USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Regiondakı yeni reallığın müəllifi - Ermənistan niyə açıq dəstək ala bilmədi?


https://img.baki-baku.az/news/2020/10/photo_1495.jpg?v=MjAyMC0xMC0yMSAxMzo0NToyMg==

Azərbaycan Ordusunun bu gün cəbhədə imza atdığı, düşməni qısa müddətdə aciz duruma salan qələbələr heç də təsadüfi xarakter daşımır. Bu qələbələr üçün illərdir ki, böyük səbr, təmkinlə, emosiyalara qapılmadan iş aparılıb. 1994-cü ildə əldə olunan atəşkəsdən sonra ötən hər gün məhz indiki qələbəyə xidmət edib. Azərbaycan iqtisadiyyatının güclənməsi və bunun qüdrətli ordunun yaranması ilə tamamlanması üçün dayanmadan gərgin əmək sərf olunub.  Ulu öndər Heydər Əliyev illərə söykənən təcrübəsi, dəmir siyasi iradəsi ilə Azərbaycannın xəritədən silinmək təhlükəsini adladaraq, sıfırdan dövləti, onun iqtisadiyyatını, ordusunu, bütün təsisatlarını qurdu, beynəlxalq transmilli layihələrin təməlini qoydu. Onun bütün addımları məhz indiki dövrə hesablanmışdı. Heydər Əliyev yaxşı bilirdi ki, bünövrəsini qoyduğu neft-qaz layihələri zamanı gələndə Azərbaycana çoxlu varidat qazandıracaq. Güclənən Azərbaycanın qarşısında isə Ermənistanın duruş gətirməsi mümkün olmayacaq. Bunun üçün ölkədə sabitlik, özündən sonra nəzərdə tutulan bütün planların həyata keçirilməsini təmin edən şəxsə ehtiyac var idi. Zaman göstərdi ki, Heydər Əliyevin siyasi varisi İlham Əliyevə istinad etməsi təsadüfi olmayıb.

İlham Əliyevin zamanında Azərbaycanın artan imkanlarını görüb, dövləti zəiflətmək üçün hər cür təzyiqlərə əl atıldı. Bunun üçün istər daxildə, istər xaricdə müxtəlif planlar qurulsa da, İlham Əliyev bu çirkin oyunların qarşısında duruş gətirə bildi. Üstəlik, ölkəsini daha da qüdrətləndirdi. Azərbaycana neft sərvətindən daxil olan gəlirlərin insanların rifahına yönəldilməsi ilə yanaşı, güclü ordu yaradıldı. Hər cür imkanlara malik ordunun formalaşması bəlkə də işin görünməyən tərəfi idi. Bəzi maraqlı dairələr “neft pulları hara gedir” tipli insanlarda qıcıq yaradan tezisləri ortaya ataraq, insanları hakimiyyətə qarşı çevirməyə çalışırdılar və bəzən istədiklərinə nail olurdular. Çünki sadə insanlar gündən-günə abadlaşan şəhər və rayonların şahidi olsa da, güclü Azərbaycan Ordusunu görmürdülər. İndi isə qarşımızda tam fərqli mənzərədir. 

Bütün ölkə vətəndaşları əyani şəkildə görür ki, illərdir Azərbaycan Ordusunun həm maddi, həm də texniki baxımdan təchizatı üçün nə dərəcədə böyük işlər görülüb, bunun üçün hansı həcmdə vasaitlər xərclənib. İşğal altında olan ərazilərimizin kosmik görüntüləri yayıldıqca, kosmik ölkə olmağımızın, bunun üçün zamanında böyük vəsaitin sərf edilməsinin nəyə hesablandığını da insanlarımızın çoxu indi dərk edir.

Artıq düşmən də etiraf edir ki, Azərbaycan Ordusu çox güclüdür. Yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləri ilə təchiz olunan Azərbaycan Ordusu dünyaya beşinci nəslin müharibəsini nümayiş etdirir. Hazırda ordumuzun gücü dünyanın tanınmış ekspertləri tərəfindən də vurğulanmaqdadır. 
Bugünkü qələbənin kökündə duran digər vacib məqam illərdir diplomatik ustalıqla, təmkinlə beynəlxalq müstəvidə aparılan siyasətdir. Azərbaycanın yürütdüyü düşünülmüş siyasət ona gətirib çıxardı ki, ötən 30 ilə yaxın müddətdə heç bir dövlət, hətta Ermənistan qondarma Dağlıq Qarabağ respublikasını tanımadı. Bütün beynəlxalq təşkilatlar, dünyanın güc mərkəzləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək siyasətindən geri durmadı. BMT, NATO, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı,  Qoşulmama Hərəkatı və s. qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etdi. Bu gün həmin sənədlər öz torpaqlarımızda müharibə aparmaq üçün çox ciddi əsas rolunu oynayır. 

