USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan Rusiyanı hərbi əməliyyatlara cəlb etmək istəyir ŞƏRH


https://img.baki-baku.az/news/2020/09/photo_1178.jpg

Cəbhədəki uğursuzluqlar fonunda erməni hiyləgərliyi dövriyyəyə girib. Bu baxımdan Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyanın "Exo Moskvı" radiostansiyasına açıqlaması diqqət çəkir. Açıqlamadan səfirin kiçik ağlını işə salaraq Rusiyanı tərəf kimi hərbi münaqişəyə cəlb etmək istəyi görünməkdədir. Erməni diplomatın açıqlamasının iki tərəfi var.

Əvvəla o, Moskvanın Dağlıq Qarabağ münaqişəsindəki rolunu qabardır. "Rusiya hər zaman balanslaşdırılmış mövqe tutub. Bu gün də Rusiya maraqlıdır, dünən xarici işlər nazirləri və prezidentlər arasında telefon danışığı oldu. Rusiyanın çağırışları hərbi əməliyyatları dayandırmağa yönəlib. Mən ümüd edirəm ki, Rusiya bu müharivəni dayandıracaq və Mins Qrupunun həmsədri kimi tərəfləri danışıqlar masasına oturdacaq", - deyə o bildirir. Loru dildə desək, bu, o deməkdir ki, rəsmi Moskava biz erməniləri Azərbaycanın əlindən alsın. 

İkincisi, V.Toqonyan həmçinin bildirib ki, yayda hərbi əməliyyatların intensivləşməsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar yaranıb. Bu isə erməni diplomatın fikrincə, üçüncü ölkənin - Türkiyənin hərbi əməliyyatlar teatrında iştirakı reallığıdır. Toqonyan açıqlamasında diqqəti Türkiyənin NATO dövləti olmasına çəkib və bildirib ki, Türkiyə hərbi müşaviləri, həm də silahla təminat formasında hərbi əməliyyatlarda aktiv iştirak edir. 

Göründüyü kimi, Toqonyan Rusiyanı münaqişənin hərbi fazasına məhz Türkiyə, ən əsası isə NATO amilini qabardaraq daxil etməyi düşünür. 

"Baki-Baku.az"




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil