USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Selçuk Bayraktar: “Bir zaman ürəyimizdə yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir”


  • Hərbi
  •  12:39 26.05.2022
  •  326
https://img.baki-baku.az/news/2022/05/photo_7078.jpg

“Bu gün ölkələrin müstəqilliklərini qorumaları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”.

APA xəbər veir ki, bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

Selçuq Bayraktar deyib ki, uğurların əsası inanmaqdan keçir: “İnsanı ən çətin anda belə motivasiya edən inancı və hədəflərdir. Atam Özdəmir Bayraktarın da dediyi kimi, haqqı üstün tutmağı inancınızda əsas götürün. İnanaraq başladığınız işdə ailənizə, ailənizdən də ötə millətinizə, millətinizdən də ötə dünyaya faydanı əsas götürün”.

O qeyd edib ki, iki ölkənin xalqları, dövlətləri ən çətin anlarda bir-birlərinə dəstək olublar: “Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir. Şəhidlərimizi bir daha anmaq istəyirəm. Dost ən çətin gündə tanınar, ən çətin gündə də bir aradaydıq”.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Hərbi