USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tarixin zəfər səhifəsi - 2020


https://img.baki-baku.az/news/2020/10/photo_1435.jpg

Bərdədə, bir qrup ictimaiyyətçi qadınla müharibənin ağrı acısını yaşayan insanlarımızın - yaşlının, qadının, uşağın yanındayıq. Öz vətənində isti yuvasını tərk etmək məcburiyyətində qalan insana təsəlli vermək çətindir.  Amma cəbhə bölgəsindəki müşahidəm düşüncəmin yönünü bir qədər dəyişdi.  Görüşdüyüm, tanıdığım insanlar  hünərləri, əzmləri,  mərdliyi ilə  cinsindən, yaşından asılı olmayaraq hərəsi bir cəngavər, hərəsi bir döyüşçüdür.   Ali Baş Komandanımın torpaqlarımızı işğaldan azad etmək əzmi  və ordumun döyüş əzmi nə qədər yüksəkdirsə,   xalqımın qələbə əzmi,  zəfər əzmi də o qədər yüksəkdir! Bunları  gözdən qaçırmaq,  görməmək, duymamaq mümkün deyil!

1988-ci ildən başlayan və bu günə qədər öz aktuallığını qoruyan   gerçəklik bu ki, erməni terrorçularının dinc əhaliyə istiqamətləndirdiyi  hərbi təcavüz öz torpağımızda bu gün də davam edir. Bu gün düşmən daha da azğın bir formada savaş olmayan, Qarabağ ərazisinə aidiyyatı olmayan torpaqlarımızı hədəfləyir: Gəncə, Xızı, Abşeron, Bərdə, Ağcabədi, Mingəçevir,.. Amma bu hədəf də bizi hədəfimizdən yayındıra bilməz.  Cəbhə xəttinin hər qarışında od-alovla üzbəüz,  məğrurcasına dayanan sakinlərin  əzəməti insanı heyrətləndirir.  Bu insanlar hər şeyə rəğmən  30 ilə qədər işğal altında qalan torpaqların bir an öncə düşmən tapdağından azad olunmasını gözləyir, inanır! Ali Baş Komandan İlham Əliyevə, polad iradəli sərkərdənin uğurlu döyüş strategiyasına güvənir və dəstəkləyirlər.  Bir sözlə eyni amalla birləşən milyonlarla ürək zəfər həyəcanını yaşayır. Tariximizdə yeni bir səhifə açılır - ZƏFƏR səhifəsi! Zəfərin mübarək Azərbaycan!

Mətanət Ağamirova




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Mətanət Ağamirli