USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvanın seçimi: ya döz, ya da düz!

Ermənistan hakimiyyəti Moskva ilə üzülüşməyə “Zvartnos”dan rus sərhədçilərini çıxarmaqla start verəcək?


https://img.baki-baku.az/news/2024/02/photo_11354.jpg

“Əgər belə davam edərsə, yaxın gələcək­də dövlətçiliyə vida edəcəyik. Ermənistanın suverenliyini rus əsgərləri qoruyur, amma İrəvan Fransa və Amerikaya doğru baxır... Onlar “Dağlıq Qarabağdakı” (?) məğlubiy­yəti unudaraq, Türkiyə və Azərbaycan tərə­findən parçalanmaq üçün təslim olmağa belə hazırdırlar. Bu, Paşinyan hökumətinin imicidir. Bu, Ermənistandakı mövcud faciəli vəziyyətdir”.

Bu fikirlər Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalədən götürülüb. Qəzet yazır ki, dost olmayan ölkələrin siyahısını tərtib edən Kreml bölgədə təsir dairəsini bərpa etməkdən ötrü kifayət dərəcədə aktiv addımlar atıb: “Bunun ən son nümunəsi 4 ildən sonra Rusiya ilə Gürcüstan arasında viza rejiminin götürülməsi və aviasiya əlaqəsinin bərpası oldu. İki ölkə arasında birba­şa uçuşların bərpasının əleyhdarları baş verənlə­ri Rusiyanın növbəti ekspansiyası hesab edir və qeyd edirlər ki, Rusiya tankları və raketləri Ukray­nadadırsa, təyyarələri Tiflisdədir”. Məqalədə, fakti­ki olaraq, Ermənistanın da oxşar duruma düşdüyü deyilir: “Paşinyan hökumətinin Qarabağdakı rus sülhməramlılarını açıq tənqid etməsi, KTMT-dən küskünlüyü, onu tərk edəcəyi yönündə eyhamları anti-Kreml hərəkətləri sayılır. İrəvanla Bakı ara­sında sülh sazişi imzalandıqdan sonra Gümrüdəki 102-ci hərbi hissənin, eləcə də Qarabağdakı rus sülhməramlıların çıxarılacağı barədə də söhbətlər gəzir”.

İrəvan–Moskva münasibətlərində soyu­manı və gərginliyin ikinci mərhələsini mü­şahidə etməkdəyik. Birinci mərhələ Azər­baycanın zəfəri ilə başa çatmış 44 günlük müharibənin gedişi və nəticəsi fonunda baş vermişdi. Deyəsən, müharibədəki məğlubiy­yətin şokundan ayılmağa başlayan Ermənis­tan hakimiyyəti şimaldakı strateji müttəfiqin­dən əlini üzərək, bütünlüklə Qərbin qucağına sığınmağa qərar verib. Axı, eyni vaxtda iki stulda əyləşməyin sonsuza qədər davam et­məsi də mümkün deyildi. 

*** 

“Rusiya sərhədçiləri İrəvan Beynəlxalq Aeroportundan – “Zvartnos”dan çıxarılacaq. Belə bir iddia ilə “Factor.am” saytının əmək­daşı Robert Ananyan çıxış edib. O Ermənistan hökumətindəki yüksək çinli mənbəyə istinad­la deyir ki, bu prosesə yaxın vaxtlarda start veriləcək. Etibarlı mənbə belə bir addımın hansı zərurətdən yarandığını dəqiqləşdirməsə də, artıq siyasi qərarın verildiyinə əminliyini açıqlayıb. 

Aydın məsələdir ki, ortalıqda İrəvanın qəbuluna cürət etdiyi siyasi qərardan söhbət gedə bilər. Məsələnin bizim üçün daha ma­raqlı tərəfi həm də ondan ibarətdir ki, Rusiya sərhədçilərinin “Zvartnos” hava limanında yerləşməsi və burada xidmət aparması hö­kumətlərarası razılaşma ilə tənzimlənmir. Sadəcə, 1992-ci ildə İrəvan və Moskva ara­sında Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisində statusunu və fəaliyyətini tənzim­ləyən anlaşma imzalanıb. İntəhası, həmin ra­zılaşmanın mətnində rus sərhədçilərinin hava limanında xidmət həyata keçirməsi ilə bağlı bənd yoxdur.

