USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Matriatxat qəsdən məhv edilib və ya bəşəriyyətin inkişafına fərqli BAXIŞ


https://img.baki-baku.az/news/2020/09/photo_1139.jpg

Partiarxatdan əvvəlki matriarxat mədəniyyəti haqqında çox danışılır. Amma insanlığın taleyindəki bu dəyişikliyin səbəbləri və hərəkət trayektoriyası barədə söz açan azdı. Təbii ki, şablon şəkildə söylənilənləri nəzərdə tutmuruq. Belə bir versiya da var ki, matriarxat və qadın hakimiyyəti qadınların müasir sivilizasiyaya maneçilik törədən dindar təbiətə malik olduqlarından aradan qalxıb və ya bilərəkdən aradan qaldırılıb.

Heç kimə sirr deyil ki, Yaxın Şərqdəki və Şimali Afrikadakı müharibələr ABŞ-ın və NATO-nun oyunudur. Bu oyunda müxtəlif məqamlar ortaya atılır - neft, demokratiyaya və sair. Ayrı-ayrı qrupların maraqlarından da söhbət açmaq mümkündür. Sual olunur: bütün bunların Misirin, Liviyanın, İraqın və başqa yerlərin muzeylərinə və kitabxanalarına aidiyyatı nədir? Səbəb nədir ki, ölkələrdə baş verən qarşıdurmalar zamanı həmin yerlər od tutub yanır. Diqqət yetirək, hələ 2011-ci ildə Misirin paytaxtı Qahirədəki küçə etirazları gedişində dünya tarixinin inkişafının yəhudilərin “İncil”ində yazıldığı tərzdə getmədiyini təsdiqləyən materiallar məhv edilmişdi… Elmi mərkəz adlandırılan qədim kitabxana Misir parlamentinin binasının yalnız bir hissəsini təşkil edirdi. Təxribatçılar kütləni məhz həmin istiqamətə tərəf yönləndirdilər və binaya alovlandırıcı vasitələr atdılar.

Liviyadakı müharibə zamanı isə ölkənin milli bankından özündə antik dövrün 10 min incəsənət predmetini birləşdirən “Benqazinin xəzinəsi” adlı arxeoloji külliyyat yoxa çıxdı. Bundan başqa Leptis Maqna və Sabrat kimi şəhərlər bombardımana məruz qalaraq yer üzərindən demək olar, silindi. İraq amerikalılar tərəfindən ələ keçirilən ilk gün Bağdadın milli muzeyi qarət olundu. Eyni aqibəti ölkənin antik dövr sənədlərinin saxlandığı milli kitabxanası da yaşadı… Bütün bunları təsadüf kimi qiymətləndirmək mümkünsüzdür.

Davam edək. İsrailin bir sıra alimləri, məsələn, arxeologiya profossoru Z.Hersoq və tarixçi Y.Kamayski qazıntılar nəticəsində aşkara çıxarılmış faktlardan əldə olunan qənaətin  Bibliyada yazılanları əks etdirmədiyini söyləyirlər. Həqiqətən də Bibliyanın tarixini isbatlayan bir dənə elmi təsdiqini tapmış artefakt (maddi mədəniyyət nümunəsi) göstərilməyib. Daha doğrusu, İsraildə və ümumən Yaxın Şərqdə Müqəddəs kitabda yazılanları təsdiqləyən maddi mədəniyyət nümunəsi yoxdur. Amma heç kəsin ağlına gəlmir ki, Müqəddəs Torpağın olmadığı barədə mühakimə yürütsün və bu məsələnin nə üçünsə və kim tərəfindənsə süni şəkildə ortaya atıldığını iddia etsin.

Sionistlər aysberqin yalnız görünən tərəfidir. Bu tərəf tarixi yəhudilər əleyhinə çevirməklə həm bütün günahları onların boynuna yıxır, həm də Avropanın nailiyyətlərini əyinlərinə biçir. Amma tarix sionistlərə qədər, yəni 1099-cu ildə Avropa xalqı Qüdsü necə deyərlər, özünə qaytaranda (I Xaç yürüşü) səmtini dəyişmişdi. İlk baxışdan anlaşıla bilər ki, söhbət hazırda Fələstin ərazisində yerləşmiş Qüdsdən gedir. Amma məsələ onda deyil. Başqa şəhər barədə danışırıq. Axı, reallıqda kimsə Allah tərəfindən də unudulduğu təsiri bağışlayan və adi bitkinin belə bitmədiyi torpağın cənnətin nişanəsi olduğuna inanmır. Nəhayət, buna inanmaq birbaşa ziddiyyətdir. Yaxın keçmişə müraciət edək: 1947-ci ildə Müqəddəs Torpaq adlandırılan ərazidə yarım hektara heç bir ağac da düşürdü.

