USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hərbi fiaskodan siyasi fiaskoya və ya Paşinyanın KTMT-dən küsmə mesajları - ŞƏRH


https://img.baki-baku.az/news/2020/09/photo_1226.jpg?v=MjAyMC0wOS0zMCAxNToxMjoyOQ==

Ermənistan hələlik kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyi düşünmür. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

N.Paşinyan bildirib ki, KTMT-yə müraciət siyasi məsələdir. O, həqiqətən də haqlıdır. Çünki Rusiyanın hegemon rol oynadığı bir təşkilatdan hərbi yardımın mütləqliyini iddia etmək Paşinyan səviyyəli adamın işi deyil. Rusiyanın razılığı nəzərə alınmadan belə bir iddianın rəsmi İrəvan tərəfindən səslənməsi Moskvanı şantaj etmək olardı. Bu isə indiki durumda daha böyük fəlakətə çevrilər. Onsuz da Kremldən hər hansı təsəlliverici söz gəlmir. Üstəlik Moskva Ermənistanı sındırmaq yolu tutur. Diqqət yetirək, Paşinyanla Putin arasında telefon danışığı olur. Bu barədə məlumat yayan Kremlin mətbuat xidməti vurğunu telefon danışığının məhz Ermənistanın təşəbbüsü ilə reallaşdığına qoyur. Yəni xəbərin ən prinsipial kənar təsir effekti məhz buna yönəlir. Paşinyanın, bir növ, yalvardığı görüntüsü yaradılır. Belə olan halda Nikolun KTMT-yə hərbi yardım üçün müraciətdən əlini üzməsi təəccüblü deyil: “Bu müraciətin nə vaxt ola biləcəyini söyləmək çox çətindir. Biz KTMT ilə sıx şəkildə işləyirik. Ancaq konkret mexanizmləri işə salmaq başqa məsələdir”.

Ermənistanın baş naziri haqlıdır. KTMT-də konkret mexanizmləri işə salmaq həqiqətən də başqa məsələdir. İndi Ermənistan rəsmiləri, politoloqları, xaricdəki, o cümlədən Rusiyadakı havadarları hər vəchlə Türkiyənin də Dağlıq Qarabağ ətrafındakı durumda əlinin olduğunu göstərmək istəyirlər. Yəni çalışırlar ki, Ankaranın hərbi əməliyyatlarda guya iştirakını vurğulasınlar. Müxtəlif əsaslandırmalar aparırlar, yalanlar uydururlar və s.

Məsələ bundadır ki, KTMT-nin prosesə qoşulmağı artıq həm də Türkiyəni tərəf kimi meydana atılmağı anlamını verəcək. Təsəvvür edin, Türkiyə tərəfdir və ona qarşı təşkilatdakı Qazaxıstan çıxacaq və ya Özbəkistan, yaxud Qırğızıstan. Bu əsla mümkün deyildir. Üstəlik Azərbaycanın özü də KTMT-də təmsil olunan türk dövlətləri ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Ən əsası qurumun Rusiyadan sonra ən böyük dövləti olan Qazaxıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstək verir. Belə olan halda Paşinyan KTMT adı altında yalnız Rusiyadan kömək umması gözləniləndir...

Ermənistanın baş nazirinin KTMT ilə bağlı ümüdü çox güman, Rusiya prezidenti Vladimir Putinlə söhbətdən sonra puç olub. Çünki qurumun hərbi yardımı ilə bağlı məsələ Ermənistan siyasi dairələrində müzakirə olunub. Yəni ölkədəki siyasilər təşkilatın İrəvana hərbi kömək məsələsini qabardırlar. Jurnalistlər də Ermənistanın baş nazirinə sualı məhz buna görə veriblər. Baş nazirin cavabı isə ümüdlərin üstündən xətt çəkməkdir.

Buna görə də Paşinyan ənənəvi populizminə sığınaraq deyir ki, ordu öz işinin öhdəsindən gəlir, ölkəsi hər vasitə ilə təhlükəsizliyini təmin edəcək. Ordu əzilir, sıradan çıxır, məhv olur, amma erməni baş nazir yanaşmasında o anlamda haqlıdır ki, Azərbaycan Ermənistanın təhlükəsizliyi üçün təhdid yaratmır. Əslində KTMT müstəvisindəki hərbi kömək məsələsi prinsip etibarilə Ermənistanın ərazi bütövlüyünə təhdid olacağı təqdirdə ola bilər. Dağlıq Qarabağ isə hüquqi baxımdan Ermənistan ərazisi deyil. Görünür, Putin Paşinyana telefon danışığında məhz bunu başa salıb. Və buna görə də Paşinyan deyir: “KTMT ilə və ya KTMT-siz bu başqa məsələdir. Biz vəziyyətdən və ümumi siyasi kontekstdən asılı olaraq öz təhlükəsizliyimizin təmin olunmasının bütün mümkün tərəflərini müzakirə edirik”. Ermənistanın baş naziri ümüdünü tam basdırmaq deyil, sadəcə özünü sındırmamaq üçün belə danışır. Deyimdən aydın görünür ki, KTMT-dən hərbi yardım istəyi puça çıxıb.

Bir daha bildirək ki, Azərbaycan hərbi əməliyyatları öz ərazisində aparır. Yəni məlumdur ki, rəsmi Bakının niyyəti müharibəni Ermənistan ərazisinə daşımaq deyil. Paşinyan və Ermənistan siyasiləri təhlükəsizlik məsələsindən hərbi əməliyyatların Ermənistan üçün məhz hazırkı arzuolunmaz nəticələrinə görə söz açırlar. Demək ki, Azərbaycanın əks-hücumlarını kollektiv təhlükəsizliyə təhdid predmeti kimi rəsmi dövriyyəyə gətirmək istəyiblər, amma heç nə alınmayıb. Necə ki, Türkiyənin müharibədə guya iştirak etdiyi yalanını qabardırlar və bunun yalan olduğu da gün kimi aydındır.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əvəz RÜSTƏMOV