USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Anlamamaq azarı

yaxud itirilə biləcək fürsət


https://img.baki-baku.az/news/2024/05/photo_12621.jpg

Dünyanın ən çətin işinin qanmazı qandırmaq olduğu barədə çox eşitmişik. Amma bu işin niyə mümkün olmadığının səbəblərini ağlımız dünyanın gərdişi-rəftarını tam dərk edəndən sonra anladıq. Amma uzun müddət məşhur detektiv Şerlok Holmsun “istənilən çətin vəziyyətdən mütləq bir çıxış yolu var” prinsipinə söykənərək, hətta qanmazı da bir yolla başa salmağın çətin olmadığını düşünürdük. Amma elə deyimiş. Bunu son otuz ildə Azərbaycan xalqı bütün duyğu üzvləri ilə hiss etdi, yaşadı və gələcək nəsillərin də heç vaxt unutmayacağı gerçəyin canlı şahidl oldu. Sağalmaz şovinizm xəstəliyinə yoluxmuş qonşu hayların bizə qarşı islaholunmaz düşmənçiliyini, torpaqlarımızdan “şizofrenikcəsinə” pay ummasını, murdar və bəd əməllərini boynumuza yükləmək həyasızlığını, sülhə gəlməməyin qatır tərsliyini görəndən sonra tam əmin olduq ki, dünyanın ən çətin işinə əncam çəkmək, doğrudan da, hünər və iradə xaricindədir. 

Reallıqla tarixiliyin fərqi

İndi müşküllüyü qədər də ağır olan bu missiyanı yerinə yetirmək Ermə­nistan baş naziri Nikol Paşinyanın qis­mətinə düşüb. Ağır missiyadır, amma onu həyata keçirməkdən başqa seçimi qalmayan Paşinyan üçün bu, həm də “olum–qalım” məsələsinə çevrilib. Bəli, iki əsr boyu batmanla yeridilən azarı misqalla müalicə etmək asan deyil. Bu­rada səbir və təmkinlə yanaşı, eyni za­manda, cəsarət tələb olunur. Paşinyanın qarşısında müharibədə məğlub olmuş, qıcığından “revanş zəncirini” çeynəyən və bu səbəbdən müalicəyə çətin gələn erməni cəmiyyətinin böyük əksəriyyəti durur. 

Ermənistan və Azərbaycan arasında tərəflərin arzuladığı sülhün sərhədlərin delimitasiya və demarkasiyasından keç­diyi artıq heç kəsə sirr deyil. Bunu Ha­yastan isteblişmentinin də qəbul etdiyini səsləndirdikləri bəyanatlardan bilirik. 

“İndi mən böyük əminliklə deyə bilərəm ki, təhlükəsizliyin legitimlikdən daha güclü və effektiv təminatı yoxdur”. Ermənistan parlamentində təşkil olun­muş “hökumət saatı”ndakı çıxışında baş nazir Nikol Paşinyan belə deyib. O, hakim “Mülki müqavilə” partiyasından olan deputatın sərhədlərin delimitasiyası prosesinin hansı xəritələr əsasında apa­rıldığı barədə sualını cavablandırarkən bildirib ki, SSRİ-nin dağılması zamanı “de-yure” mövcud olan sərhədlər təkrar yerinə qaytarılır, yəni yeni sərhəd yara­dılmır. “1988-ci ildə demarkasiya işləri ətrafında çox danışılır. Əvvəla, bir daha vurğulayıram: burada qeyd olunanlar ta­mamlanan işin nə vaxt və necə qüvvəyə minməsidir. Əlimizdəki sənədə görə, bu iş hüquqi prosedurlardan keçmədiyi üçün hələlik “de-yure” qüvvəyə minməmişdir. Yəni, onun heç bir hüquqi qüvvəsi yox­dur. İkincisi, bu iş əsasında xəritələr ya­radılmayıb”, – baş nazir deyib. 

Sonra Paşinyan delimitasiyanın apa­rıldığı xəritələri parlamantarilərə nümayiş etdirib. Bunlar 1969-cu ilin xəritələrinə əsaslanan 1976-cı ilin inzibati xəritələ­ridir. “Biz olduqca diqqətli iş apararaq xəritələrdə Ermənistanın sərhədlərinin bütün perimetrini əks etdirmişik. Bağa­nis, Voskepar, Kirants, Berkaber kəndlə­rində SSRİ dağılan zamanı mövcud olan sərhədlərin “de-yure” bərpası ilə bağlı hüquqi qüvvəyə malik xəritələr əsasında demarkasiya apardıq”, – deyə Ermənis­tanın baş naziri bildirib.

