USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vətən müharibəsi və "urra"sız qələbə


https://img.baki-baku.az/news/2020/10/photo_1348.jpg?v=MjAyMC0xMC0xMiAxODoyNDoxOA==

Müharibənin başlandığı ilk gündən dilimizə düşüb bu ifadə - Vətən müharibəsi. Patriotik səslənir. Ruh verir. Axı Vətən uğrunda mübarizə aparmağın özü böyük qürurdur, fəxrdir. Amma bu mübarizə "urra" söhbəti deyil. Nə də düşünməyək ki, qarşımızdakı yalnız Ermənistandır... 

Biz neft ölkəsiyik. Biz öz düzgün, balanslaşdırılmış siyasətimizlə dünyanı özümüzlə hesablaşmağa vadar edən ölkəyik. Biz qaydalar və prinsiplər müəyyənləşdiririk və onlarla hesablaşmağa məcburdurlar. Xüsusi vurğulayım - məcburdurlar. Bu qaydalar onları razı salmır. Buna görə də ölkəmizdəki hakimiyyəti dəyişməyə, ona təzyiq göstərməyə çalışıblar. Gəlin, görək bu təzyiqlər fayda veribmi? Yox. Azərbaycana çatanda neçə-neçə "ssenarilər", rəngli-rəngsiz inqilablar iflasa uğrayıb. Çünki ölkəmizdə xalq-iqtidar vəhdəti var. Deməli, başqa nə isə düşünmək lazım idi və tapıldı - Dağlıq Qarabağ münaqişəsi. Qərb dünyası məsələnin bizim üçün necə böyük əhəmiyyət daşıdığını, şərəf işi olduğunu gözəl bilir. Buna görə də... 

Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin adamıdır. Qərbin planlaşdırdığı ssenari ilə hamiyyətə gəlmiş biridir. O, hakimiyyət kürsüsünə oturduğu ilk gündən Dağlıq Qarabağ münaqişəsi müstəvisində Azərbaycanı qıcıqlandırmağa çalışdı. Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatı, onun Şuşada yallı getməsi - bütün bunlar Dağlıq Qarabağ münaqişəsini hərbi əməliyyatlar mərhələsinə keçirmək üçün təhriklər idi. Hesablanırdı ki, Azərbaycan danışıqları bir kənara qoyub hücuma başlasın. Biz məsələyə səbrlə yanaşdıq. Belə olduqda Tovuz təxribatına baş vuruldu. Tovuz neft kəmərlərinin keçdiyi bölgədir. Çox güman, oranı ələ keçirməklə Azərbaycana təzyiq gündəmə gətirildi. Bu da alınmadı. Alınmayanda Dağlıq Qarabağ məsələsini alovlandırmaq planı işə salındı. İlk gülləni Ermənistan atmalıydı və atdı.

Ermənistanın məqsədi yeni torpaqların işğalıdır. Qonşuluğunda elə bir ölkə yoxdur ki, ona qarşı ərazi iddiası olmasın. Ümumən  ermənizm deyilən mərəz var. Bu mərəz üçün xarakterik xüsusiyyət yeni torpaqlar əldə etməkdir. Xəstəliyin kuliminasiya nöqtəsi isə dənizdən-dənizə böyük Ermənistan avantürasıdır. Baxın, işğalçılar Bakını tutmaq mesajları verir. Məsələyə boşboğazlıq kimi baxmaq olmaz. Qana susamış erməni terrorizminin ikinci 31 mart soyqırımı törətmək üçün həvəsli olacağı şübhəsizdir. İnanın ki, mütərəqqi dediyimiz Qərb özünün qlobal neft maraqları, yeni və daha sərfəli neft müqavilələri üçün buna səssiz qalar. Necə ki, indi Gəncədə dinc əhaliyə qarşı raket hücumuna münasibətdə səssizdir. Necə ki, 30 ildir davam edən işğala hətta özünün müəyyənləşdirdiyi dəyər və prinsipləri çeynəyərək səssiz qalıb. Əksinə Azərbaycanın işğalına guya məğrur erməni xalqının müqəddəs mübarizəsi donu geydirənlər də tapılacaq...

Bəli, bölgədə marağı olan və erməni kartı üzərində oyun quran yalnız Qərb deyil. Ölkəmizə şimaldan da küləklər əsir. Bu dolaşıq labirintdə Dağlıq Qarabağ münaqişəsi olduqca həssas məsələdir. Bu həssaslığa münasibətimiz böyüklüyümüz olmalıdır. Xalqımızın böyüklüyü. Hər kəs öz işində böyük olmalıdır. 

Bəli, biz xalq olaraq bir, bütöv olmalıyıq. Təxribatlara əsla və əsla uymamalıyıq. Ruhdan düşməməliyik. Dövlətimiz, dövlət başçımız ətrafında sıx birləşməliyik. Qarabağın işğalının yolverilməzliyini prinsip məsələsinə çevirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yolun alternativsizliyini birmənalı qəbul etməliyik. Azərbaycan dövlətinin verdiyi qərarlara hörmətlə yanaşmalıyıq. Əmin olmalıyıq ki, ən doğrusunu bilən, vəziyyəti ən doğru qiymətləndirməyi bacaran dövlət başçımızdır. Cənab İlham Əliyev əbəs yerə bildirmir ki, nəyin, necə, nə vaxt edilməli olduğunu bilən odur. Azərbaycan cəmiyyətinə qalan detallara varmadan ona inanmaqdır. Prezidentimizin prinsipiallığına, əsgərimizin əzminə inamın Vətən müharibəsində bizi qələbəyə daşıyacağı şübhəsizdir.

Qələbə "urra" ilə olmayacaq. Amma bizimlə olacaq! Yetər ki, xalq olaraq buna içdən inanaq!

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əvəz RÜSTƏMOV