Xəritəyə diqqət yetirək və bir anlığa təsəvvürə gətirək ki, nə vaxtsa Cəbəllütariq boğazı olmayıb və boğazın yuduğu sahillər də istisna təşkil edib (bu barədə məlumatlar kifayət qədərdir). O zaman belə alınacaq ki, Aralıq dənizi daxili dənizdir və onun sahillərində yaşayan xalqlar bir-birilərilə rahatca əlaqə yarada biliblər. Elə buradaca qanunauyğun sual çıxır: biz nəyə görə belə hesab edirik ki, yəhudilər Cəbəllütariqdən sola - İspaniyaya, oradan da bütövlükdə Avropaya deyil, Misirdən sağa Ərəbistan yarımadasına üz tutublar? Axı, Avropanın cənubu elə həmin dönəmdə də cənnətə daha çox oxşayırdı, nəinki şərqdəki səhralar. Buradan belə nəticəyə gəlmək olar ki, əslində Bibliyanın tarixi Avropanın tarixidir və onun Yaxın Şərqlə heç bir əlaqəsi yoxdur.

Başqa məqama da diqqət yetirək: hazırkı Qüdsün qala divarlarının daxili sahəsi bir kvadrat kilometri əhatə edir ki, burada yalnız 2 mindən azca artıq insanın yaşaması mümkündür. O, Solomon və Davidin nəhəng şəhərlərindən çox, kiçik kəndi xatırladır. Bizim eranın başlanğıcında yaşamış məşhur yəhudi tarixçisi və sərkərdəsi olduğu deyilən İosif Flaviyə istinadən bildirilir ki, həmin bu yerdə konsulu 3 milyon adam qarşılayıb. Halbuki əgər ərazidəki tikililəri də söksək, qala divarları arasına bu qədər sayda adamı yığmaq mümkünsüzdür. Bu yerdə Bibliyada yazıldığı kimi ayıların, bataqlıqların, soyuğun, buğdanın mövcudluğunu də təsəvvürə gətirmək olmur. Kitaba inansaq, Musa Peyğəmbərin davamçısı İisus Navin burada 31 şəhər tutmuşdu. Hanı o şəhərlər? O şəhərlər səhrada idi? Axı, ötən müddətdə coğrafi struktur baxımından ciddi dəyişikliklərin olması real görünmür. Heç müasir İsraildə də 20 şəhər yoxdur.

Deməli, belə nəticəyə gəlmək olar ki, Misirdən didərgin salınmış yəhudilər şərqə deyil, əslində qərbə doğru yön alıblar və mövcud baxışdan çıxış edərək onların müqddəs torpaqlarının Avropada olduğuna dair fikir yürütmək olar. Bəs, bunun sübutu varmı? Əlbəttə var!

1130-cu ildə Yerusəlimin ələ keçirilməsindən 31 il sonra İspaniya kralı Alfonso ölkəni tamplierlərə (katolik cəngavərlərin dini ordeni) vəsiyyət etdi. Kral dəli deyildi, ağlı başında olan morax idi və Vatikan vəsiyyətin qüvvəyə minməsinin qarşısını almaq üçün çox səylər göstərdi. Gəlin, öncə diqqət yetirək, Alfons bu addımı nəyə görə atdı?

Çox az adam bilir ki, sarasinlərin (qarətçi tayfa kimi baxılır. əslində ərəb-müsəlman cəngavərləri olublar. Hazırda sarasinlər Suriyada məskunlaşıblar) adı ilk dəfə Yaxın Şərqlə deyil, İspaniya ilə əlaqədar çəkilir. Onlar İspaniyanı bizim eranın 7-8-ci əsrlərində ələ keçirmişdilər və ölkəni azad etmək üçün müharibələr getmişdi. Bu zaman kralın məhz sarasinlərə qarşı 30 il ərzində mübarizə apararaq qəhrəmanlıq göstərmiş və Yerusəlim torpaqlarını qorumuş tampliyerlərin cəngavərinə etimad göstərməsində təəccüblü nəsə yoxdur. Təsadüfi deyil ki, bu qəhrəmanlıq səbəbindən Piriney yarımadası və ətrafdakı ilk və əsas qalalar da məhz sözügedən ordenə məxsus olmuşdu. Həmin qalaların sarasinlərdən müdafiə xarakteri daşıdığını bilmək elə də çətin deyil. Məsələ isə ondadır ki, bu əhvəlatın Yaxın Şərqə aidiyyatı nədir? Həqiqətən də heç bir bağlılığı yoxdur. Bölgədə belə desək, müqəddəslik toxumunun səpilməsi sonradan baş vermiş hadisəyə oxşayır. Ola bilər ki, bu, İngiltərənin Plantogenetlər sülaləsindən olan kralı I Riçardın (şir ürək) tarixdən Misir və Suriyanın sultanı kimi məlum olan Səlahəddinlə 1191-ci ildə bağladığı sazişdən sonra olmuşdu (xaç yürüşləri zamanı). Qeyd etmək lazımdır ki, tampliyerlərə başqa yerlərdə qalalar verən olmayıb. Amma birdən-birə ortaya Yerusəlim çıxdı ki, onu qorumaq ordenin nizamnaməsində əksini tapdı. Deməli, hadisələr Piriney yarımadasında cərəyan etdi. Ola bilməz ki, 9 nəfərlik cəngavər yığını həm İspaniyanı, həm də Yaxın Şərqi müdafiə edəydi.

