USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyevin real saydığı 2+2 formatı - PRİZMA


https://img.baki-baku.az/news/2020/10/photo_1592.jpg?v=MjAyMC0xMC0yOSAxNDoxNjozOA==

"Ermənistanın bizim regionda sülh və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olduğunu nəzərə alsaq, Prezident İlham Əliyevin "İntetfaksa" dediyi kimi, müharibədən sonra da Türkiyənin Cənubi Qafqazda legitim fəal qüvvə kimi qalması sözügedən təhdidi zərəsizləşdirməyin ideal yoludur". Bunu facebookdakı hesabında politoloq, "Baki xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev yazıb.

A.Quliyev bildirib ki, qardaş Türkiyənin artıq regionumuzda güclü faktor kimi olması Minsk Qrupu ilə yanaşı 2+2 (yəni Azərbaycan-Ermənistan +Türkiyə-Rusiya) barədə İlham Əliyevin istisna etmədiyi formatın reallaşma imkanlarını xeyli asanlaşdırır. "Yəni hərbi fazadan danışıqlar fazasına keçəndən sonra Qarabağ münaqişəsinin həlli ilə yaxşı tanıdığımız Minsk Qrupu da, İlham Əliyevin real saydığı 2+2 formatı da məşqul ola biləcək. Necə deyərlər, yağın çoxluğunun plova ziyanı olmayacaq. Bu formatlardan hansının isə daha real nəticə ortaya qoyacağına sonra baxacağıq", - deyə politoloq vurğulayıb.

A.Quliyev həmçinin bildirib ki, 2+2 formatındakı Türkiyə-Rusiya əməkdaşlıq tandemi münaqişədən sonrakı on illər boyunca Ermənistanın mümkün yeni təcavüzkar planlarını bir çərçivədə saxlayan ən etibarlı mexanizmə çevrilə bilər.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Siyasi təhlil