Paralel olaraq rəsmi Bakının Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə kəsişməyən proqramlar həyata keçirməsi, ABŞ və Avropa ölkələri ilə əlaqələrin inkişafı  Azərbaycanı Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas gücə çevirdi. Azərbaycan tədricən regionun geosiyasi mənzərəsini dəyişə bildi. Belə demək mümkünsə, Ermənistanın ənənəvi müttəfiqlərini öz tərəfinə çəkməyi bacardı. 

Özünün xarici siyasətində regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verən Azərbaycan qonşu dövlətlərlə strateji əməkdaşlıq qurdu.  Ölkəmizin həyata vəsiqə qazandırdığı qlobal iqtisadi layihələr və bilavasitə ölkəmizin təşəbbüsü, yaxından iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionın iqtisadi inkişafına, qarşlıqlı səmərəli əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verdi. 
Bununla yanaşı, Azərbaycan heç vaxt qonşularına münasibətdə qlobal güclərin diktəsi ilə oturub durmadı. Həm İran, həm də Rusiyaya qarşı təzyiq və təcrid siyasəti həyata keçirilsə də, bu siyasaətdə iştirakçı olmaqdam imtina etdi.  Müstəqil siyasət yürüdən Azərbaycan bütün cəhdlərə rəğmən nəinki bu siyasətə qoşulmadı, əksinə İran və Rusiya ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini möhkəmləndirdi. 
Gürcüstanla qırılması mümkün olamayan bağlar yaratdı, çətin günündə bu ölkəyə dayaq durdu. Sirr deyil ki, ölkəmizin səyləri nəticəsində gerçəkləşən transmilli layihələr Gürcüstanın inkişafında çox mühüm rol oynadı. Eyni zamanda, qonşu ölkənin təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktora çevrildi.

Bütün bunların nəticəsidir ki, bu gün İran və Rusiyanın düşmənə 1990-cı illərdən bəri olan dəstəyini görmürük. Gürcüstan öz məkanını Ermənistana silah daşımaq üçün bağlayıb. Dünya ölkələri Ermənistanın yanında olmaqdan imtina edir, daha çox neytral mövqe tutulur.

Bu gün bizə dost və qardaş Türkiyənin mənəvi və mövqeyimizi birmənalı dəstəkləyən dəstəyi də təsadüfi deyil. Xatırlatmaq yerinə düşər ki, Əblüfəz Elçibəy müsahibələrinin birində Türkiyədən o zaman 2 vertolyot  istədiyini, amma bu dəstəyin verilmədiyini deyərək, qardaş ölkənin 90-cı illərin əvvəlindəki mövqeyinə işarə vururdu. Bu gün nə görürük? Türkiyə bütün gücü ilə ölkəmizin haqq işini müdafiə edir. Bu, heç də tarixi bağlarımızla, türk dövləti olmağımızla bağlı deyil. Məhz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanla Türkiyə əlaqələrini əsl qardaşlıq müstəvisinə daşıyıb... 
Beləliklə, regondakı mövcud reallıq ondan ibarətdir ki, bir tərəfdə güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malik və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatdıran Azərbaycan, digər tərəfdə isə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan dayanıb. İndi müharibə şəraitində bu mənzərə daha aydın görünür. 

İlham Əliyevin zamanında gerçəkləşdirdiyi siyasətin doğurduğu bu reallıq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün indiki əlverişli imkanları meydana çıxarıb. 

Diqqət ediləsi ən vacib məqamlardan biri də Azərbaycanda heç vaxt bu şəkildə birliyin olmamasıdır. Prezident İlham Əliyev milli lider olaraq Qarabağ savaşı uğrunda xalqı bir nəfər kimi ətrafında birləşdirib. Hakimiyyətin ən qatı əleyhdarlarından tutmuş, xaricdə yaşayan hansısa incik vətəndaşımıza qədər Ali Baş Komandanla bir yerdədir. Bu birliyi ordunun başında dayanan Ali Baş Komandan görür, hiss edir və xalqıqnın yeni tarixini yazaraq qələbələrə imza atır. İlham Əliyev Ali Baş Komandan kimi qələbə xəbərlərini çatdırarkən havaya qaldırdığı yumruqla təkcə qalib olmağın deyil, həm də birliyimizin rəmzini nümayiş etdirir! Bu yumruq Azərbaycan xalqının illərin acı təcrübəsindən nəticə cıxarıb tarixi, müqəddəs torpaqlarımız uğrunda birləşə bilməsinin əyani göztəricisidir!

İndiki möhtəşəm tablonun müəllifi Azərbaycandır. Bu birlik, yuxarıda toxunduğumuz geosiyasi mənzərə daha böyük qələbənin astanasında olduğumuzu vurğulamağa əsas verir.

Elman Babayev




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Elman Babayev