Daha bir gözlənilməz fikir də var: əgər yəhudilər və Yerusəlim Avropadadırsa, o zaman İsa da burada anadan olub. Məsihin doğulduğu yerlə bağlı versiyalardakı Qaliley kometasının adının çəkilməsi isə çox güman, Qalliya (çox hissəsi indiki Fransanın ərazisi) anlamını verir. Həm də İsanın ardıcılları olan şəxslərin qəbirləri də Avropadadır. Məsələn, Pyotrun və Pavelin qəbirləri Vatikan yaxınlığındakı təpədə, Yakovunku İspaniyada, Maqdalinanınkı Marseldədir (Fransa). Göründüyü kimi, Məsihə yaxın adamların məzar yerlərinin də Yaxın Şərqlə bağlılığı yoxdur. Bir sual da yaranır ki, nəyə görə Bibliyanın ən qədim nüsxəsi yəhudi deyil, yunan və latın dillərindədir. Axı, yəhudi dilləri Avropada olub, ivrit isə meydana həmin sionistlərin dəstəyi ilə çıxıb.

Bütün bunları nəzərə alaraq təsəvvür edin ki, Vatikan hansı durumdadır. Əsrlər boyu insanlar onun göstərişi ilə İsanın olduğu yerin xilasına qalxıb (səlib yürüşləri nəzərdə tutulur). Amma məlum olur ki, həmin yer heç də Şərqdə deyil. Hətta xaçlıların azad etmək istədikləri Müqəddəs Yelena da ərəb səhralarında tab gətirə bilməzdi. Necə ki, səlib yürüşünə çıxanların əksəriyyəti tab gətirmədi. Göründüyü kimi, məsələ tam bir oyunu xatırladır. Onu da deyək ki, xaç yürüşləri sarasinlərin Avropanın müəyyən hissəsini əllərində saxladıqları vaxt baş vermişdi. Bu tayfanın mövcudluğu və əlində saxladığı ərazi Vatikanın nəyəsə görə narahat etmirdi. Görünür, papalara Yerusəlimin uzaq, yad, amma mənəvi baxımdan yaxın şəhər statusunda olması sərfəli idi. Təbii ki, plan sonradan gerçəkləşdirildi, ancaq ərəb dünyasının mərkəzində. Bunadəksə gələcəkdə Şərqin torpaqlarının işğalanın ideya mərkəzini saxlamaq üçün xristianlığın özündə təfriqələr yaradıldı. Dövrün siyasi proseslərinə nəzər salsaq, bu təfriqələrin aradan qaldırılması meyli vahid düşmənə qarşı birləşmək məfkurəsi üzərində quruldu. Yəni Avropa bir növ, düşünmək üçün vaxt tapa bilmədi və qitədəki Yerusəlim unuduldu. Əsas diqqət “Şərqin kafirlərinə” yönəldildi. Nəhayət, inkvizisiya bilinməli olanları bilənləri aradan götürdüyündən, sonrakı boşluğun doldurulması zərurəti yarandı ki, məhz həmin dövrü indi intibah - rennesans mərhələsi adlandırırıq. Əlbəttə, intibaha böyük dövr kimi yanaşmağa öyrəşmişik, amma onun böyüklüyü heç də inkvizisiyanın tonqallarının çiyinləri üzərindən kənarda deyildi. Çünki həmin mərhələnin gözəl freskaları məhz kilsələlərdə çəkilirdi, ecaskar musiqisi insanları diri-diri tonqalda yandıran kilsənin xahişi ilə yazılırdı. Belə bir məqamda yeni elm də yaranırdı ki, o demək olar, sıfırdan, özü də Vatikanın xahişi ilə yazılırdı.

Bu dolaşıq labirintdə görülməyən bir iş var idi ki, o da başqa din və mədəniyyətlərdən olanlara yiyələnməkdi. Mövcud vəzifənin yerinə yetirilməsi üçünsə Böyük Coğrafi Kəşflər mərhələsi düşünüldü. Xristofor Kolumb okeanı üzüb keçdi və Vatikanın Amerikadakıların yaranışdan günahlı doğulduqları fitvası ilə milyonlarla insan soyqırıma məruz qoyuldu. Uşaqlar, qocalar və qadınlar məhvə məruz qaldı. İntibah isə gücsüz oldu. Bu dövrün qadına hörmət mənasında meydana çıxan incəsənət dəyərləri okeanın o tayındakı qadın üçün keçərli sayılmadı.