“Deyirsiniz ki, İrəvanı itirək?”

Daha sonra Paşinyan çıxışında bil­dirib ki, əvvəllər parlamentdə müxalifətlə müzakirələr olub, Ermənistanın suveren ərazisinin neçə kvadratkilometr olması ilə bağlı sual qaldırılıb, amma bu suala konkret cavab verilməyib: “İndi biz Er­mənistan ərazisinin 29 min 743 kvadrat­kilometr olduğunu deyirik. Bu, indiki real Ermənistan anlayışıdır, tarixi Ermənistan təfəkkürünün daşıyıcısı olanlar bu mən­tiqi düzgün dərk etməlidirlər”.

Ermənistan baş naziri ölkə parlamen­tində çıxışı zamanı onu da qeyd edib ki, “gələnlər deyirlər ki, guya, biz heç bir qar­şılıq gözləmədən hərəkat edirik. Amma mən deyirəm ki, bu düşüncə birbaşa döv­lətsizliyə, suverensizliyə, vətəndaşsızlığa gətirib çıxarır”. 

Paşinyanın bunun ardınca dedikləri­ni separatçılara və revanşistlərə ismarıc kimi qəbul etmək olar: “İrəvanın mərkə­zindəki kafedə oturub Qarsı xəyal edən insanlar yəqin ki, bununla İrəvanın özü­nü itirmək istəyirlər. Baxın, real və ta­rixi Ermənistan arasındakı fərq bundan ibarətdir. Həmin adamlar istəyirlər ki, real Qafanda oturan insanlar Zəngilan və ya, necə deyərlər, Sanasarı xəyal etsin­lər və bunun sayəsində də tarixi Qafanı itirsinlər. Əslində, bu, konseptual müza­kirədir. Real Ermənistan gələcəklə bağlı məsələdir. Biz deyəndə ki, gələcək var, bu, elə gələcəkdir”. Paşinyan əlində tut­duğu xəritəni parlamentarilərə göstərib: “Bu, real Ermənistan konkretdir. Biz onun sərhədini bilirik və onun təhlükəsizliyi­ni səhərdən-axşama qədər soruşmaqla deyil, qanuni mövqeyimizdə dayanmaqla təmin edirik”. 

Başqa sözlə, Nikol Paşinyan qanun­verici orqanda təmsil olunanların nəzə­rinə çatdırır ki, Azərbaycanla sərhəd “Dağlıq Qarabağ münaqişəsi” başlayana kimi mövcud olan, işğala qədərki xətdən keçəcək. O, dolayısı ilə cəmiyyətə otuz il bundan qabaq başladılan münaqişənin və işğalın yanlış olduğunu anlatmağa ça­lışır. Özü də yaxşı bilir ki, bu həqiqəti hay cəmiyyətinə qəbul etdirmədən qonşuları Azərbaycan və Türkiyə ilə münasibətlə­ri normallaşdırmaq, sülh sazişini bağla­maq, eləcə də regional kommunikasi­yaların açılmasına nail olmaq mümkün deyil. 

Labirintdən çıxış yolu 

Ermənistan baş naziri hazırda iki cəbhədə “vuruşmağa” məhkumdur. Bu zaman onu da yaxşı bilir ki, ölkə daxi­lindəki çeşidli müxalif qüvvələrin haki­miyyəti devirmək cəhdlərinin qarşısının alınması nə qədər aktualdırsa, xaricdəki tərəfdaşlarının göstərişlərinə əməl etmək bir o qədər qəlizdir. Bakının təklif etdiyi “Qafqaz evi” ideyasını, “3+3” platforma­sını düşdüyü siyasi labirintdən qurtuluş yolu kimi görməyə başlayan baş nazir Azərbaycanla vasitəçisiz, birbaşa dia­loqun real effektini nəzərə almaya bil­məz. O, Tavuşda sərhədi müəyyənləş­dirən protokolun iki ölkə arasında yekun sülh müqaviləsinə aparan ən doğru yol olduğunun da fərqindədir. Bu reallığı tərəflər kimi, sabiq vasitəçilər olan kənar aktorlar, dünənə qədər “tet-a-tet” təmas­ları qəbul etmək istəməyənlər də qəbul edir, dəstəkləyir, hətta alqışlayırlar. Azər­baycan və Ermənistan Xarici işlər nazir­lərinin Almatı görüşünün yekunlarından razı qalanların arasında Parisin də olma­sı artıq Cənubi Qafqazda yeni reallıqla barışmağın təzahürü sayıla bilər. 

