USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan və Türkiyənin orduları arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub


  • Hərbi
  •  11:09 02.09.2023
  •  107
https://img.baki-baku.az/news/2023/09/photo_7963.jpg

Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Eskişəhərdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ertan Uzun ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Qarşılıqlı hədiyyələr təqdim edildikdən sonra birgə xatirə şəkli çəkdirilib.

Sonra general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə birgə 2023-2024-cü uçuş təlim ilinin açılış mərasimində iştirak edib. Uçuş əmri verildikdən sonra qonaqlar qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.

Daha sonra general-polkovnik Z.Həsənov Ankaraya gəlib. Burada Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb. Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri Ankarada keçirilən "TEKNOFEST" Aerokosmik və Texnologiya festivalında iştirak ediblər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.

"TEKNOFEST" Aerokosmik və Texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Hərbi