USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan və Türkiyə hərbçilərinin birgə taktiki təlimi


  • Hərbi
  •  12:15 24.10.2023
  •  101
https://img.baki-baku.az/news/2023/10/photo_9258.jpg?v=MjAyMy0xMC0yNCAxMjoyMjoxNQ==

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi çərçivəsində oktyabrın 24-də “Yüksək səviyyəli müşahidəçi günü” davam edir.

Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan təlimdən fotosessiyanı təqdim edirik.

Qeyd edək ki, təlimdə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri tərəfindən birgə sızma fəaliyyətlərinin icra edilməsi, şərti düşmən PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməsinə imkan verilməməsi, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə şərti düşmənin Hava Hücumundan Müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılması əməliyyatları icra edilir. Həmçinin bölmələrimizin mütəşəkkil irəliləməsi təmin edilir, əldə olunmuş atəş üstünlüyü qorunub saxlanılır, Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti təmin olunur.

Təlimdə mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar tərəfindən şərti düşmən mövqelərinə basqın edilərək onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri, "Bayraktar TB-2" vasitəsilə şərti düşmənin "İsgəndər" və "Toçka-U" taktiki raket komplekslərinin məhv edilməsi, bununla yanaşı, şərti düşmən mövqelərinin piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçirilməsi, piyada döyüş maşınlarından (PDM) desantın endirilməsi fəaliyyəti, həmçinin hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli şəxsi ələ keçirmək üçün şərti düşmən arxasına endirilməsi fəaliyyətlərinin icrası nəzərdə tutulur.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Hərbi