USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tarixi ədalət Azərbaycanladır (BAXIŞ)


https://img.baki-baku.az/news/2020/10/photo_1359.jpg?v=MjAyMC0xMC0xMiAxNjoyODozOQ==

Dünyada tüğyan edən məlum pandemiyaya görə 2020-ci il ağır il kimi qəbul olunsa da, Azərbaycan tarixində şanlı bir iz qoydu: 

1. Xalqın qələbə əzmi daha mütəşəkkil formada özünə qaytarıldı;
2. Torpaqlarımızın düşmən tərəfindən işğal olunmasının acısını yaşayan bizlər indi həmin ərazilərin işğaldan azad olunmasının qürurunu, sevincini yaşadıq; 
3. Şəhidlərimizin qismən də olsa,  qisası alındı;
4. Doğma yurdundan uzaqlarda dünyasını dəyişənlərin ruhu şad oldu.

Qazancımız yalnız bunlarla bitmədi. Eyni zamanda hərbi-siyadi uğurlarımızı, xalqımızın aşıb-daşan vətənpərvərlik ruhunu, mübariz-mətin qocalarımızın, gənclərimizin qələbə əzmini, Xalq-Dövlət vəhdətini, Xalq-Ordu qüdrətini, Xalq-Prezident birliyini, hələ böyük Türkiyə-Azərbaycan qardaşlığının təntənəsindən yaşanan coşqunu qeyd etməmək mümkün deyil. 

Sentyabrın 27-də mənfur düşmənin növbəti təxribatı ilə başlayan çatışma rəşadətli ordumuzun müstəsna döyüş taktikaları ilə davam etdi. Cəbhədki ardıcıl uğurlarımızı, qalibiyyət xəbərlərinin sevincini qürurla yaşadıq. Yüksək döyüş qabiliyyətinə malik Azərbaycan ordusu Dağlıq Qarabağ uğrunda başlayan Böyük Vətən Müharibəsinin hazırkı mərhələsində öz sözünü dedi.

Dostlar sevindi, həmrəylik göstərdi. Düşmənlər isə susdu, həm də  öz dərsini almış oldu.

Unutmayaq ki, 2020-ci ildə cəbhə xəttində əldə etdiyimiz qalibiyyət, üstünlük, zəfər sadəcə bu günün uğuru deyil. Bu uğurun kökündə son 17 il ərzində həyata keçirilmiş uğurlu iqtisadi, hərbi, sosial, daxili və xarici siyasət dayanır. Və bu siyasətin məntiqi nəticəsini günümüzdə nəinki Azərbaycan, bütün dünya müşahidə etdi, hesablaşdı.

Bu gün qarşıda Rusiyanın köləsi olaraq işğal etdiyi əraziləri Rusiyasız itirən Ermənistan var. Ermənistan tarixin ədaləti ilə üz-üzədir. Durum gözəl bir deyimi xatırladır: "Özgə işığına göz dikən şamsız qalar!". 

İllərlə apardığımız "Xocalıya ədalət" kampaniyası çərçivəsindəki həqiqət təbliğatını görməzdən gələn dairələr bu gün ermənilərin Azərbaycanın əzəli torpaqlarından çıxmaqdan başqa yolunun qalmadığının fərqindədirlər.  30 illik mübarizə, 30  illik ikili standartlar, 30 illik ədalətsiz beynəlxalq hüquq, 30 illik haqsızlıq, 30 illik zorla cəlb olunduğumuz münaqişə sona yetmək üzrədir.

Tarixi ədalət Azərbaycanladır.

Mətanət Ağamirova




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Mətanət Ağamirli