasən, nəinki mülki əhalinin, hətta döyüş əməliyyatlarında iştirak etməyən silahsız hərbçilərin belə hədəfə alınması qadağan olunur. Bu baxımdan, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini təkcə kaset tipli silah-sursatdan yox, adi silahlardan da atəşə tutanda Konvensiyanın və təbii ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş və müharibə cinayəti törətmiş olur. 

Hesab edirəm ki, adıçəkilən təşkilatlar bəyanat və açıqlamalarında daha dəqiq olmalıdırlar. Beynəlxalq humanitar hüququn əsas və əhəmiyyətli hissələrindən biri olan, 2008-ci ildə Dublində qəbul edilmiş “Kaset tipli silah-sursatlar haqqında” Konvensiya sənədə qoşulub-qoşulmamasından asılı olmayaraq, beynəlxalq birliyin üzvü olan bütün dövlətlərə belə silah-sursatdan istifadəni qadağan edir. 

Konvensiyaya əsasən, sənədin qüvvəyə mindiyi gündən başlayaraq ən geci 8 il müddətində bütün dövlətlər silahlı qüvvələrinin arsenalında olan kaset tipli silah-sursatları məhv etməliydilər. Konvensiyanın qəbul edildiyi tarixdən də bəlli olduğu kimi, bu müddət 2016-cı ildə başa çatıb. Konvensiya imzalandığı gündən isə belə silah-sursatlardan istifadə və onların satışı məlum olduğu kimi, qadağan edilib. Bu baxımdan, Ermənistan hakimiyyəti təkcə kaset tipli silah-sursatı tətbiq etdiyinə görə deyil, həm də sözügedən konvensiyaya əməl etmədiyinə görə məsluliyyət daşıyır".




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil