USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir


  • Hərbi
  •  17:21 01.08.2023
  •  55
https://img.baki-baku.az/news/2023/08/photo_7689.jpg

Azərbaycan Ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığı məqsədilə onlarla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.

Məşğələlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənovun xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə tələblərinə xüsusi diqqət yetirilir.

Keçirilən məşğələlərdə gənc əsgərlərə nizamnamələrin və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri aşılanır.

Məşğələ rəhbərləri tərəfindən, həmçinin gənc əsgərlərə silahlanmada olan silah və texnikanın düzgün istismar qaydaları izah edilir.

Qeyd edək ki, məşğələlər gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq həyata keçirilir. Tədbirlər çərçivəsində, eyni zamanda onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlıqlarının qorunması məqsədilə söhbətlər aparılır, lazımi tövsiyələr verilir.




Redaktorun seçimi

Malta niyə bizə qarşıdır?
  • Daxili siyasət
  • 09:20 23.09.2023
Malta niyə bizə qarşıdır?
Borrel aranı qarışdırmaqdan əl çəkmir
  • Siyasi təhlil
  • 09:08 23.09.2023
Borrel aranı qarışdırmaqdan əl çəkmir
Azərbaycan yenə dünyaya nümunə göstərdi
  • Siyasi təhlil
  • 10:30 22.09.2023
Azərbaycan yenə dünyaya nümunə göstərdi

Hərbi