USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanı dayandırmağın yalvarmaq və ağlamaq yolu - BAXIŞ


https://img.baki-baku.az/news/2020/09/photo_1170.jpg?v=MjAyMC0wOS0yOCAxMjo0OToxOA==

Cəbhə xəttində hərbi əməliyyatların intensivləşməsi və daha geniş xarakter alması ilə Ermənistanın itkiləri də çoxalmaqda davam edir. Artıq bu barədə danışmağa başlayıblar. Sentyabrın 27-i erkən saatlarda ölkənin baş naziri Nikol Paşinyanın pafos dolu cəbhə çağırışlarından əsər-əlamət yoxdur. Azərbaycan ordusunun əks həmlələri ilə işğal olunmuş kəndlərimizin azad edilməsi isə Ermənistan cəmiyyətindəki durumu ağırlaşdırıb. Erməni kütləvi informasiya vasitələrini izlədikcə ağırlığın doğurduğu psixozun müxtəlif təzahür formalarını açıq-aşkar görmək mümkündür. Təbii ki, erməni xisləti psixozun strukturuna təsirsiz ötüşmür. Bu baxımdan Dağlıq Qarabağdakı separatçı rejimin xarici işlər naziri kimi saxta vəzifəni tutan Masis Mailyanın açıqlamasına diqqət yetirmək kifayətdir.

Əvvəla ondan başlayaq və bir daha vurğulayaq ki, vaxtilə elə Paşinyanın özü kimi hərbə-zorba dilində danışan Dağlıq Qarabağdakı separatçı rejimin “rəhbərliyi”nin Milli Ordumuzun sarsıdıcı əks həmlələrindən təşviş içərisində olduğu aşkar görünür. M.Mailyanın Xankəndində jurnalistlərə verdiyi açıqlaması deyimin konkret sübutudur. O bildirib ki, hazırda siyasi və diplomatik rıçaqlarla Azərbaycanı dayandırmaq Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından vacibdir.

“Ordumuz hər şeyi ən yaxşı formada edir ki, Azərbaycanı saxlasın. Biz ilk növbədə beynəlxalq ictimaiyyətin köməyilə hərbi əməliyyatları dayandırmalı, Azərbaycanı danışıqlar masasına otuzdurmağı bacarmalı, daha sonra müzakirələr aparmalıyıq”, - deyə Mailyan vurğulayıb.

Təbii ki, Mailyan ənənəvi inkarçı erməni ritorikasından qalmır. Bəli, qeyd etdiyimiz psixoz. O iddia edir ki, guya Azərbaycan hər zaman sülh prosesinə zərər gətirib. Qondarma nazir bununla həm özlərinin məzlum obrazını yaratmağa cəhd göstərir, həm də öz aləmində diplomatik gediş etdiyini düşünür. Yəqin hesab edir ki, belə danışmaqla kimsə, hansısa qüvvəsə Azərbaycana təsir edəndən sonra danışıqlar masasında manevr imkanı qazanmış olacaq. İndi o masanı görmək əvvəllərdə olduğu kimi, rejimi o masada tərəf kimi görməyə qətiyyən oxşamır. Təxminən belə - necə edirsiz edin, Azərbaycan üstümüzə gəlməsin.

Mailyanın düşdüyü mənzərə itin qorxusundan hürməsinə bənzəyir. Heç şübhəsiz, məzlum görüntüsü yaratmaq nazircikin vəziyyətin gedişatının təmsil etdiyi xunta üçün ürəkaçan olmadığını sezməsi ilə əlaqədardır. Haqqında bəhs etdiyimiz “diplomatik manevrə” gəlincə, onu çarəsizlikdən edir. Guya prinsiplərini qoruduqlarını göstərir.

Əlbəttə, adamın xəstə təxəyyülünün hələlik qəbul etmədiyi böyük reallıq var. Reallıq ondan ibarətdir ki, Azərbaycan üçün heç vaxt Dağlıq Qarabağ danışıq tərəfi olmayıb və olmayacaqdır da. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün qətiyyətli bəyanatlarında bunu həmişə vurğulayıb. Eyni zamanda Azərbaycanın müvafiq dövlət qurumları və diplomatik missiyalarının da problemə yanaşması prinsipialdır. Nəinki Ermənistan və qondarma separatçı rejim, hətta erməni xalqı bu prinsipiallığı bilməmiş deyil.

Yekunda onu deyək ki, qondarma rejimin təmsilçilərinin Ermənistanın paytaxtı Yerevandakı ağaları ilə birgə sülh üçün daha inandırıcı yalvarmalarını gözləmək lazımdır. Hələlik gördüyümüz el dilində desək, qara-qışqırıqdır. Onu da nəzərə alaq ki, hərbi əməliyyatlar intensivləşməyə başladığı ilk saatlarda Paşinyan öz aləmində aslana dönmüş, ucuz populizm yüklü və ənənəvi meydan təfəkkürlü açıqlaması ilə sanki müqəddəs müharibəyə hazırlıq görüntüsü yaratmışdı. Cəmi bir neçə saatın içərisində bu görüntünün sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxdı.

Yalvarmaq üçün ortaya atılmış Mailyan isə belə desək, borzu-çumoluğundan geri qalmır. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Araik Arutyunyan da eyni durumdadır. Demək ki, Azərbaycanın dayanması üçün yalvarmaları deyil, ağlamaları lazımdır. Özü də Ermənistan ərazisində. Qorxaq olduqlarından, qanlarını tökdürməzlər. Separatçıların hətta göz yaşları belə torpağımıza düşməsin, zərərdir.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Əvəz RÜSTƏMOV