“Factor.am” apardığı araşdırmanın nəticə­sində məsələnin daha bir maraqlı tərəfini üzə çıxarıb. Məlum olub ki, Rusiya sərhədçiləri “Zvartnos” hava limanında xidmətlərini Er­mənistan Milli Təhlükəsizlik Nazirliyi və Ru­siya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanları arasında imzalanmış sənədin əsasında aparırlar. Bundan sonra saytın Rusiya sərhədçilərinin hava limanın­dan çıxarılma müddəti ilə bağlı ünvanladığı konkret sualına Ermənistanın xüsusi xidmət idarəsindən belə bir informasiyaya malik ol­madıqlarını bəyan ediblər. 

ZƏRURİ STATİSTİKA:

* Ermənistan iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya qismən Rusiya kapitalı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir; 

* Daxili bazarda təbii qazın inhisarçı satıcısı 1997-ci ilin dekabrında yaradılmış “Qazprom Armenia” Rusiya–Ermənis­tan QSC-sidir (səhmlərin 100 faizi Rusiya “Qazprom” şirkətinə məxsusdur);

* 2002-ci ildə Ermənistan, təxminən, 98 milyon dollar borcunu ödəmək üçün 5 müəs­sisəsini Rusiyaya verib; 

* Rusiyadan Ermənistana ildə 2,5 milyard kubmetr qaz nəql edilir. 1000 kubmetr qaz üçün Ermənistan 165 dollar ödəyir; 

* 2006-cı ildən fəaliyyət göstərən İran–Ermənistan qaz kəməri də Rusiyanın “Qazprom” şirkətinə məxsusdur;

* Ermənistan ÜDM strukturunda vasitəsiz xarici investisiyalar 5 faiz təşkil edir. 2022-ci ildə ölkəyə rekord məbləğdə – 1 milyard dol­lar cəlb edilib və bunun böyük hissəsi – Ru­siyadandır; 

* ölkədən ixracın 51 faizi Rusiyanın pa­yına düşür; 

* 2008-ci ildə Ermənistan dəmir yolları 30 il müddətinə Rusiya şirkətinin konsessiya idarəçiliyinə keçib. 

Bu statistikanı Ermənistan Mərkəzi Ban­kının rəhbəri Martin Qalstyan Beynəlxalq Valyuta Fondunun illik konfransında səsələn­dirib.

Və indi ortaya belə bir sual çıxır: Ermə­nistan Rusiyadan qopmaqla, faktiki surətdə, bütün bunlardan məhrum olacağı təqdirdə Qərb itkini kompensiyaya edəcəkmi? Yaxud, İrəvanı bu yola sövq edən həmin Avropa və ABŞ axıradək onun arxasında duracaqmı? 

Bu məqamda keçən il noyabrın 15-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləməni xatırlatmaq yerinə düşür. Ermənipərəst konqresmenlərin təşəbbüsü, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksinin iştirakı ilə baş tu­tan həmin dinləmədə O’Brayn Ermənistan ha­kimiyyətinin xarici münasibətlərin çoxşaxəli spektrinə açıq olduğunu və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını bildirmişdi. Konqresin açıq anti-Azərbaycan xarakterli mövqeyinə rəsmi Bakının kəskin reaksiya­sını, ardınca Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon açaraq, on­dan Ceyms O’Braynı qəbul etməsi ilə bağlı xahişini, axırıncının Azərbaycana məlum “üzrxahlıq səfərini” də unutmamışıq.

***

Görünən odur ki, Paşinyan iqtidarı ermə­ni cəmiyyətini tədricən anti-Rusiya məcrası­na salmağı bacarıb. İndi Ermənistanda təkcə şovinist-radikal siyasi kəsim deyil, dünən Rusiyaya meyilliliyi ilə seçilən dairələr, nü­fuzlu siyasi xadimlər, eks-nazirlər, deputatlar da Moskvaya güvənmədiklərini açıq şəkildə dilə gətirirlər. Ermənistan parlamentinin keç­miş deputatı, siyasətçi Azad Arşakyan mövzu ilə bağlı mətbuata üsyankar açıqlama verib. Onun sözlərinə görə, Rusiyanın təsir dairə­sində qaldıqca Ermənistan özünün suveren resurslarını artıra bilməyəcək: “Nə qədər ki, Rusiyanın Ermənistana təsir rıçaqları var, biz suveren resurslarımızı artıra bilmərik. Həmin ordu (Rusiyanın Gümrudakı 102 saylı hərbi hissəsi nəzərdə tutulur – red.) bizim resurs­larımızı məhdudlaşdırmaq üçündür. Biz indi öz ərazimizdən qaz kəməri çəkə bilmərik. Başa düşürsünüzmü ki, Avropa İttifaqında bazarı olan sənayeni ölkəmizdə təşkil edə bil­mərik? Araz çayını kim keçməlidir? Türkiyə Araz çayını keçmək istəyir, rus sərhədçisi buna qadağa qoyur? Onların bizsiz də bir-biri ilə əlaqəsi var. Bizimlə məsləhətləşmirlər. O sərhədçilər (ruslar) bizim təhlükəsizliyimizi qorumur, onlar qaçaqmalçılığı qoruyur. Qərb NATO vasitəsilə ruslara deyir ki, bütün xalq­lar bərabərdir. Bizsə deyirik ki, rus ordusu Er­mənistanı tərk etməsin, o, bizi qoruyur. MDB Rusiyanın gizli adından biridir. 1991-ci ildə Ermənistan əhalisinin 99 faizi referendumda Rusiya hərbi bazasından, rus “sapoq”undan, bolşevizmindən imtina etdi. Biz demişik ki, artıq ruslara güvənmirik. Rusiyanın bu bölgə­də mövcudluğu erməni xalqı üçün məhvolma taleyinə çevrilib”.

