USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ruhu, varlığı "Qarabağ Azərbaycandır" deyən xalq


https://img.baki-baku.az/news/2020/10/photo_1593.jpg?v=MjAyMC0xMC0yOSAxNDoyNToxMQ==

Ərazi bütövlüyümüzü bərpa etmək yolundayıq. Biz bunun üçün Vətən müharibəsi aparırıq. Bu müharibədə ölmək də, öldürmək də haqdır. Qələbə sevincimiz olduğu kimi, acı və üzüntülərimiz də var. Dünən Gəncəni, bu gün Bərdəni bombalayıblar. Sabah bir başqa bölgəmizə də raket tuşlana bilər. Ermənisidir, rusudur, nə zibilidir, heç fərqi yoxdur. Öyrəşməliyik. Nə qədər çətin olsa da, bunu bacarmalıyıq. Düşmənlərə, elə içimizdəki düşmənlərə və xayinlərə də məhəl qoymamalı, fürsət verməməliyik. İkinci Dünya Müharibəsində 300 min itkimiz olub. İndi də olmasın 300, 400 minimiz, milyonumuz. Olmasın 5, 10, 20 milyardımız. Olmasın göydələnlərimiz, hündür-hündür binalarımız. Onları yenidən tikə bilərik, kiçik evlərdə yaşayarıq. Yenidən doğularıq...

Amma rəzil olmayaq. Bir 30 il də torpağı əlindən alınmış xalq olmayaq. Bunun utancını yaşamayaq. Həm də ona görə ki, növbəti 30 ildən sonra torpaq olmayacaq. Orada yaşamaq istəyən xalq da olmaya bilər. Hər 30-40-50 yüz ildən sonra düşmənin yeni torpağımıza diş qıcamayacağını, övladlarımıza qənim kəsilməyəcəyini bilmək olmaz. Bu gün başlarını əzməli, onları sındırmalı, hər birinə tarix boyu üzləşmədikləri məşəqqətləri yaşatmalıyıq! Bu, həm də əsrlərdir üzərimizdə olan, adına fars, çarizm, sovet imperializmi dediyimiz bir mərəzdən, kabusdan xilas savaşımız olmalıdır. Hər kəsə dərs olmalıdır bu savaşımız. Zəfər qazanmalı, hətta bacarmasaq da ölümümüzlə, yox olmağımızla dərs verməliyik. 

İnanın, unudulur çox şey. Bu xalq unutmayıbsa, bu xalqın Qarabağ görməyən gənci "Qarabağ" deyib özünü güllə, mərmi qabağına verirsə, bu xalq arxasında "Vətən sağ olsun" nidası buraxıb can verməyi bacarırsa, böyük xalqdır. Ruhu, varlığı "Qarabağ Azərbaycandır" deyən xalq!

Qarabağ savaşı bizim yüksəlişimiz, dünyaya yenidən gəlişimiz olmalıdır!

Əvəz Rüstəmov




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Əvəz RÜSTƏMOV