USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İbrət dərsi


https://img.baki-baku.az/news/2020/10/photo_1594.jpg

Ənvər MƏŞƏDİYEV,
"Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

                                            _________________________________________

Azərbaycan Respublikasının Prezidenti, dərin məntiqli diplomat, məharətli natiq, görkəmli siyasətçi, möhtəşəm sərkərdə, inamlı ölkə rəhbəri, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı möhtərəm İlham Əliyev saxta Ermənistanın baş naziri, erməni quldur dəstəsinə kortəbii rəhbərlik edən təlxək Nikol Paşinyana ibrət dərsi keçir.

Azərbaycan dilinin izahlı lüğətində dərs sözünün müxtəlif mənaları verilmişdir. Bu sözün “öyrətmə” məfhumu ilə yanaşı “ibrət götürmək”, “tənbeh”, “cəza” kimi və s. məcazi mənaları da qeyd edilmişdir. Bəri başdan deyək ki, N.Paşinyan öz cəzasını alır.

İkinci Qarabağ müharibəsi başlayandan və ondan qabaq N.Paşinyan haqq yoluna dəvət olunmuş, erməni quldur hərbi birləşmələrinin işğal olunmuş əzəli, tarixi ərazilərimizdən çıxarılması tələb edilmişdir. Lakin xarici havadarlarına bel bağlayan, ağıldankəm Paşinyan öz xəstə təxəyyülünə sadiq qalaraq bu il sentyabrın 27-də Ermənistanın faşist hərbi birləşmələrinə mülki insanlarımızın yaşadıqları əraziləri atəşə tutmağı göstəriş verib. Mənfur düşmən indi də beynəlxalq hüquqa zidd olan terror hərəkətlərini davam etdirir, qanlı cinayətlər törədirlər. Qürurla qeyd etməliyik ki, ötən bir ay ərzində ordumuz kifayət qədər ərazimizi işğaldan azad etmişdir. Otuz illlik yaramıza bir ay müddətində, necə deyərlər, məlhəm qoyulmuşdur.

Ölkə Prezidentimiz İlham Əliyevin inamlı qərarı ilə cəsarətli ordumuz otuz il işğal altında olan torpaqlarımızın böyük hissəsini erməni vandallarından azad etmiş, öz xilaskarlıq missiyasını uğurla yerinə yetirir. Cəbhə bölgələrindən gələn qələbə müjdələri Azərbaycan xalqını Prezidentimiz, Ordumuz ətrafında monolit, yumruq kimi möhkəm birləşməyə sövq etmişdir.

Bəli Ordumuz Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin hərbi intizamlı, inamlı, iradəli və qətiyyətli rəhbərliyi altında həyata keçirdiyi düzgün və planlı tədbirlər nəticəsində erməni tapdağı altında olan Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı rayonlarının onlarca kənd və qəsəbələri azad etmişdir.

Azad olunmuş kənd və qəsəbələrimizin adlarını, ordumuzun uğurlu qələbəsi barədə xoş xəbərləri möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin şəxsən öz dilindən eşitmək hər bir Azərbaycan vətəndaşını, dünya azərbaycanlılarını ruhlandırır, onların böyük sevincinə səbəb olur. Xalqımız bu sevinci onlara bəxş edən Prezidentimizə, Ali baş Komandanımıza dərin təşəkkürlərini bildirir, onun hər bir nitqini, müraciətini, müxtəlif ölkələrin kütləvi informasiya vasitələrinin, televiziya kanallarının nümayəndələrinə, o cümlədən ermənipərəst dövlətlərin Azərbaycana qarşı köklənmiş jurnalistlərinə verdiyi müsahibələrini çox diqqətlə izləyir. Hamı Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin xarici jurnalistlərin suallarına ətraflı, dolğun, məntiqli şəkildə, mövcud tarixi xırdalayaraq həqiqəti bütün dünyaya, jurnalistikaya xas olmayan birtərəfli mövqe tutan çılğın, respublikamızın əleyhinə köklənmiş müxbirlərin, onların təmsil etdikləri ölkələrin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırdığını alqışlayır, onun ziyalılığından, mətinliyindən, natiqliyindən, ən əsası isə fenomenal biliyə, yaddaşa malik olmasından qürur hissi keçirir.