Özünü Qərbin yorğanının altına dürtməyə qərar verən rəsmi İrəvanın bölgədə böyük güclərin “maşası” olmaqdan əl çəkmədiyi aydındır. “Qoca qitə”də və okeanın o tayın­da “maşa”nın vasitəsilə Cənubi Qafqazda yeni müharibəni körükləndirməyə çalışan qüvvələrin varlığı sirr deyil. Azərbaycan isə sülh istəyir. Amma, eyni zamanda, hadisələrin istənilən istiqamətdə inkişafına hazırdır. Bakı özünün son 30 illik təcrübəsində “sülh istəyir­sənsə, müharibəyə hazırlaş” aksiomunun hər zaman qüvvədə olduğunu gördü və bunu bir daha unutmayacaq. 

Asif NƏRİMANLI,
siyasi analitik 

Rusiya sərhədçilərinin hava limanın­dan çıxarılması barədə informasiya Er­mənistan hakimiyyətinin, ümumiyyətlə, qoşunun ölkədən çıxarmaq planının prak­tiki müstəviyə keçirməsi sayıla bilər. Bu məlumat doğrudursa, rəsmi İrəvan bunun­la iki gediş edir.

Birincisi, Qərbin istəyini müəyyən qədər yerinə yetirməklə təzyiqi azaldır və hərbi dəstəyin artırılmasına nail olur. Qər­bin Rusiyanı Ermənistandan çıxararaq, onun yerinə gəlmək və bölgədə möhkəm­lənmək niyyəti bəllidir. Fəqət Ermənistan hakimiyyəti bunu yalnız siyasi ritorika sə­viyyəsində edir, əməli addım atmır. Qər­bin bununla bağlı İrəvana təzyiq göstərdi­yi istisna deyil. İndi İrəvan praktiki addım atdığını Qərbə göstərir. 

İkincisi, rəsmi İrəvan Moskvaya ata biləcəyi addımları göstərir və bununla şimaldan təzyiqi azaltmağa çalışır. Eyni zamanda, rus sərhədçilərin çıxarılması ilə gələcəkdə Rusiya hərbi bazasının çıxa­rılmasının da əsasını qoyur. Ermənista­nın yeni konstitusiya layihəsində xarici ölkənin bu ölkədə hərbi mövcudluğunun qadağan olunacağı haqda məlumatlar var. Mümkündür ki, Ermənistan hakimiyyəti yeni konstitusiyanın qəbulundan öncə bu istiqamətdə addımlar atmağa başlayıb. Təbii ki, Rusiya bunu cavabsız qoyma­yacaq. Siyasi və iqtisadi müstəvidə rıçaq­ların işə salınması gözləntisi var. Amma iqtisadi sferadan fərqli olaraq, siyasi müstəvidə təsir imkanları əvvəlki qədər deyil. Bu baxımdan, daha çox iqtisadi təz­yiqlər edilə bilər.

Yaranmış vəziyyət bölgədə Qərb–Ru­siya qarşıdurmasının daha da kəskinləşə­cəyi deməkdir. Bu qarşıdurma Azərbay­can üçün də risklər vəd edir. Çünki Qərb Ermənistanın Rusiyadan və KTMT-dən uzaqlaşması məqsədilə Azərbaycanla sər­həddə təxribatları körükləyə bilər. Ermə­nistan hərbi baxımdan Azərbaycan qarşı­sında duruş gətirə bilməz, amma mümkün təxribatlar zəminində rəsmi Bakıya təz­yiqlər arta bilər.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

İmran BƏDİRXANLI