Nə vaxtsa dünyanın vahid torpaqdan Pangeyadan ibarət olduğunu təsəvvürə gətirsək və nəzərə alsaq ki, başlanğıc matriarxatdan qurulub, uzun müddət gerilik içərisində olan Şərqdə əslində ictimai-siyasi formasiya tipinin əsrlərlə saxlanılması fonunda, yəni istehsal münasibətlərindəki dəyişikliklərin çox ləng getdiyi bir dövrdə qadın amili öz varlığını qoruyurdu. Ənənəvi xüsusiyyətlərdən biri də sonrakı tərəqqi dönəmində bu ənənənin saxlanılması olmuşdu və mədəniyyətlər də inkişafını məhz qadın sindromu ilə bağlı tapırdı. Mövcud mənada amazonkaların bütün dünyada yaşadıqlarını, məhz indiki Liviya ərazisində isə hələ Misirin yaranmasından da min il əvvəl olduqlarını söyləmək mümkündür. Müasir dövrə də baxaq, Qərbin, o cümlədən ABŞ-ın “ərəb baharı” ssenarisinə uyğun olaraq devrilən və qətlə yetirilən Müəmmar Qəzzafinin qadın taboru olub.

Göründüyü kimi, qadına dəyər var və həmin dəyər qadının dünyanın dərk etmək bacarığı ilə bağlıdır. Burada heç də məsələ qadının təhlil qabiliyyətinin yüksəkliyində deyil, hərçənd son araşdırmalar göstərir ki, qadın bu mənada kişidən daha yüksəkdə dayanır. Məsələ sadəcə intuisiyadadır. O intuisiyada ki, hər hansı hesablamasız, təhlilsiz, intellektual mühakiməsiz filansız sadəcə bilmək bacarığı üzərində köklənib. Məsələyə bir qədər də fəlsəfi yanaşsaq, inanclı qadınları məhv edən patriarxal kilsə və onunla müttəfiq olan patriarxal dövlətlər əslində solyarımkürəli insan tipi formalaşıbdırıblar və bu insan intuitiv düşünmə qabiliyyətindən məhrum olaraq Allahla da əlaqəsini itirir. Buna görə də xristian aləmində çox tez-tez belə bir sual ortaya çıxır: din xadimi olaraq kimi görürsünüz, qadını, yoxsa kişini? Sual birincinin xeyrinə cavablandırılır və iddia olunur ki, əgər insanı Allah yoluna gətirməkdən söhbət gedirsə, bunu qadın etməlidir. Çünki Tanrını intellektlə dərk etmək mümkünsüzdür.

İndi isə təsəvvür edin ki, Aralıq dənizi hövzəsində amazon mədəniyyətinin izləri var. O mədəniyyətin ki, müharibələrsiz filansız insanların azalma-artma səviyyəsini tənzimləyir. Həmin mədəniyyətə xas xüsusiyyət dövlətin öz vətəndaşına münasibətdə ana qayğısı göstərməsidir ki, həmin qayğı eyni zamanda Allahın düzgün dərkinə yol açır. Mövcud cəhətə diqqət yetirənlər bunu yəhudilərin və Yerusəlimin əsl tarixi kimi qələmə verirlər. Hərçənd belə bir mədəniyyətə sözün yaxşı mənasında hamı iddia edə bilər və hamının da ondan nə isə yaxşı şey götürməsi məqbuldur. Vaxtilə avropalıların üzərində indiki ABŞ-ın da qərarlaşdığı torpaqlarda matriarxat hökm sürürdü. O quruluş məhvə məruz qaldı. Harzırda isə ABŞ və Vatikan Yaxın Şərqdəki hərəkətləri ilə əslində eyni zamanda həmin quruluşun daşıdığı mədəniyyəti də yox edirlər. Nəticədə hər şeydən, hər cür zəruri müqəddəslikdən, dəyərlərdən uzaqlaşma meylləri yaranır. Belə oluşumda isə əsrlərlə qərarlaşmış mədəniyyətdən, mənəvi baxımdan bir-birindən uzaq, deqredasiyaya uğramış yırtıcı insan obrazı formalaşır ki, ondan istənilən məqsədlər üçün “yararlanmaq” mümkündür. Dünyadakı hazırkı proseslərə diqqət yetirdikdə, həmin “məqsədlər”I asanlıqla görə bilirik.

"Baki-Baku.az"




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Siyasi təhlil