Möhtərəm Prezidentimizin müsahibələrini dinləyərkən adam bəzən axıradək ayaqüstə tərpənmədən qulaq asır. Onun mükəmməl tarixi faktlara söykənən, real vəziyyəti əks etdirən dolğun cavabları, səlis nitqi sanki adamı dağlara qaldırır. Adam belə dahinin rəhbərlik etdiyi ölkənin vətəndaşı olduğu üçün fəxarət hissi keçirir. Respublikamıza qarşı köklənmiş amerikalı jurnalistin təxribat xarakterli hər bir sualına dərhal real faktlara əsaslanaraq çox təmkinlə, mükəmməl, savadlı cavab verməsi nəinki təkcə ibliscəsinə suallar verən jurnalistə, eyni zamanda okeanın o tayındakı ermənipərəstlərə və Azərbaycanın uğurlarına qısqanclıq edən hər kəsə usta şilləsidir. Həmin sualların hamısı məkrli niyyətlər əsasında hazırlanmışdır və onlara cənab Prezident, Ali Baş Komandan İlham Əliyev kəsərli cavab vermişdir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti, Ali Baş Komandan oktyabrın 26-da xalqımıza müraciəti zamanı amerikalı jurnalistin verdiyi hiyləgər sualları yada salaraq dedi: “Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla”.

Əlbəttə, bu, kökdən gələn mədəniyyət, əsil-nəcabət timsalıdır, humanistlik, ləyaqət və insanlıq təcəssümüdür.

Yeni şanlı tariximizi yazan İlham Əliyev dahidir. O, ilahi zəkaya malikdir. Adam bilmir ki, onun fəaliyyətinin hansı istiqamətinə üstünlük versin – siyasi mövqeyinəmi, idarəçilik qabiliyyətinəmi, sosial-iqtisadi uğurlarınamı, diplomatik gedişinəmi, yoxsa hərbi sərkərdə istedadınamı. Çünki, möhtərəm Prezidentimiz bu sahələrin hər birinə eyni münasibət, eyni qayğı göstərir.

Azərbaycan vətəndaşlarının, hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüş meydanında da, informasiya müharibəsində də düşmənə ibrət dərsi keçir. Amma bunu qulaqlarına sırğa etməyən xəstə təxəyyüllü Nikol Paşinyan dağıdıcı əməllərindən, vəhşiliyindən əl çəkmək istəmir, öz millətini qırğına verməkdə, uçuruma sürükləməkdə, mülki əhalimizə ağır hərbi texnikadan atəş açmaqda davam edir. O, oktyabr ayı ərzində iki dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mülki əhalisini vəhşicəsinə atəşə tutdurduqdan, xeyli dinc əhalini qətlə yetirtdikdən sonra qədim Bərdə şəhərini bombardıman etdirmişdir. Təkcə, Bərdədə oktyabrın 28-də törədilən terror aktı nəticəsində 21 nəfər dinc sakin qətlə yetirilmiş, 70-dən çox insan yaralanmışdır.

İnşaallah, Azərbaycan Respublikasının Prezidenti, mahir sərkərdə, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, sistemli fəaliyyəti, zəngin diplomatik təcrübəsi, siyasi gücü nəticəsində, müdrik rəhbərliyi altında rəşadətli Ordumuz işğal altında olan müqəddəs torpaqlarımızı tam olaraq düşmən tapdağından azad edəcək, faşist erməniləri hinlərinə qədər qovacaqdır.

Allah-taala əziz Prezidentimiz, görkəmli sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevi, şücaətli Ordumuzu qorusun!

Yaşasın Azərbaycan!

Yaşasın qüdrətli Azərbaycan Ordusu!




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Ənvər Məşədiyev