“Biz Ermənistanın da daxil olduğu “3+3” platforması vasitəsilə əməkdaşlı­ğı davam etdirməyə sadiqik”. Bu sözlə­ri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iki gün əvvəl keçirdiyi brifinqdə deyib. Azərbay­can–İran münasibətlərinin yaxşılaşması­nın bütövlükdə Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət tə­sir göstərəcəyini vurğulayan Zaxarova Kremlin həm bölgə ölkələri, həm də onla­rın qonşuları arasında regional layihələ­rin inkişafında böyük potensialı gördü­yünü qeyd edib. “Xüsusilə, bu məntiq Şimal–Cənub beynəlxalq nəqliyyat dəh­lizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb. Biz Bakı və Tehranla, o cüm­lədən Rusiya–Azərbaycan–İran formatı çərçivəsində, həmçinin “3+3” məsləhət­çi regional platformada sıx əməkdaşlı­ğı davam etdirməyə sadiqik”, – deyən M.Zaxarovanın bu zaman Ermənistanın adını çəkməməsinin səbəbi Moskva ilə İrəvan arasındakı münasibətlərdə yaran­mış müvəqqəti soyuqluqla bağlıdır.

Əslində, Rusiya XİN-in rəsmisinin üstünə fokuslandığı və Ermənistanın da yer aldığı “3+3” platformasın ona gətirə­cəyi dividentlərə, yəqin ki, buna Paşin­yanın özü də şübhə eləmir. Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu “altılıq” kənar müdaxilə olmadan həm ikitərəli, həm də regional təmaslarda aralarındakı möv­cud anlaşılmazlıqları aradan qaldırmağa, daha sonra transmilli layihələrdə birgə əməkdaşlığa başlamağa qadirdir. 

Bu fürsəti əldən qaçırmamaq üçün Nikol Paşinyan hakimiyyətinə qarşı daxili təhlükəni tezliklə tam aradan qaldırma­lı, ikitərəfli dialoqu intensivləşdirməli və yekun sülh sazişinə imzasını atmalıdır. O ki qaldı cəmiyyətin onun qəbul etdiyi reallıqla barışmaq istəməyən kəsiminə, burada ən doğru variant “gec olar, güc olar” prinsipinə güvənməkdir. 

Əhməd QƏŞƏMOĞLU, 
Tərəqqi və Demokratiya İctimai Birliyinin rəhbəri, sosioloq

Paşinyan dünyada gedən pro­sesləri duyur və başa düşür ki, indi onun xalqının, dövlətinin yolu saxta tarixlə qonşulara torpaq iddiaları irə­li sürməkdən deyil, onlarla səmimi münasibətdən və sülh yaratmaqdan keçir. Bu, onun müsbət cəhətidir. İntəhası, o, hazırda elə bir ictimai-si­yasi şəraitdədir ki, hətta, həqiqəti deməyin özü çətindir. Doğrudan da, tarixi şəraitin elə bir məqamı olur ki, həqiqəti dilə gətirmək təhlükəyə çev­rilir. Dünyanın obyektiv inkişaf dina­mikasının, reallığın onun özündən və xalqından nəyi tələb etdiyini anlama­sı Nikol Paşinyanın üstünlüyüdür. 

Problemi həll etmək üçün Ermə­nistan baş nazirinin müasir elmi me­todlardan istifadə etməsinə ehtiyac var. O, qarşıya qoyduğu məqsədin vəziyyətdən çıxış yolu olduğuna ina­nır, amma xalq, kütlə bunu tam qəbul etmir. Bu şəraitdə sərt qərarların qə­bulu ölkədaxili fəlakətli durumu daha da gərginləşdirə, onun özünün kür­süsündən məhrum olmasına gətirib çıxara bilər.

Bəli, Paşinyan xalqını sevən adamdlr və hakimiyyətdə ona kömək etməkdən ötrü qalmaq istəyir. Amma ictimai fikri dəyişmədən, kütləni hə­min həqiqətə inandırmadan bunu etmək çətin olacaq. Bunu bacarsa cəmiyyətin böyük əksəriyyəti de­diyimiz məqsədə doğru özü gedə­cək. Deməli, indi Paşinyanın əsas işi tərəfdarlarını birləşdirmək, onun həqiqətinə inanan cəmiyyətin poten­sialını üzə çıxarmaqdır.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

İmran BƏDİRXANLI