USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin növbəti mərhələsi icra edilib VİDEO


  • Hərbi
  •  19:27 23.10.2023
  •  60
https://img.baki-baku.az/news/2023/10/photo_9235.jpg

Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, eləcə də Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsublarının iştirakı ilə keçirilən birgə təlimin növbəti mərhələsi icra edilib.

Plana uyğun olaraq şərti düşmən hədəflərinin dəqiq atəş zərbələri ilə məhv edilməsi, eləcə də əməliyyat rayonunun dərinliyindəki diversiya qrupunun zərərsizləşdirilməsi və girovların azad edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Hər iki qardaş ölkənin təlimə cəlb edilən hərbi qulluqçuları qarşıya qoyulan bütün tapşırıqların icrasında xüsusi peşəkarlıq nümayiş etdirirlər.




Redaktorun seçimi

Respublikaçılar Co Baydenə qarşı
  • Daxili siyasət
  • 11:31 07.12.2023
Respublikaçılar Co Baydenə qarşı
Paşinyanın uğursuz müttəfiq axtarışları
  • Daxili siyasət
  • 11:02 07.12.2023
Paşinyanın uğursuz müttəfiq axtarışları
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
  • Daxili siyasət
  • 10:57 07.12.2023
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
Dünya savaşdan doymur
  • Daxili siyasət
  • 10:01 06.12.2023
Dünya savaşdan doymur

Hərbi